“Mən siyasətçi yox, sənətçiyəm - dövlətini, millətini sevən müğənni”
Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüş müğənni Azərin Bakı İstintaq Təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlını dəstəkləyən bəyanatla çıxış edib. “Turan” agentliyinin məlumatına görə, Azərin Zaur Qurbanlının həbsdən buraxılması istədiyini bəyan edib.
Azərin KİV-də yayılmış məlumatlara Facebook-da münasibət bildirib. Azərin yazıb ki, bütün yaradıcılıq fəaliyyətimi dövlətimizin, millətimizin maraqlarına mənədiyyətin dili ilə xidmət edib, xalqın səsini dünyaya çatdırmağa çalışıb: “Bu gun Zaur Qurbanlı adlı bir gəncin anasının müsahibəsini oxudum. Bu müsahibədən anladım ki, bu insan xəstədir. Bu ciddi xəstə olan gəncin həbsdə olduğunu oyrəndim. Hansı motivlə həbs edildiyi, siyasi fikirlərinin başqa olduğu mənim diqqətimi çəkmədi. Çünki, mənim üçün orada xəstəliyindəne dolayı yardıma ehtiyacı olan bir insandan bəhs edilir. Ona görə də bu insanın tezliklə azadlığa buraxılmiası arzusu Facebook statusumda dilə gətirdim. Bu qədər insancıl duyğuma siyasi mahiyyət qatmağı isə olduqca qərəzli hesab edirəm. Bəylər və xanımlar, mən siyasətçi yox, sənətçiyəm - dövlətini, millətini sevən müğənni”.
Azərin hamını onu siyasi məsələlərə alət etməməyə çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?