GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda

Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda

Tarix: 30-08-2018, 13:17 Bölmə :Dünya Baxış: 596
Tiflisin qərarı Ermənistanda qiymətləri qaldırır - İrəvan çətin durumda


Bundan öncə xəbər verdiyimiz kimi, Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sərəncamı ilə sentyabrın 15-dən etibarən avtomobil nəqliyyatı ilə Gürcüstana buğda, yaxud buğda və çovdar ununun idxalı və bu məhsulların ölkədən ixracı qadağan ediləcək. Səbəb isə Rusiya-Gürcüstan sərhəddində, xüsusən də Lars keçid məntəqəsindəki uzun avtomobil tıxaclarıdır.

Tbilisinin bu qərarı Ermənistanda ciddi narahatlıq doğurub. Çünki dənizə çıxışı olmayan və dəmiryolu nəqliyyatının demək olar ki, inkişaf etmədiyi Ermənistan yalnız Gürcüstan, özü də məhz Şimali Osetiyadakı Yuxarı Lars avtomobil gömrük-keçid məntəqəsi vasitəsilə Rusiyadan taxıl və başqa məhsullar idxal edir. Və artıq buna qadağa qoyulub.

“Aqrar-kəndli Birliyi”nin sədri Qraç Berberyan 15 sentyabrdan etibarən Ermənistanda çörək və un məhsullarının qiymətinin qalxacağını bəyan edib. Onun sözlərinə görə, bu qadağa nəticəsində nəqliyyat qiymətləri 50-60 dollar artacaq ki, bu da Ermənistanda çörək məhsullarının 10-15% bahalaşmasına gətirib çıxaracaq. Lakin qiymətlərin daha da bahalaşması riski var.

“Ermənistan həmişə taxıl və qarğıdalı idxalçısı olub və ölkəmiz taxıla olan tələbatının böyük bir hissəsini demək olar ki, yalnız Rusiyadan idxal edir. Lakin Rusiyada son 6 həftə ərzində buğdanın qiyməti qalxıb – 1 ton buğda 231,5 dollar olub. Həmçinin, quraqlıq və kənd-təsərrüfatında suvarma sisteminin yararsız halda olması səbəbindən bu il Ermənistanda buğda əkinindən əldə olunan məhsulun həcmi 25 faizədək azalıb. Nəticədə taxıla olan tələbat yüksəlib. Məhsuldarlığın az olmasına son 7 ildə Kənd Təsərrüfatı Nazirliyinin Rusiyadan yalnız məhz aşağı keyfiyyətli buğda toxumu alması da səbəb olub. Bütün bunları nəzərə alaraq, hökumət təcili tədbirlər görməlidir”, – deyə Berberyan vurğulayıb.

Erməni ekspert onu da bildirib ki, buğda idxalında məhdudiyyətlərin yaranması nəticəsində Ermənistanda bu sahədə inhisarçılıq formalaşa bilər ki, bu da bazar qiymətlərinə təsir edə bilər. Odur ki, baş nazir Nikol Paşinyan hökuməti monopoliyanın qarşısını almalı, o cümlədən, çörək istehsal edən şirkətlərin qiymət siyasətinə də nəzarət etməlidir.

Strateji məhsul olan buğda idxalı ilə bağlı böhrandan çıxış yolu tapmağa çalışan Berberyan hətta, işğalçı siyasətinə görə regionda təcrid olunan Ermənistanın növbəti dəfə acınacaqlı vəziyyətlə üzləşməsində qonşu Gürcüstanı ittiham etməyə çalışıb. Onun sözlərinə görə, Gürcüstan həmişə Ermənistan və digər qonşu dövlətlərin hesabına varlanıb. İndi də demək olar ki, istifadəsiz qalan Poti limanının iqtisadi vəziyyətini inkişaf etdirmək və nəqliyyat şirkətlərini işlə təmin etmək üçün Tbilisi bəhanələr gətirərək müvafiq qərar qəbul edib. /AzVision.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan Ermənistanın təklifini qəbul etmədi

    Gürcüstan Ermənistanın təklifini qəbul etmədi ...

    10-02-2017, 11:53

  • 
  • “Avro 4-ə keçid gömrük tariflərinin yüksəlməsinə təsir etməyəcək”

    “Avro 4-ə keçid gömrük tariflərinin yüksəlməsinə ...

    30-01-2014, 12:47

  • 
  • Ermənistanın Rusiyaya gedən yük maşınları Azərbaycanda? - İDDİA

    Ermənistanın Rusiyaya gedən yük maşınları ...

    26-08-2014, 00:33

  • 
  • Un mafiyası İsmət Abbasovla savaşda

    Un mafiyası İsmət Abbasovla savaşda ...

    19-12-2012, 15:10

  • 
  • ​Sərkisyan Tiflisin qəbul etmədiyi səfirə iş tapdı

    ​Sərkisyan Tiflisin qəbul etmədiyi səfirə iş tapdı ...

    17-11-2017, 20:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu