Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan fermerləri çətin durumda: hökumətdən kömək istəyirlər - Video
Fermerlər hökumətdən gübrə və su üçün kömək istəyirlər.
Gundemxeber.Az PİA.az-a istinadla xəbər verir ki, Azərbaycan fermerləri taxıl əkini üçün hökumətin verdiyi subsidiyanın artıq bir dərdə dərman olmadığını, əkin sahələrini suvarmaq üçün su tapmadıqlarını deyirlər.
Onlar bildirirlər ki, bu mövsümdə hətta keçən ilkindən daha az məhsul gözləyirlər. Buna əsas səbəbi kimi bahalaşmanı göstərirlər.
Fermerlər deyirlər ki, dövlətin taxılın hər hektarına verdiyi illik 240 manat subsidiya bahalaşmadan sonra xərcləri ödəməyə yetmir:
“Həmin subsidiyaya 5-6 kisə yemləmə gübrəsi alıb, istifadə edirdim. O da 40-50 sentner məhsul verirdi. Amma bu gün dövlətin verdiyi subsidiyaya 3 kisə yemləmə gübrəsi ala bilmirəm. Keçən il çox taxıl götürürdüm. Bu il isə 3 kisə gübrə edir. Bəs ondan nə məhsul götürəcəyəm?!”.
Rəsmi statistikaya görə, Azərbaycanın xaricdən buğda asılılığı 40 faizdir. Hökumət elan edib ki, ərzaq təhlükəsizliyi məqsədi ilə yerli fermerlərə dəstək lazımdır. Azərbaycan keçən il xaricdən aldığı taxılın 95 faizini Rusiyadan gətirib.
İndi Ukraynaya qarşı apardığı müharibəyə görə, Rusiyaya qoyulan sanksiyalar Azərbaycanın buğda asılılığı ilə bağlı sullarını aktuallaşdırıb.
Daha ətraflı “AzadlıqRadiosu”nun videomaterialında:
Gundemxeber.Az
28-12-2012, 12:20
5-07-2013, 15:11
7-05-2013, 00:39
3-10-2018, 14:32
9-05-2013, 17:11
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?