GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 'Tərəqqi' medallı məmurun həbsində rektor-deputatın da adı hallanır

'Tərəqqi' medallı məmurun həbsində rektor-deputatın da adı hallanır

Tarix: 28-03-2022, 12:47 Bölmə :Cəmiyyət Baxış: 283


Azərbaycan Auditorlar Palatasının Gəncə şəhər Auditor Təşkilatının keçmiş direktoru Natiq Məmmədova bugünlərdə 10 il həbs cəzası kəsilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində onun haqqında hökm çıxarılıb.

66-yaşlı Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yoxlama zamanı yeyintiləri üzə çıxarmamaqdan ötrü 400 min manat rüşvət almaqda, tanışının oğlunu yanğınsöndürən vəzifəsinə işə düzəltmək adıyla pul almaqda, kredit götürmək üçün saxta sənədlərdən istifadə etməkdə suçlu sayılıb.

200 min manatdan bir qədər artıq mənimsəmə olduğunu göstərib...

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı rəsmi qaydada müqavilə bağlayaraq Məmmədovu Qazax filialında yoxlama aparmağa göndərib. Cinayət işinin materiallarında iddia olunur ki, bu filialda 2005-2012-ci il üzrə iri məbləğdə maliyyə çatışmazlıqları, ciddi pozuntuların yekun arayışda qeyd olunmaması üçün Məmmədov filialın rəhbəri İsa Veysovdan 650 min manat rüşvət tələb edib. Veysov əvvəl 50 min manat verib, daha sonra sürücüsü ilə 150 min göndərib və üçüncü dəfə özü 200 min çatdırıb. İddia olunur ki, son nəticədə auditora ümumilikdə 400 min manat pul verilib. Lakin o, yekun arayışda bu filialda 200 min manatdan bir qədər artıq mənimsəmə olduğunu göstərib. İttihama əsasən, o, qalan 250 mini ala bilmədiyinə görə belə arayış tərtib edib.

Özü isə deyir ki, yalandır, nə Veysovdan pul istəyib, nə də alıb. Onun sözlərinə görə, bu haqda ittihamda yazılanlar şər-böhtandır: "Əgər mən ondan pul alsaydım, 200 min manat mənimsəməyə yol verildiyini arayışda göstərməzdim...".

Saxta sənədlərlə kredit, işə düzəltmək ...

"Finca"dan saxta sənədlərlə 20 min dollar kredit götürməsi məsələsinə gəlincə, Məmmədov deyir ki, bu işdə də qanunsuz heç nə olmayıb. Qaydalar çərçivəsində kredit götürmək istəyib, lakin ondan iki nəfər zamin istənilib. O da öz işçilərindən xahiş edib, ona zamin dayanıblar.

İş materiallarında isə iddia olunur ki, sabiq direktor saxta sənədlər hazırlayaraq ona zamin dayanan iki nəfəri rəhbərlik etdiyi qurumun işçiləri kimi göstərib.

Tanışı Cavanşir Nağıyevin oğlu Elvini işə düzəltmək adıyla pul alınması ittihamıyla da razılaşmır. Deyir ki, ona pul lazım olub, borc alıb və qaytarıb: "Bu məsələ araşdırılıb, hüquqi qiymət verilib".

Elvin Nağıyev isə deyir ki, pul borc yox, onu işə düzəltməkdən ötrü verilmişdi. İş düzəlməyəndə pulu geri istəsələr də, qaytarmayıb. Bir müddət sonra atası vəfat etdiyinə görə özü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Bundan sonra 5 min manat qaytarılıb.

"Məni yalandan şahid tutub"

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş müdirindən 400 min manat alınması məsələsi ilə əlaqədar Veysovun sürücüsü də məhkəmədə dindirilib. İddia olunur ki, pulun bir hissəsini Veysov sürücüsüylə göndərib və o da aparıb Gəncədəki otellərdən birində ona çatdırıb. Lakin o deyir ki, belə bir hal olmayıb: "İsa Veysov məni yalandan şahid tutub. Mən heç kimə pul verməmişəm, o adamla da əlaqəm olmayıb. Onu bir dəfə universitetə gələndə görmüşəm. Ağ rəngli maşınla idi. Onda bildim ki, universiteti yoxlamağa gəlib. Vəssalam".

400 minin Aqiyə Naxçıvanlıya çatacağını deyib

Veysov iddia edib ki, auditor ondan 400 min manatın rektor Aqiyə Naxçıvanlıya çatacağını deyib. Qalan məbləği də özü üçün istəyib.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialındakı yoxlamalardan az sonra Veysov vəzifəsindən azad edilib. Bir müddət sonra isə o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və s. ittihamlarla həbs olunub.

Təqsirləndirilən Məmmədov ittihamlarla razılaşmasa da, məhkəmə fərqli nəticəyə gəlib. Gəncə Ağır Cinayətlər Məhkəməsi onu ittiham olunduğu bütün epizodlar üzrə təqsirli hesab edib. Lakin saxta sənədlərdən istifadə, dələduzluğa cəhd, vəzifə saxtakarlığı kimi əməllər üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona bu maddələrlə cəza təyin olunmayıb. Yalnız külli miqdarda rüşvət alma ittihamı üzrə 10 il həbs cəzası kəsilib.

Məmmədov Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamıyla "Tərəqqi" medalı ilə təltif olunub./amerikaninsesi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında “yeni qaydalar”

    Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala ...

    1-05-2014, 10:13

  • 
  • Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama

    Nazirlikdən Aqiyə Naxçıvanlı ilə bağlı açıqlama ...

    25-01-2014, 11:38

  • 
  • "Vallah bizdə adam qalıb ki? Müəllimlər İnstitutunun bölgələrdə 11 filialı var ki..."

    "Vallah bizdə adam qalıb ki? Müəllimlər ...

    13-12-2013, 19:15

  • 
  • Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – Yanan evin fotoları

    Evi yandırılan keçmiş rektor xalqdan gizlənir – ...

    20-02-2014, 11:40

  • 
  • Xanım rektor haqqında daha bir iddia

    Xanım rektor haqqında daha bir iddia ...

    30-01-2014, 18:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu