GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Üzüaşağı azadlıq: İrandan irəliyik, Gürcüstandan geri…-Azərbaycan demokratiyanın vəziyyətinə görə 167 ölkə arasında 141-cidir

Üzüaşağı azadlıq: İrandan irəliyik, Gürcüstandan geri…-Azərbaycan demokratiyanın vəziyyətinə görə 167 ölkə arasında 141-cidir

Tarix: 17-02-2022, 16:19 Bölmə :Cəmiyyət Baxış: 291

2021-ci il üçün dünyada demokratiya indeksi açıqlanıb. 5 parametr üzrə aparılan qiymətləndirmədə ölkəmiz BMT üzvü olan 167 ölkə arasında 141-ci yerdə, avtoritar rejimlər içərisində qərarlaşıb. 

Yenixeber.org: Hüquqşünas, Avropa Şurasının eksperti Ələsgər Əhmədoğlu hesabatı şərh edib. O, əvvəlcə hesabat haqqında geniş məlumat verdi.   

Bu hesabat “Economist Intelligence” təşkilatı tərəfindən hazırlanır və dünyada demokratiyanın vəziyyətini qiymətləndirən sənəd hesab olunur. 2021-ci ildə ölkələr üzrə durumu əks etdirən hesabatda xeyli diqqət çəkən məqamlar var. Belə məqamlardan biri də 2008-ci ildən 2021-ci ilədək keçən müddətdə 5 parametrdən, siyasi iştirakçılıq istisna olmaqla, 4-də dünyada ciddi geriləmə müşahidə olunur: 

“Ölçü aparılan 5 parametr bunlardır: seçki sistemi və plüralizm, hökumətin funksionallığı, siyasi iştirakçılığın vəziyyəti, siyasi mədəniyyət,  mülki azadlıqların durumu. Bu çərçivədə demokratik standartların vəziyyətinə uyğun olaraq, ölkələri 4 kateqoriyaya bölüblər. Birinci kateqoriyaya tam demokratik dövlətlər daxildir, onlar hesabata salınan 167 ölkənin 12.6 faizini əhatə edir, sayı 21-dır. Burada ilk beşliyi Skandinaviya ölkələri, Danimarka, İsveçrə tutur. Avropa İttifaqının bəzi ölkələri – Almaniya, Niderland, Avstriya və s. bura daxildirlər. Dünya üzrə Yaponiya, Böyük Britaniya, Kanada da birinci cərgədə yer alıblar. 

İkinci kateqoriyaya qüsurlu demokratiyası olan ölkələr aiddir. Bu indeks daha geniş ölkə sayını əhatə edir. İkinci qrupda 53 ölkənin adı var, bura ümumi sayın 31.7 faizi daxildir. Bizim demokratik ölkə kimi tanıdığımız Fransa ABŞ başda olmaqla, Avropa İttifaqı və Avropa Şurası üzvləri olan bir çox ölkələr bura daxildir. 

Üçüncü kateqoriyaya isə hibrid rejimləri salıblar. Bu sırada olanlar hələ qüsurlu demokratiyaya da keçid edə bilməyiblər. Onların sayı 34-dür. Beş parametrlə qiymətləndirildikdə onlarda demokratiyanın vəziyyəti ortadan bir az aşağı göstəricilərə malikdir. Bu ölkələr isə ümumi sayın 20.9 faizini əhatə edib.

Sonuncu 59 dövlət isə avtoritar rejimlər kimi təsnif olunub ki, bu da ümumi sayın 35.3 faizini əhatə edir”. 

Hüquqşünas qeyd edir ki, hesabata görə, tam demokratik rejimlərdə dünya əhalisinin cəmi 6.4 faizi yaşayır: “Qüsurlu demokratiya olan ölkələrdə isə bu nisbət xeyli yüksəkdir, planet sakinlərinin 39.3 faizi bu qrupa daxil olan ölkələrin sakinləridir. Hibrid rejimlərdə dünya əhalisinin 17.2 faizi, avtoritar rejimlərdə isə 37.1 faizi həyat sürür”. 

Ə.Əhmədoğlu əlavə edir ki, hesabatda son 1 ildə 10 ölkənin daha yaxşı performans göstərdiyi, digər 10 ölkədə vəziyyətin kəskin pisləşdiyi əks olunub: “Məsələn, ən yaxşı irəliləyiş göstərən ölkələr arasında Uruqvay, Hindistan, Qana, İndoneziya, Zambiya var. Nəticələri sürətlə pisləşənlər isə Əfqanıstan, Myanmar, Nikaraqua, Haiti, Venesuela, Tunisdir”. 

Azərbaycana gəldikdə, ekspert bildirib ki, ölkəmiz  167 ölkə arasında 141-ci yerdə qərarlaşıb: Azərbaycan 10 mümkün baldan cəmi 2.68 bal toplayıb: 

“Azərbaycanın ən aşağı göstəricisi seçki sistemi və plüralizm üzrədir. Bu sahədə vəziyyət 10 mümkün baldan cəmi 0.5 balla qiymətləndirilib. Hökumətin funksionallığı isə 2.5 baldır. Siyasi iştirakçılıq səviyyəsi bir az bundan yüksəkdir – 2.78 bal. Siyasi mədəniyyət 5 bal qiymətləndirilib ki, bu da təxminən 50 faiz deməkdir. Mülki azadlıqlar bölməsində isə ölkəmiz 2.65 bal toplayıb, bu da 100 faiz üzrə götürsək, cəmi 26 faizlik nəticədir. Bir məqamı da qeyd edim ki, pisləşmə yalnız Azərbaycanla bağlı deyil. Ümumilikdə, dünya üzrə bu parametrlərdə pisləşmə qeydə alınıb. Azərbaycan sabit olaraq aşağı yerlərdə qərar tutur”.

Ə.Əhmədoğlu Azərbaycana qonşu ölkələrin hesabatdakı yeri haqda da məlumat verib: “Qardaş Türkiyə hibrid rejimli ölkələr sırasında yer alıb. Ermənistan  və Gürcüstan da bu sıraya daxildir. İran isə Azərbaycan kimi avtoritar rejimlər sırasında göstərilib”.   

Hesabatı şərh edən hüquqşünas, seçki üzrə mütəxəssis Hafiz Həsənov bildirib ki, Azərbaycanın seçki sistemi və plüralizmlə bağlı 10 mümkün baldan 0,5 bal toplaması obyektiv qiymətləndirmədir. “Çünki nə hazırkı seçki qanunvericiliyi azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi bazanı təmin edir, nə də keçirilən seçkilər demokratik olub. Ölkədə seçki sistemi bir institut kimi, demək olar ki, sıradan çıxıb. Demokrati seçki sisteminin olmadığı ölkədə isə təbii ki, siyasi plüralizmdən danışmaq olmaz”, – hüquqşünas vurğulayıb. 

H.Həsənovun sözlərinə görə, ölkədə media və ifadə azadlığı getdikcə məhdudlaşdırılır, siyasi fəaliyyət imkanları sıxışdırılır, vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətindədir və belə olan halda, təbii ki, balımız 0,5 olacaqdı: “Hökumət bu qiymətləndirmələrdən obyektiv nəticələr çıxarmalı və ölkənin siyasi sistemində həqiqi islahatlar aparmalıdır”./pressklub/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan avtoritar rejimli ölkələr sırasında

    Azərbaycan avtoritar rejimli ölkələr sırasında ...

    25-03-2013, 19:39

  • 
  • Azərbaycan "avtoritar ölkə" kateqoriyasında qərarlaşıb

    Azərbaycan "avtoritar ölkə" ...

    31-01-2018, 17:56

  • 
  • Azərbaycanla bağlı daha bir hesabat

    Azərbaycanla bağlı daha bir hesabat ...

    11-01-2013, 11:19

  • 
  • “Freedom House”dən yeni hesabat

    “Freedom House”dən yeni hesabat ...

    16-01-2013, 10:44

  • 
  • «Azərbaycanda açıq-aşkar avtoritarizm hökm sürür»

    «Azərbaycanda açıq-aşkar avtoritarizm hökm sürür» ...

    21-11-2013, 13:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu