GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Kamal Abdullaya ittihamlar...

Kamal Abdullaya ittihamlar...

Tarix: 1-11-2021, 12:26 Bölmə :Cəmiyyət Baxış: 258

Möhtərəm akademiklər – İsa Həbibbəyli və Kamal Abdullayev! Güc aldığınız Ramiz Mehdiyev– Əli Həsənov cütlüyündən və ikincinin həyat yoldaşının birbaşa dəstəyindən faydalanaraq himayə etdiyiniz “qoçular” və zərərli akademşəbəkənin digər üzvləri ilə birgə nə qədər çalışsanız da, haqqımı çalsanız da, məni doğru yolumdan sapdıra bilmədiniz və bilməyəcəksiniz də!

7 ildir ki, “Balıq başdan iylənər” nəğmələri ilə baş piyləyir, bütün pisliklərin ünvanı olaraq ölkənin birinci şəxsini – ölkə Prezidentini nişan verirsiniz. Bütün şüurlu həyatınızı müşayiət edən məddahlıq, saxtakarlıq, yalan, aladatma, büdcəgirlik və cibgirlik ölkəni iqtisadi-siyasi və sosial-mənəvi dalana dirəyib. Vətənini, dövlətini, millətini sözün həqiqi mənasında ürəkdən sevən yüzlərlə gənci bu davranışlarınızla ölkədən didərgin salmısınız! Ar olsun!

7 ildir ki, çalışdığım institutda mənə sitəm edirsiniz. Dövlətin elm potensialını şikəst etmiş idbar şəbəkənizə məni də qoşmaq istəyirsiniz, alınmır. Təəssüf edirəm ki, qəddarlığınız, talançılığınız, görməmişliyiniz, alim adına ləkə olan davranışınız üzündən bu məşəqqətləri məsum uşaqlarım və mənim kimi digərlərinin övladları da yaşayır. Heyhat! Zərrə qədər vicdan deyilən şey görmədim sizdə. Sizə çox yaxından bələd olan və xasiyyətinizi bilən biri kimi deyirəm ki, siz ölkə üçün təhlükə mənbəyisiniz, mənəvi tənəzzülün özüsünüz!

Möhtərəm Kamal Abdullayev! Sizin himayədarlıq etdiyiniz və havadarı olduğunuz, qoçu qismində onun-bunun üstünə göndərdiyiniz Elçin İbrahimova 3 vəzifə, 4 kabinet verməyinizlə hansı müqəddər nümunəni göstərmək istəyirsiniz? İşsiz qalıb bir parça çörəyə möhtac şəhid-qazi ailəsinəmi, yoxsa Vətənə igidlər böyüdən ləyaqətli ailələrəmi? O namuslu Azərbaycan ailələrindən sizin nəyiniz artıqdır axı? Rektoru olduğunuz universitetə öz dostlarınızı, qohumlarınızı yığıb 2-3 vəzifə verirsiniz. Guya mütəəssib yerlibazsınız? Məncə, bu müzlim taktika köhnəlib. Bu dağıdıcı davranışlarla kimə göz dağı verirsiniz? Maddi imkansızlıqdan intihar edən vətən oğluna, ya qızınamı? Siz necə yazıçısınız ki, mənsub olduğunuz xalqın məşəqqətli həyatı vecinizə deyil?! Elə ona görə də düz edib bir dənə kitabınızın üzünə baxmamışam, bundan sonra heç baxmaram da, haşa!

Milyonların üstündə oturub qələmi boşuna çalmağınızın fərqində deyilsiniz. Bir misal deyim: Ayına 3000– 5000 (3 min-5 min) manat maaş alan, əlavə yüz minlərlə qranta ortaqlıq edən bir institutun direktoru Möhsün Nağısoyluya, yaxud eyni maddi bolluq içində üzən başqa bir institiutun direktoru Muxtar İmanova və yaxud vaxtaşırı “razborkalar”a göndərdiyiniz “cangüdən” Elçin İbrahimova sırf şəxsi və şəbəkə marağı naminə Dillər Universitetində 2-ci, 3-cü , 4-cü işi, vəzifəni vermək, hətta sonuncuya 4 kabinet ərməğan etməyin açması nədir?

Ümumiyyətlə, dövlətə xidmətin nə olduğunu bilirsinizmi? Təbii ki, dostunuz və silahdaşınız sabiq şöbə müdiri Əli Həsənov da sanırdı ki, dövlətə xidmət edir. Dərd odur ki, siz özünə xidmətlə dövlətə xidmətin yerini əbədiyyən səhv salmısınız!
Baxın: şəhid anası göz yaşı tökür, yer-göy qan ağlayır, maddi imkansızlıq qazini intihara sövq edir, həmvətənlərimiz ehtiyac üzündən düşmənə möhtac olur və hamısı ölkə Prezidentindən imdad diləyir, nalə çəkirlər. Amma əli pulla, var-dövlətlə oynayan, funksional mədhiyyə mexanizmi yaratmaqla ecazkar fənd işlədən AKADEMİKLƏR (!!!) İsa Həbibbəyli, Kamal Abdullayev və digər akademşəbəkə üzvləri şəxsi intriqalara girişir, dövlət malını şəxsi mal kimi dostlarına paylayır, quldarlığın, feodalizmin təfəkkür tərzini canlandırıb orta əsrlərin eyforiyasına qapılır, əl öpdürür, səcdə etdirirlər. Əllərinin altındakı Azərbaycan övladlarının – doğma balalarımızın həyasını, təcrübəsizliyini, məsumluğunu, ədəb-ərkanını istismar edərək onları yazıq, çarəsiz və asılı duruma salır, ağa – nökər münasibətləri formalaşdırırlar, ölkənin problemlərini veclərinə də almırlar.

Özlərinin gələcək məddahları qismində bəzi iradəsi zəif, istedadlı rüstəmləri, ismayılları, əliləri, vəliləri, xədicələri, kübraları və s. seçir, onların təhqirə, alçalmağa dözüm qabiliyyətini yoxladıqdan sonra titullandırırlar. Ləyaqətsizlik süzgəcindən keçirilən həmin professorlar başlayırlar ağalarının nəverim əsərlərini o ki var mədh etməyə. Bəziləri o qədər ilahiləşdirirlər ki, akademik titullu həmin şəxs səmalarda uçur, özünün, doğrudan da, savadlı, hörmətəlayiq, dahi şəxsiyyət olmasına inanır. “Hz.Yusif” filmindəki kimi amonlaşır və tipik büdcəgirə çevrilir.

Belələrini Vətənin, dövlətin, xalqın dərdi maraqlandırarmı? Əsla! Sözdə, əlbəttə, istənilən qədər vətənpərvər, sadiq, dürüst ola bilərlər. Bir sözlə, akademizm-alimizm şəbəkəsi bir kabusa çevrilib Vətənimizi təhdid edir, daha doğrusu, cəmiyyəti mənən çökdürür.

PS. Azərbaycan Dillər Universitetinin italyan dili müəllimi, şöbəmizin elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Günel Bayramova ilə birlikdə Vatikan kitabxanasında əlyazma şəklində saxlanılan “Azərbaycan dilinin orijinal qrammatikası”nı (Bakı: Zərdabi Nəşr MMC, 2020. – 1096 səh.) 400 ildən sonra 2020-ci ildə müfəssəl şərhlərlə italyan dilindən Azərbaycan dilinə tərcümə etdik. Azərbaycan dilinin Səfəvilər İmperiyasında üstün mövqeyini, onun Orta Asiya və Yaxın Şərqdə zəruri beynəlxalq ünsiyyət vasitəsi olmasını sübut edən bu əvəzsiz milli-mədəni abidənin canlandırılmasına, siz də digər akademik dostlarınız kimi susqun yanaşdınız, möhtərəm Kamal Abdullayev! 400 il bundan əvvəl italyan dilində tarixin arxivində az qala unudulmuş, milli tariximizin sübutu və dövlət atributumuz olan Ana dilimizin orijinal qrammatikasına qarşı bu dərəcədə saymamazlıq göstərdiyiniz halda, şəxsi marağınızla bağlı bir nöqsanı deyən kimi kitabın həmmüəllifini çağırır, təhdid edir, hətta onun vasitəsilə mənə tam yersiz olaraq ismarışlar da yolayırsınız. Üstəgəl, məni haqqımı təkrar-təkrar tələb etməkdə suçlayırsınız. Siz məndən fərqli olaraq nələr etmisiniz ki, bu qədər bolluq, eyş-işrət içində yaşayırsınız və haradandır o qədər maddi imkanlarınız? Mənim doğal haqqımı tələb etməyim sizi niyə bu qədər qıcıqlandırır? Çünki ehtiyacın nə olduğunu bilmirsiniz!

Siz deyin, görək, ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon vəsaitdən dahi Kazımbəyin və Pietro della Vallenin nəşrinə heçmi pay düşmürdü? Öznüz belə bir fundamental iş görsəydiniz, dünyanı dağıdardınız. Məgər görmürük ki, nələr edirsiniz? Pulunuz o qədər çoxdur ki, silahdaşınız Əli Həsənovun həyat yoldaşı və rektoru olduğunuz universitetə müəllim götürdüyünüz Sona Vəliyeva kimi siz də məna və məzmun kəsb etməyən əsərlərinizi ən müxtəlif dillərə tərcümə etdirib az qalırsınız daxili auditoriyanı cəzalandırasınız ki, sizin əsərlərinizi niyə oxumurlar? Oxumurlar, lap yaxşı. Onsuz da, kxmerlər oxuyub savadlanırlar, hələ finləri demirəm. Halbuki Ana dilimizin ilk elmi qrammatikasını canlandıran həmvətəninizi vicdan əzabı çəkmədən, acımadan çörəklə sınağa çəkirsiniz. Bu dərəcədə paxıl və qısqanc akademik-alimi ola bilməz. Deməli, sünidirlər.

Möhtərəm Kamal Abdullayev, bəs o 2 milyon hanı? Axı o pulları Prezident həm də Ana dilinin qrammatikasına dair dünya kitabxanalarının arxivində saxalanan abidələrin dirçəldilməsi üçün ayırmışdı, hərçənd ki, 24.01.2018-ci ildə qoçu qismində Dilçilik İnstitutunun elmi şurasına göndərdiyiniz və qızğın havadarı olduğunuz Elçin İbrahimov Sərəncama müvafiq gördüyüm işi cahilanə yamanlamış, əvəzinizdən qısqanclıq və əsəb ifadə etmişdir. Həmin ssenariləşdirilmiş elmi şuradan sonra sizin onu mükafatlandırmağınız və bir neçə vəzifə verib irəli çəkməyiniz məkrli niyyətlərinizi bir daha ortaya qoyur. Bax, buna görə də, akademik vəziyyətimiz acınacaqlı və təhlükəlidir, çünki bunların timsalında şəbəkə marağı dövlət mafraqlarını üstələyib!

Pietro della Vallenin “Azərbaycan dilinin orijinal qrammatikası”nın tərcümə, tədqiq və şərhi” monoqrafiyası – ismarışınızdan göründüyü kimi – sizi bərk qısqandırıb və qəzəbləndirib. Gerçəyi qəbul etmək istəmirsiniz, fəqət etmək zorundasınız! Mənim dil bilgilərimə gəlincə, ictimaiyyət qarşısında maraqlandığınız dillərdən, xüsusən, fransız, ərəb, italyan və latın dillərindən necə istifadə etməyimin metodologiyasını sizə izah edərəm. Təbii ki, istəsəniz. İsmarışınızda dediyiniz kimi, “elmi kişilik”lə!
PS 2. Onu da qeyd edim ki, dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib israf edən, saxta kitablara müəlliflik, redaktorluq, baş rdedaktorluq, sədrlik edən və beləliklə, elmi mühiti murdarlayınb intriqa yuvasına çevirən istənilən alimin “elmi kişiliyi” yalnız nakişilik ola bilər!

İdris ABBASOV,
Filologiya elmləri doktoru, professor, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsiniun müdiri


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamal Abdullaya qarşı ittihamlar

    Kamal Abdullaya qarşı ittihamlar ...

    21-05-2013, 13:55

  • 
  • Məni siyasi məsələlərə alət etməyin

    Məni siyasi məsələlərə alət etməyin ...

    11-06-2013, 12:29

  • 
  • ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi həyatını bərbad hala salıb” – ASLAN İSMAYILOV

    ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi ...

    4-11-2019, 17:43

  • 
  • ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi həyatını bərbad hala salıb” – ASLAN İSMAYILOV

    ☰ Menu ​ “Əli Həsənov Azərbaycanın ictimai-siyasi ...

    4-11-2019, 17:43

  • 
  • Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu

    Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - ...

    27-11-2020, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu