GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sahibkarlar Goranboyda bir araya gəldilər -FOTOLAR

Sahibkarlar Goranboyda bir araya gəldilər -FOTOLAR

Tarix: 21-04-2022, 18:49 Bölmə :Cəmiyyət Baxış: 1 179

Hər kəsə məlumdur ki, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) bir ictimai birlikdir və bu qurum mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq, hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında faəliyyətlərini əlaqələndirməklə bərabər, eyni zamanda onların hüquqi və iqtisadi mənafelərini də müdafiə edir. 

Bundan əlavə, ASK-ı özünüidarəedən, ictimai-faydalı məqsədləri daşıyan və fəaliyyəti zamanı heç bir gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Qeyd edək ki, bu qeyri-dövlət qurumu 05 mart 1999-cu ildə təsis olunmuş və 09 aprel 1999-cu il tarixdə rəsmən dövlət qeydiyyatından keçmişdir. 

Hazırda adı çəkilən bu Konfederasiyanın bir neçə rayonda nümayəndəlikləri fəaliyyət göstərir ki, onlar da bütün respublikanı əhatə edir. Faktdır ki, ASK sahibkarlığın inkişaf etdirilməsinə lazımi dəstəyini ifadə etməklə bərabər, eyni zamanda bu gün ölkəmizin iqtisadi sahəsinin yeni mərhələyə qədəm qoymasında da xüsusi rola malik olur.

Bəli, ölkəmizdə həyata keçirilən islahatların uğurlu alınması səbəbindən, hazırda müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin lazımi səviyyədə icra olunması, məhz ölkəmizi beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıtmışdır. Belə bir halın varlığı dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən, bu gün də yüksək qiymətləndirilməkdədir. 

Hal-hazırda qeyri-neft sənayesində və kənd təsərrüfatı sahələrində əldə olunan uğurlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsə biznes fəaliyyətlərini genişləndirməyə lazımi imkanlar yaradır.

Eyni zamanda milli iqtisadiyyatımızın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rolunu getdikcə də artırır.

Bütün bunları əsas tutaraq, ASK-nin yaranmasının və fəaliyyətə başlamasının 20 (iyrimi) illiyi münasibətilə, bu gün Goranboy rayonunda geniş tədbir təşkil olundu və tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açdı. O, açılış zamanı qeyd etdi ki, “Mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olduğu illər ərzində, daim sahibkarlığın inkişafına öz dəstəyini göstərib. Yəni, ölkə rəhbəri olaraq o, ölkəmizin hər bir şəhər və rayonunda, o cümlədən Goranboyda da sahibkarlığın inkişafına daim dövlət dəstəyini ifadə edib.

 Bəli, biz 44 günlük Vətən müharibəsi dövründə sahibkarların ordumuza verdikləri dəstəyi gördük və lazımınca da qiymətləndirdik. Belə bir səbəbdəndir ki, bu gün sahibkarlar ölkə rəhbəri tərəfindən diqqət və qayğı ilə əhatə olunurlar. 

Hazırda biz də əlimizdən gələn köməklikləri göstəririk ki, Goranboyda iş adamlarının normal fəaliyyət göstərmələri üçün lazımi şərait olsun. Qeyd edim ki, bu rayonda fəaliyyət göstərən “Med Life” klinikasına məxsus əlavə korpusun inşa olunması üçün, keçirilən təməlqoyma tədbirində RİH-nin başçısı olaraq mən də iştirak etdim. Hal-hazırda klinikaya məxsus korpusda tikinti işləri sürətlə davam etdirilir və gələcəkdə 232 nəfər şəxs burada işlə təmin olunacaqlar. Təbii ki, belə bir müasir tibb mərkəzin daha geniş formada fəaliyyət göstərməsi,  ümumi şəkildə regionun iqtisadi inkişafına lazımınca təsirini göstərəcək”.

İcra başçısı etdiyi çıxış zamanı Vətən müharibəsi dövründə goranboyluların göstərdikləri qəhrəmanlıqlardan da bəhs etdi. Daha sonra Konfederasiyasının vitse-prezidenti cənab Vüqar Zeynalovun təşkilati məsələlərlə bağlı etdiyi çıxış, məhz tədbir iştirakçılarının daha çox nəzər və diqqətini cəlb etdi.  Yəni, bu şəxs çıxışı zamanı bildirdi ki, “25 aprel 2002-ci ildə mərhum prezidentimiz Heydər Əliyevin xeyir-duası ilə yaradılan bu təşkilat, sahibkarların hüquqlarının qorunmasında və onların iş fəaliyyətlərinin stimullaşdırılmasında müstəsna rola malik oldu”.

Sonda tədbirin keçirilməsi üçün yaradılmış şəraitə görə, hər kəs RİH-nin başçısı cənab Məhərrəm Quliyevə dərin təşəkkürlərini çatdırdılar. Daha sonra ASK-nin Goranboy rayonu üzrə təmsilçisi Rüstəm Nağıyev, yerli sahibkarların müsbət fəaliyyətlərindən və rayon rəhbərliyinin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhs etdi. 

Yerli sahibkarlar təşkilatın fəaliyyətini və tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər və onlar  bir çox məsələlərlə bağlı əhəmiyyət kəsb edən fikirlər də səsləndirdilər. Tədbirin sonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardan 8 (səkkiz) nəfər şəxs fəxri fərmanla da təltif olundular.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qalmaqallı qanun qüvvəyə minir

    Qalmaqallı qanun qüvvəyə minir ...

    3-02-2014, 16:54

  • 
  • Ramil Usubovun səlahiyyəti azaldılır

    Ramil Usubovun səlahiyyəti azaldılır ...

    27-01-2013, 12:24

  • 
  • İctimai Maraqların Müdafiəsi Mərkəzi antidemokratik dəyişiklikləri pisləyib

    İctimai Maraqların Müdafiəsi Mərkəzi ...

    20-09-2014, 12:48

  • 
  • Azərbaycanda yalnız bu şəxslər küçəyə çıxa biləcək - SİYAHI

    Azərbaycanda yalnız bu şəxslər küçəyə çıxa ...

    2-04-2020, 20:49

  • 
  • Müxtəlif bəhanələrlə sahibkarlardan və biznesmenlərdən qeyri-qanuni pullar yığılması hamıya məlumdur

    Müxtəlif bəhanələrlə sahibkarlardan və ...

    12-10-2017, 10:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu