“Biz danışıqlar yolu ilə humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.
Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yay sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Bakıda 30 min erməni yaşayır:
“Onlar Azərbaycan vətəndaşıdırlar. Ermənistanda yaşayan azərbaycanlılar isə etnik təmizləməyə məruz qalıblar. Mən Ermənistandan olan həmkarlarımı dialoqa dəvət edirəm.
Çətin vəziyyətdən yeganə çıxış Avropa Şurasının dəyərlərindən olan ikitərəfli danışıqlar yolu ilə mümkündür. Biz masa arxasında oturub humanitar məsələləri və hətta ikitərəfli inamın bərpa olunması məsələlərini həll edə bilərik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?