GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsmət Abbasov fermerlərə müharibə açıb

İsmət Abbasov fermerlərə müharibə açıb

Tarix: 28-12-2012, 12:20 Bölmə :Ölkə Baxış: 1 230
İsmət Abbasov fermerlərə müharibə açıb

Ölkədə yürüdülən aqrar siyasət ona yönəlib ki, imkanlı şəxslər kəndlilərin pay torpaqlarını əllərindən alsınlar

gundemxeber.az Azərbaycanın bəzi bölgəsində kəndlilər torpaqlarını əkib-becərməkdən imtina edirlər. Əkin sahələri isə boş qalıb. Torpağını əkib-becərməkdən imtina edib sahəsini icarəyə verənlər olsa da amma icarədarlar da son vaxtlar əkin işindən üz döndəriblər. Rayonlarda torpaq sahələrinin boş qalma səbəblərini araşdırdıq.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev sualımıza cavab olaraq bildirib ki, torpaq sahələrinin əkilməməsini demək yanlışdır. Onun sözlərinə görə, taxıl təsərrüfatlarının böyük əksəriyyəti əkilib: “Ötən illə müqayisədə dən və yaşıl yem bitkiləri 6,8, buğda 3,4, arpa 6,5 faiz çox səpilib. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi davam etdirilir. Hər hektara yanacaq və motor yağlarına görə 40 manat, toxuma və gübrəyə görə də güzəştlər verilir. Fermerlərə dövlət tərəfindən diqqət var. Sahələr heç vaxt boş qala bilməz”. Gələn ildən kooperasiya haqqında qanun qəbul olunacağını deyən nazirlik rəsmisi onu da bildirib ki, qanuna görə, xırda təsərrüfatlar iri təsərrüfatlarda birləşərək kooperasiya yaradacaq. Gələn ilin aprel ayında qəbul olunacağı gözlənilən qanun layihəsi fermerlərin marağına səbəb olacaq. Murtuzəli Hacıyevin sözlərinə görə, ola bilər ki, kimsə belə bir faktla qarşılaşsın amma bu o demək deyil ki, fermerlər torpaq sahələrini əkməkdən imtina edirlər. Belə bir şey ola bilməz. Əksinə, dövlət tərəfindən kəndlilərə verilən subsidiyalar onları torpağı əkməyə həvəsləndirir.
Amma nazirlik rəsmisinin sözlərinin əksinə olaraq ölkədə aparılan aqrar siyasət kəndlilərin əkin işindən yayınmasına yönəlib. Ölkədə yürüdülən aqrar siyasət ona yönəlib ki, imkanlı şəxslər kəndlilərin pay torpaqlarını əllərindən alsınlar. Yəni uzun müddət aqrar sahədə aparılan siyasət buna xidmət edir. Tək bu il yox artıq uzun illərdir ki, əkinlə məşğul olanların sayı azalıb. Əkin sahələri boş qalıb. Torpağını icarəyə verənlər olsa da, amma icarədarlar da son vaxtlar əkin işindən imtina edir. Məhsul isə ucuz olduğundan fermerlər məhsullarını sata bilmir və əllərində qalır. Son 5 ildə verilən statistikaya görə, ölkədə 1 milyon hektara yaxın sahədə taxıl əkilib. Gəlin görək bu taxılın hansı hissəsi Dövlət Taxıl Fondu tərəfindən qəbul olunub. Bu statistika iki-üç il bundan qabaq 1000 ton qəbul edilmişdi. Amma son dövrlər statistika verilmir. Ona görə ki, taxıl verənlər yoxdur və hökumət də qəbul etmir. Taxıl Fondu isə əsas gətirir ki, keyfiyyəti aşağıdır. Həqiqətən də keyfiyyət aşağıdır. Amma bunu qaldırmaq üçün aqrar siyasət yeridilmir.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə kifayət qədər subsidiya verildiyini desə də, bu, yenə də fermerlərin xeyrinə işləmir. Kəndlinin bir hektar əraziyə çəkdiyi xərc 300-500 manatdan artıqdır. Kəndli ən yaxşı halda 2 ton məhsul götürür. Həmin məhsulu isə 20 qəpiyə satanda 400 manat edir. Fermer yenə də ziyana gedir. Statistik rəqəmlərdə məhsuldarlığın yüksək göstərilməsinə baxmayaraq həqiqətdə məhsuldarlıq 15 sentner civarındadır. Bu da onu deməyə əsas verir ki, fermer gəlir götürmür. Məhsuldarlıq və keyfiyyət aşağı olduğu üçün fermerlər məhsullarını satmağa çətinlik çəkir. Bundan əlavə suvarma da pullu olduğundan istehsal olunan məhsulun maya dəyəri yüksək olur. Bütün bunlar da fermeri əkin işindən yayındırır. Məsələn, Qazaxıstandan ölkəyə buğda gətirilməsinin daha ucuz başa gəldiyindən və buğdaya olan tələbat ödənildiyindən kəndli də, istehsalçı da unu dəyirmanlardan və ya bazarlardan alırlar.
Fermerlərin aqrotexniki qaydaları bilməməsi də ölkədə belə problemlərin yaşanmasına şərait yaradır. Məsələn, bütün dünyada hər hektara 700 kiloqram gübrə verildiyi halda bizdə hər hektara 7 kiloqramdan da aşağı gübrə düşür. Belə olan halda fermerin əldə etdiyi məhsul az və keyfiyyətsiz amma maya dəyəri yüksək olur. Bunu isə baha satmaq olmur. Təkcə taxıl sahələrində yox, kənd təsərrüfatının başqa sahələrində də, kartofçuluqda da belə problemlər yaşanır. Bu gün ölkəyə Türkiyədən, İrandan kartof gətirilir. Halbuki öz yerli kartofumuzu vaxtında çıxarıb soyuducu anbarlarda saxlasaq, fermer də gəlir əldə edə bilər. Amma soyuducu anbar sahibləri daha yüksək tarif müəyyən etdiklərindən fermerlərə orada məhsul saxlamaq sərf etmir. Artıq bu uzun illərdir ki, kəndlilər torpağı əkməkdən imtina ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda aqrar siyasət aparılmır.
İdxal inhisarçı əllərdə olduğu və inhisarçılar məmurlarla əlaqəli olduqları üçün istehsal hökumətin marağında deyil. İnhisarçılar idxalda maraqlıdırlar. Onlar da çox asanlıqla xaricdən məhsul gətirərək yüksək gəlir əldə edirlər. Daxildə aqrar siyasət aparmaq niyyətində deyillər. Sabah Qazaxıstan idxalı dayandırsa onda Azərbaycan çox acınacaqlı vəziyyətdə qalacaq. Bütün bu siyasət qəsdən aparılır ki, fermerləri sıradan çıxarsınlar və torpaqları hazırda aqrar siyasəti aparan məmurlara və onların qohum-əqrəbasına çox ucuz qiymətə satsınlar. Onlar da burada öz təsərrüfatlarını yaratsınlar.

Heyran Həmidova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fermerlərə şad xəbər

    Fermerlərə şad xəbər ...

    15-10-2015, 14:02

  • 
  • İsmət Abbasovun “aqrar pripiskası”

    İsmət Abbasovun “aqrar pripiskası” ...

    9-01-2013, 11:15

  • 
  • İsmət Abbasovdan 6 milyon manatliq korrupsiya

    İsmət Abbasovdan 6 milyon manatliq korrupsiya ...

    16-01-2013, 10:30

  • 
  • İsmət Abbasovun Subsidiya maxinasiyası

    İsmət Abbasovun Subsidiya maxinasiyası ...

    13-12-2012, 12:45

  • 
  • İsmət Abbasovun subsidiya maxinasiyaları

    İsmət Abbasovun subsidiya maxinasiyaları ...

    7-12-2012, 12:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu