GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Taxılın bahalaşması qlobal infliyasiyanı gücləndirəcək - NƏ ETMƏLİ?

Taxılın bahalaşması qlobal infliyasiyanı gücləndirəcək - NƏ ETMƏLİ?

Tarix: 15-03-2022, 16:00 Bölmə :Cəmiyyət Baxış: 262

Ukraynadakı müharibə qlobal iqtisadiyyatın bütün dayaqlarını sındırmağa başlayıb. Dünya iqtisadiyyatı pandemiyadan sonra tam sağalmamış və yenicə özünə gəlməyə başlamışdı. Pandemiya şəraitində bütün istehsal sahələri məhdudiyyətlərə məruz qaldığından, dərhal öz əvvəlki vəziyyətlərinə qayıda bilmədilər. Tələb birdən-birə kəskin şəkildə artdığından təklif onu ödəyə bilmədi. Nəticədə hər şeyin qiymətləri yüksəlməyə başladı, elə bir ölkə qalmadı ki, yüksək inflyasiya qeydə alınmasın.
Lakin ümid var idi ki, proses ilin ortasına doğru səngiyəcək, bahalaşma dayanacaq, postpandemiyə dövrünə aid neqativ hallar aradan qalxacaq. Bu proqnozlar veriləndə təbii ki, Rusiyanın Ukraynaya müdaxilə edəcəyi gözlənilmirdi və müharibənin təsirləri hesablanmırdı. İstənilən müharibə şəraiti dağıdıcı xarakter daşıdığından iqtisadi sistem çökür, istehsal zəifləyir, təklif düşür. Bu xüsusən də özünü ərzaq məhsullarında büruzə verdikdə bahalaşma dalğa şəklində bütün dünyaya yayılır. Hazırda ən ciddi təhlükə məhz bu sahədədir.

Bahalaşma bütün növ istehlak malları üzrə müşahidə edilir. Lakin ərzaq buğdası üzrə vəziyyət başqadır. Rusiya ilə Ukraynanın bu məhsulun istehsalı və tədarükündə xüsusi payları vardı. Odur ki, ərzaq buğdasının bahalaşması bu il ümumiyyətlə dayanmayacaq. Bu isə bütün digər qida məhsullarına da təsir göstərdiyindən, poses zəncirvari xarakter alır. Ona görə, qarşıda kəskin ərzaq qıtlığı kimi hallar yaranmayacaqsa da, dünyada bütün növ ərzaq məhsulları bahalaşacaq.

Bəs ölkəmizdə vəziyyət necədir və Azərbaycanı nə gözləyir?!

Bizdə də keçən ilin əvvəlindən bahalaşma müşahidə edilir və bu özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil etdi. Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu. Eyni tendensiya bu gün də davam edir. Cari ilin yanvar-fevral aylarında inflyasiya göstəricisi 2021-ci ilin eyni aylarına nisbətən 12,2, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2, qeyri-ərzaq məhsulları üzrə 6, əhaliyə xidmətlər üzrə isə 10,2 faiz artıb.

Düzdür, proses hökumətin nəzarətindədir. Və ölkədə inflyasiya əleyhinə konkret tədbirlər planı, dəqiq baxış sistemi də mövcuddur. Ancaq məsələnin elə tərəfləri var ki, istər-istəməz vaxt lazımdır. Məsələn, ərzaq buğdası üzrə qiymət yüksəlişindən yaxa qutarmaq çox çətin və hətta mümkün olmayan məsələdir. Ölkədə çörəyin və digər un məhsullarının qiymətlərinin bahalaşacağı hələ keçən il gözlənilirdisə də, cari ilin yanvarında baş verdi. Halbuki, hökumət bunun qarşısını almaq üçün un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərdi - ƏDV ləğv olundu, subsidiyalaşdırma həyata keçirildi və sair... Ancaq ölkəmiz buğda sarıdan idxaldan asılı olduğundan təqribən 42 faiz kəsiri örtmək vəzifəsinin öhdəsindən gəlmək məcburiyyəti qarşısındadır. Bunu da Rusiya, Ukrayna və Qazaxıstanın hesabına edirdik.

Belə vəziyyətdə ilin sonuna doğru un məhsullarının qiymətlərinin növbəti dəfə bahalaşacağı ehtimalı çox yüksəkdir. Bu da digər qiymətlərə təsir edəcəyindən, görünür, ərzaq inflyasiyası cari ildə də ümumi bahalaşmada əsas rol oynayacaq.Yeri gəlmişkən, Prezident İlham Əliyevin bu ilin yanvarında Ukraynaya rəsmi səfəri zamanı ölkələrimiz arasında ərzaq təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlıq sazişi imzalanmışdı. Sazişdə ərzaqlıq buğda məhsullarının istehsalı və tədarükü önəmli yer tutur. Ancaq Ukraynada müharibə başladığından imzalanan bu saziş, o cümlədən ticarət sahəsində digər sənədlər də havadan aslı vəziyyətdə qalıb. Üstəlik, Rusiya da ağır sanksiyalar altındadır.

Bəli, alternativ ölkələrdən taxıl, buğda idxalı mümkündür. Lakin Qazaxıstanı çıxmaq şərtilə digər ölkələr bizdən məsafəcə uzaq olduğundan, buğdanın daşınma xərcləri və bazar qiymətləri xeyli pul tələb edir. Bunun özü də sonda qiymət artımına gətirib çıxaracaq.

Odur ki, ölkədə buğda qıtlığı olmayacaqsa da, qiymət artımı labüd görünür. Ümumiyyətlə, dünyada ancaq təxminən 30 ölkə özünü buğda ilə sırf daxili istehsal hesabına təmin edə bilir, 170-ə yaxın ölkə isə tələbatını idxalla ödəyir. Beləliklə, hökuməti qarşıda gözləyən əsas vəzifələrdən biri də odur ki, ərzaq buğdasının bahalaşacağı təqdirdə bunun bütün digər qida məhsullarına da sirayət etməsinə yol verilməsin və poses zəncirvari xarakter daşımasın. Hesab edirəm ki, antiinflyasiya tədbirləri çətin də olsa bunun qarşısını alacaq.
Pərviz Heydərov/Azvision.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çörək bazarında savaş başlayır: Yenə bahalaşma? - GƏLİŞMƏ

    Çörək bazarında savaş başlayır: Yenə bahalaşma? - ...

    23-02-2022, 18:44

  • 
  • Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə “Norm” qiymətləri qaldırdı

    Azərbaycanda yeni BAHALAŞMA DALĞASI - Bu dəfə ...

    10-08-2018, 16:20

  • 
  • Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ SİSTEM: - “Bu gerilik aradan qaldırılmasa...”

    Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ ...

    30-03-2020, 16:27

  • 
  • Ermənistanda bahalaşma davam edir

    Ermənistanda bahalaşma davam edir ...

    11-09-2018, 10:30

  • 
  • Neftin bahalaşmasının fəsadları-ekspertlər narahatdır

    Neftin bahalaşmasının fəsadları-ekspertlər ...

    2-02-2018, 16:14


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu