24 Aprel - Bütöv Azərbaycan Gənclər Gününü qeyd edən KXCP, ABŞ Prezidenti Baydenin “soyqırım” ifadəsinə kəskin etiraz edir.
25 Aprel 2022-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr, təşkilat məsələləri və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında:
- Qarabağda hərbi-siyasi vəziyyət haqqında;
- ABŞ Prezidenti Bayden tərəfindən 24 Aprel 2022-ci ildə saxta erməni soyqırımı ifadəsinin səsləndirilməsi haqqında;
- erməni separatçılarının Xankəndində keçirdikləri etirazlara münasibət haqqında;
- 24 Aprel - Bütöv Azərbaycan Gənclər Günü münasibəti ilə keçirilən tədbir haqqında;
- İnflyasiyanın və bahalaşmanın geniş vüsət almasına münasibət haqqında;
- İşğalçı rusiya ordusunun Ukrayna ərazisində törətdiyi son vəhşiliklər haqqında;
- İşğaldan azad olmuş torpaqların minalardan təmizlənməsi vəziyyəti və əhalinin məskunlaşdırılmasının gecikdirilməsinə münasibət haqqında;
- Qazilərin intiharları haqqında;
- Təbriz şəhərində fars - molla rejimi tərəfindən erməni muzeyinin açılmasına münasibət haqqında;
- KXCP-nin fəaliyyət istiqamətləri haqqında;
- KXCP vəsiqə nümunələrinin təsdiqi haqqında;
- KXCP rayon (şəhər) şöbələrinin mənzil qərargahla təmin olunması ilə bağlı İcra Hakimiyyətlərinə müraciət haqqında;
- Təşkilat məsələləri haqqında - müzakirələr aparılmış, uyğun qərarlar, bəyanatlar qəbul edilmiş və müvafiq qurumlara göndərilmişdir.
Sorğu
Yeni dizaynımız necədir?