GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xaricə qaçırılan pullar…-Azərbaycanın ehtiyacı olan sərmayələr niyə kənara axır?

Xaricə qaçırılan pullar…-Azərbaycanın ehtiyacı olan sərmayələr niyə kənara axır?

Tarix: 15-12-2021, 18:04 Bölmə :Cəmiyyət Baxış: 529


2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Mərkəzi Bankın məlumatına görə, həmin vəsaitin 107 milyon dolları Böyük Britaniyaya gedib. 

Xatırladaq ki, ötən il tədiyyə balansında kəsirin ən önəmli səbəbi maliyyə hesabında yaranan 2,4 milyard dollar həcmindəki xalis kapital çıxışı ilə bağlı idi. Kapital çıxışının 1 milyard dolları ölkədən xaricə birbaşa və portfel investisiları formasında, 1,4 milyard dollarıq hissəsi isə “digər investisiyalar” (depozitlər, nağd valyuta, kreditlər və s.) formasında kapital transferidir. Ötən il azərbaycanlı sahibkarların ən çox investisiya yatırdığı ilk 5 ölkənin siyahısına Türkiyə başçılıq edir – 334 milyon dollar. Növbəti yerləri ABŞ (171 milyon dollar), Lüksemburq (123 milyon dollar), Monteneqro (101 milyon dollar) və Rusiya (95 milyon dollar) tutur.

2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni builki göstəricidən 376 milyon dollar daha çox olub. 

Ötən ilin 9 ayı ilə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalar isə 30 milyon dollara yaxın artıb.

Beləliklə, 2021-ci ilin ilk 3 rübü ərzində Azərbaycanın ən çox investisiya yatırdığı 10 ölkə bunlardır:

Birləşmiş Krallıq – 107 milyon dollar

Türkiyə – 82 milyon $

Gürcüstan – 57,6 milyon $ 

ABŞ – 57,2 milyon $ 

Malta – 46 milyon $ 

Monteneqro – 21 milyon $ 

Rusiya Federasiyası – 12 milyon $ 

Almaniya – 10 milyon $ 

İsveçrə – 9 milyon $ 

Niderland – 8 milyon $. 

Azərbaycan iqtisadiyyatının sərmayə və xarici investisiyalara ciddi ehtiyac duyduğu dövrdə vəsaitlərin xaricə axması nə ilə bağlıdır? Bu kapital qoyuluşları hansı şirkətlər və ya məmurlar tərəfindən həyata keçirilir? Yuxarıda qeyd olunan ölkələrdə hansı sahələr bizim sərmayəçilərin diqqətini çəkib?

Paradoksal məqam budur ki, Azərbaycan hazırda işğaldan azad etdiyi ərazilərdə irimiqyaslı tikinti-quruculuq layihələri həyata keçirir. Bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayırılıb, dövlət qurumlarına ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi də bu istiqamətə yönəldilib. Prezident İlham Əliyev çıxışlarında xarici investorları bu layihələrdə iştirak etməyə, ölkə iqtisadiyyatına sərmayə qoymağa dəvət edir. Bu çağırışlara baxmayaraq, ölkəyə xarici investorların marağı ildən-ilə aşağı düşür. Bu ilin 10 ayının nəticələrinə görə, xarici investisiyalar 1 milyard manat azalıb. İqtisadçı Nemət Əliyevin araşdırmasına görə, yanvar-oktyabr aylarında xarici investorlar Azərbaycana sərmayə qoyuluşunu 600 milyon manat azaldıblar və miqdar 4,2 milyard manatdan 3,6 milyarda enib: 

“Heç yerli investorlarımız da geri qalmayıblar, onlar da yatırımları 400 milyon manat azaldıblar. Bu məbləğ 7,4 milyarddan 7 milyarda enib. Bu ilin 10 ayında ümumi kapital qoyuluşu 1 milyard manat və ya ötən ilin eyni dövrünə nəzərən 11,5% azalıb”. 

İqtisadçı Natiq Cəfərli bildirdi ki, Azərbaycandan xaricə investisİyaların, maliyyənin axını yenilik deyil, uzun müddətdir ki, bu barədə məlumatlar yayılır. Onun sözlərinə görə, ölkədən çıxarılan vəsaitin böyük bir qismi xaricdə daşınmaz əmlaka yatırılır. Britaniyanın öncül yer tutmasının səbəblərinə gəlincə, iqtisadçı qeyd edir ki, “Brexit”dən sonra bu ölkədə daşınmaz əmlakın qiymətlərində müəyyən ucuzlaşma olması onun cəlbediciliyini artırdı: “Bu da kifayət qədər xarici investorun Britaniyada bu sektora yatırım qoymasına səbəb oldu. Həm də orada qanunlar başqa ölkələrə nisbətən daha liberaldır, biznes açmaq, əmlak alqı-satıqısı həyata keçirmək rahatdır”. 

N.Cəfərli vurğuladı ki, Azərbaycandan çıxarılan kapitalın böyük bir hissəsi, çox güman, məmurlara məxsus biznesdən qazanılan, yaxud onların ailə üzvlərinin vəsaitləridir: 

“Əlbəttə, bu informasiyanı sübut etmək üçün araşdırmalara, dəlillərə ehtiyac var. Amma mediada çıxan məlumatlardan da görünür ki, bəzi deputatlar, məmurlar xaricdə daşınmaz əmlaka yatırımlar edirlər. O cümlədən, Böyük Britaniyada çoxlu sayda daşınmaz əmlak aldıqları aydın şəkildə görünür”.  

Ekspert əlavə etdi ki, bu vəsaitlərin ölkədən çıxarılmasının əsas səbəblərindən bir də Azərbaycanda belə yatırımlar və biznes üçün əlverişli şəraitin olmamasıdır: “Bundan başqa, Azərbaycana nisbətən xaricdə məmurlar üçün bu vəsaitləri saxlamaq daha təhlükəsizdir. Təəssüf ki, bu mənfi tendensiyanın uzun illərdir davam etdiyinin şahidi oluruq”.(pressklub)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollara yaxın azalıb

    Azərbaycanın valyuta ehtiyatları 3 milyard ...

    14-02-2017, 23:19

  • 
  • 10 ildə Azərbaycandan qırağa qanunsuz olaraq 17 milyard çıxarılıb

    10 ildə Azərbaycandan qırağa qanunsuz olaraq 17 ...

    12-12-2013, 19:36

  • 
  • Ötən il Azərbaycana yatırılan birbaşa xarici investisiyalar 66% azalıb

    Ötən il Azərbaycana yatırılan birbaşa xarici ...

    29-06-2021, 14:23

  • 
  • Azərbaycandan böyük həcmdə pul çıxaran şəbəkə devalvasiyadan milyardlarla dollar qazanıb

    Azərbaycandan böyük həcmdə pul çıxaran şəbəkə ...

    15-04-2015, 22:12

  • 
  • ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi

    ABŞ İŞİD-ə 2,7 milyard dollar xərclədi ...

    12-06-2015, 08:30


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
jogos cassino online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu