GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Çörək bazarında savaş başlayır: Yenə bahalaşma? - GƏLİŞMƏ

Çörək bazarında savaş başlayır: Yenə bahalaşma? - GƏLİŞMƏ

Tarix: 23-02-2022, 18:44 Bölmə :Cəmiyyət Baxış: 436


Dünyanın ən böyük buğda ixracatçısı Rusiya ilə beşinci ixracatçı Ukrayna arasında mümkün müharibə qlobal buğda bazarlarını dərindən sarsıdacaq.

Analitiklər xəbərdarlıq edirlər ki, Qara dənizə sıçraya biləcək mümkün münaqişə və hətta buğda ticarətində cüzi fasilələr qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasındakı gərginliyə görə bölgədə enerji təhlükəsizliyi ön plana çıxsa da, qlobal buğda ticarətində mümkün axsamalar digər kritik risk faktoru kimi önə çıxır. Dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın 2019-cu ildə qlobal buğda ixracında təxminən 18% payı var. Misir isə 2,5 milyard dollarla Rusiyada istehsal olunan buğdanın əsas idxalçısı olub. 2019-cu ildə dünya buğda ixracında Rusiya və Ukraynanın ümumi payı 25 faiz təşkil edib. Buğda ixracını əvvəlki ilə nisbətən 8,5% artıraraq 2021-ci ildə 8,8 milyard dollara çatdıran Rusiya, enerji ixracı asılılığından xilas olmaq üçün gələcək illərdə kənd təsərrüfatı sektoruna investisiyalarını artırmağı planlaşdırır. Əsrlər boyu mühüm buğda istehsalçısı olan və Avropanın “çörək səbəti” kimi tanınan Ukrayna dünyanın 5-ci ən böyük buğda ixracatçısı kimi diqqət çəkir. Ukrayna daha çox Qara dəniz ixrac marşrutundan istifadə edir. Ukrayna yaxın qonşularına quru yolu ilə az miqdarda buğda ixrac edir. Ölkənin ixrac etdiyi buğdanın demək olar ki, hamısı Qara dənizdəki limanlardan daşınır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Ukraynanın buğda ixracının 95 faizi Qara dəniz üzərindən həyata keçirilir. Analitiklər xəbərdarlıq edirlər ki, Rusiya və Ukrayna arasında mümkün münaqişə Qara dənizə sıçrayacaq və hətta regionda buğda ticarətində kiçik fasilələr olsa belə, qlobal buğda qiymətlərinin 10-20 faiz artmasına səbəb ola bilər. Rusiya ilə Ukrayna arasındakı gərginliyin də dəstəklədiyi buğda qiymətləri gün ərzində 2% artaraq tonu 301,3 dollara çatıb.

Qeyd edək ki, iki ölkə arasında münaqişə səngiməyib, mövcud vəziyyət isə “buğdada müharibə təhlükəsi”ni qaçılmaz edir.

Münaqişə davam edəcəyi təqdirdə ölkəmiz ərzaq məhsullarının, o cümlədən ərzaq buğdasının bahalaşması ilə üzləşəcəkmi? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı münaqişənin dünya iqtisadiyyatının bir çox sahələrə ciddi mənfi təsirləri gözlənilir:

“Bu, müxtəlif aspektlərdə özünü büruzə verə bilər. Bütün hallarda qlobal iqtisadiyyat böyük fəsadlar yaşayacaq. O cümlədən, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da mənfi təsirlərdən yan keçməyəcək. Bizim üçün əsas ərzaq buğda idxalçıları Rusiya, Ukrayna, Qazaxıstandır. Bunların sırasında xüsusilə Rusiya ərzaq buğdası idxalında ən önəmli yer tutur. Bu yaxınlarda Azərbaycan Prezidentinin Ukraynaya səfəri oldu və orada ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində müəyyən müqavilələr də bağlandı. Bizim həmin ölkə ərazisində müəyyən torpaq sahələrini icarəyə götürüb ərzaq buğdası istehsalı və tədarükü ilə məşğul olmaq məsələsi də müzakirə olundu. Yəni adıçəkilən ölkələr elə ölkələrdir ki, SSRİ dağılmasına baxmayaraq, bunların hər biri ilə çox sıx iqtisadi-ticari əlaqələrimiz mövcuddur. Bunlar elə əlaqələrdir ki, başqa ölkələrlə əvəzlənməsi həm qiymət sarıdan, həm də digər aspektlərdən çox böyük çətinliklər törədə bilər. Ona görə də sözügedən münaqişə Azərbaycan ərzaq bazarı üçün arzuolunan deyil”.

Sonuncu dəfə yanvar ayında çörəyin və digər un məhsullarının bahalaşmasının səbəbi nə idi?

Ekspert deyib ki, əsas səbəb Rusiyada taxıl ixracına qoyulan rüsumların artması idi: “Bizim ərzaq buğdası aldığımız əsas ölkə Rusiyadır və bu ölkə hələ Ukrayna ilə münaqişədən əvvəl bəyan edib ki, əvvəlki kimi ərzaq buğdası ixrac edə bilməyəcək. Bunun üçün də rüsumları artırmaq siyasətinə keçdi. Biz idxalda müəyyən güzəştlər tətbiq etməklə, sahibkarları, istehsalı, subsidiyalaşdırmaqla və s. bazarda qiymətləri qoruya bildik. Ancaq yanvar ayında istər-istəməz qiymət artımı qaçılmaz oldu. Ona görə də sözügedən münaqişə daha da dərinə işləyərsə, Azərbaycanın daxili bazarında, ərzaq məhsulları, xüsusilə də ərzaq buğdası sarıdan ciddi problemlərin ortaya çıxmasına gətirib şıxaracaq. Eləcə də qiymət artımları qaçılmaz olacaq”. 



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Un mafiyası İsmət Abbasovla savaşda

    Un mafiyası İsmət Abbasovla savaşda ...

    19-12-2012, 15:10

  • 
  • Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda

    Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır ...

    30-08-2018, 13:17

  • 
  • Azərbaycanda keyfiyyətli una dair tələblər açıqlandı

    Azərbaycanda keyfiyyətli una dair tələblər ...

    29-12-2015, 14:30

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • Çörək və unun qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Çörək və unun qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA ...

    6-01-2022, 14:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu