GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Azərbaycan-Türkiyə-Rusiya qarşıdurması ola bilər” - Putin Qarabağda nə hazırlayır?

"Azərbaycan-Türkiyə-Rusiya qarşıdurması ola bilər” - Putin Qarabağda nə hazırlayır?

Tarix: 5-02-2022, 14:54 Bölmə :Cəmiyyət Baxış: 466

Azərbaycana məxsus yük maşınının Qarabağdakı Rusiya sülhməramlıları ilə yanaşı, qondarma rejimin “polisi” tərəfindən yoxlanılması Azərbaycana qarşı növbəti təxribat hesab edilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilmiş videogörüntülərdə Kəlbəcər rayonuna ərzaq və qeyri-hərbi təyinatlı yük aparan maşın saxlanaraq polis uniforması geyinmiş bir şəxs tərəfindən yoxlanıldığı əks olunub. Suqovuşan-Qızqala-Vəng yolu ilə hərəkət edən və üzərində latın əlifbası ilə “Qarabağ” sözü yazılmış avtomobilin yoxlanılmasında iki nəfər Rusiya sülhməramlısı ilə yanaşı, əynində Qarabağdakı separatçılara məxsus “polis” geyimi olan bir kişi də iştirak edir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, video Azərbaycana məxsus 20-yə yaxın yük maşınının daxil olduğu iki kortejin Suqovuşan-Qızqala-Vəng istiqamətində və əksinə hərəkəti zamanı çəkilib. Videoda yoxlandığı görünən yük maşınının məxsus olduğu "Qarabağ" yükdaşıma şirkətinin rəhbəri Şövqi Həsənov “BBC News Azərbaycanca-ya müsahibəsində hadisəni təsdiqləyib.

“Maşını Suqovuşandan Kəlbəcərə və əksinə istiqamətdə özüm idarə etdim. Suqovuşanı keçdikdən sonra orda ermənilərin də postu var. Ruslar bizə yaxınlaşıb dedilər ki, onları maşının kabininə baxmağa qoymayın, amma yük yerini açın baxsınlar,” - Şövqi Həsənov qeyd edib. Humanitar yüklərin daşınmasını həyata keçirdiklərini deyən Şövqi Həsənov Qarabağdakı “erməni polislərin” maşınların yük yerinə baxdığını bildirib. Şirkət rəhbəri vurğulayıb ki, Xankəndidən keçməklə Şuşaya getdikləri zaman heç vaxt "erməni polislər" maşınlara baxış keçirməyiblər.

“Amma Kəlbəcər yolunda nə məsələdirsə, maşına baxış keçirirlər. Mən orda ruslara dedim ki, niyə bunlara icazə verirsiniz maşına baxsın? Erməninin nə maddi marağındadır ki, biz nə aparırıq, nə gətiririk? Dedi, yuxarıdan tapşırıq belədir ki, yük yerlərinə onlar da baxmalıdır. Gedəndə də açdırıb baxdılar, gələndə də,” - Şövqi Həsənov belə deyib. Qeyd edək ki, Qarabağda sülhməramlı fəaliyyət, yəni daşınan yüklərin, nəqliyyat vasitələrinin təhlükəsiliyinin təmini və yoxlanılması birbaşa Rusiya hərbi kontingentinin səlahiyyətlərinə daxildir. Azərbaycanın suveren ərazisində nə Ermənistanın hərbçilərinin, nə də dünyada tanınmayan qondarma rejimin hər hansı yoxlama aparmaq hüququ yoxdur. Bu, Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın pozulmasıdır. Çünki Rusiya sülhməramlıların Azərbaycan ərazisinə yerləşməsi və missiyası həmin bəyanatla müəyyən edilir. Ancaq Rusiya hərbçilərinin “yuxarıdan tapşırıq belədir” deməsi “erməni polislər”in Azərbaycan maşınlarını yoxlamaq əmrinin birbaşa sülhməramlı qüvvələrin komandanı Andrey Volkov tərəfindən verildiyini göstərir. Lakin Volkov Rusiya Müdafiə Nazirliyinin göstərişi olmadan cinayətkar rejimlə belə bir sövdələşməyə gedə bilməz.

Videogörüntülərin Rusiya Müdafiə Naziriliyinin rəsmi saytında yerləşdirilməsi də bunu təsdfiq edir. GUNDEMXEBER.AZ xəbər verir ki, baş verən olayı Cebhe.info-ya şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsində mürəkkəb proseslər baş verir. Kreml Qarabağda ermənilərin sayını artırmaq və bundan özünün siyasi planları ilə bağlı istifadə üçün müxtəlif təxribatlara əl atır.

Sülhməramlılarala yanaşı, ərazidə “Qarabağ polisi”nin peyda olması da bu təxribatın tərkib hissəsidir: “10 noyabr Bəyanatının qəbulundan sonra biz gördük ki, Rusiya ermənilərin Qarabağa kütləvi surətdə qaytarılmasına çalışır. Bu məqsədlə ermənilərə kömək etdilər, yaşayış binaları tikdilər və s. Məqsəd müharibə vaxtı və ondan sonra Qarabağdan ermənilərin axınının qarşısını almaq idi. Amma bir il ərzində bu mümkün olmadı. Hətta Azərbaycan Prezidenti də müsahibəsində dedi ki, çıxmağa gedəndə yoxlayırlar, amma gələndə ciddi yoxlanış olmur. Yəni orada siyasi mübarizə və qarşıdurma var. Rusiyaya gələcəkdə öz siyasətində istifadə etmək üçün o bölgədə erməni əhalisinin qalması vacibdir. Bu siyasətin nədən ibarət olduğu hamıya bəllidir. Söhbət konflikt-menecmentdən gedir. Amma münaqişənin baş verməsi üçün orada ermənilər olmalıdır. Bu da alınmır”.

Sabiq nazir qeyd edib ki, daim təxribatlar törətməyə çalışırlar:

“Bu və ya digər səviyyələrdə bəyan edirlər ki, Rusiya gəlib və oradan getməyəcək. Məqsəd həmin insanlarda hansısa ümid yaratmaqdan ibarətdir. Amma bu müharibədən və məğlubiyyətdən sonra ermənilər hansısa siyasi oyunların qurbanı olmaq istəmir. Axın da davam edir. Azərbaycan maşınlarının “erməni polis” tərəfindən yoxlanılması da bu prosesin bir hissəsidir. Ya Azərbaycan Rusiyaya qarşı hansısa addımlar atmalı və buna son qoyulmalıdır. Ancaq proseslərin hansı istiqamətdə inkişaf edəcəyi bilinmir. Daha doğrusu, ermənilərin istədiyi vəziyyət yaranacaq. Yəni Azərbaycan, Türkiyə və Rusiya qarşıdurması ola bilər. Ermənilər həmişə kimisə istifadə edərkən öz məqsədlərinə çatmaq istəyirlər. Ona görə də baş verən təxribatların məqsədi budur. Azərbaycanın taktikası və strategiyası strateji səbr göstərməkdən ibarətdir. Yəni vəziyyəti elə həddə çatdırsın ki, bu və ya digər qərarların qəbulu çox məntiqli olsun. Yenə də Prezidentin çıxışlarına diqqət yetirsək, o deyir ki, 25 min nəfərə status verilə bilməz. Deməli, axın davam etsə, bu rəqəm daha da aşağı düşəcək. Məsələn, Putinin çıxışını yada salsaq, o, bir dəfə dedi ki, 50 min nəfər qayıdıb. Bir neçə ay keçəndən sonra dedi ki, 54 min nəfər qayıdıb. Amma Azərbaycanda olan rəsmi göstəricilər fərqlidir. Cənab Prezident də onu qeyd etdi ki, biz gediş-gəlişə tam nəzarət edirik. Yəni mən dediyim kimi, orada siyasi qarşıdurma var. Mən səbri və siyasi təcrübəsi olmayan insanlar kimi məsələni siyasi qarşıdurma səviyyəsinə çıxartmağın əleyhinəyəm. Hiss olunur ki, Rusiyanın erməniləri alət kimi orada saxlamaq və yenə münaqişə törətmək layihəsi alınmır. Hesab edirəm ki, bu, bizim üçün müsbət haldır”.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Qarabağda ermənilərin sayının azalmasına nail olmaq taktikasını davam etdirməlidir. Belə olan təqdirdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə törədən siyasi layihə öz əhəmiyyətini itirəcək: “Bu proses gedir. Hesab edirəm ki, münaqişə zonası artıq Qarabağdan sərhəddə çəkilir. İstisna etmirəm ki, gələcəkdə Ermənistanı və Azərbaycanı idarə etmək üçün Rusiyaya sərhəd mövzusu və Zəngəzur məsələsi daha önəmli olacaq”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyəzəndə yük maşınının aşması nəticəsində 20 ton xurma yola dağılıb, iki nəfər xəsarət alıb - YENİLƏNİB

    Siyəzəndə yük maşınının aşması nəticəsində 20 ton ...

    3-11-2018, 13:37

  • 
  • Salyanda 10 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb

    Salyanda 10 yaşlı uşaq yük maşınının altında ...

    1-10-2018, 11:52

  • 
  • Qüds terroru: Yük maşını insanları belə əzdi - Video

    Qüds terroru: Yük maşını insanları belə əzdi - ...

    8-01-2017, 22:54

  • 
  • Ermənistan ordusuna məxsus avtomobil qəza törədib, 4 nəfər yaralanıb - FOTO

    Ermənistan ordusuna məxsus avtomobil qəza ...

    28-10-2017, 18:32

  • 
  • Tank iki maşınının üstündən keçdi - (Fotolar)

    Tank iki maşınının üstündən keçdi - (Fotolar) ...

    8-11-2013, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu