GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Rusiya Azərbaycanda “gizli laboratoriyalar” iddiasından niyə əl çəkmir?

Rusiya Azərbaycanda “gizli laboratoriyalar” iddiasından niyə əl çəkmir?

Tarix: 11-05-2022, 11:56 Bölmə :Cəmiyyət Baxış: 231


Təhlükəsizlik eksperti: “Ortada heç bir sübut, fakt olmadan Azərbaycana qarşı ittiham səslənirsə...”

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Moskva öz təbliğatını həm də bu ölkə ərazisindəki ABŞ-ın bioloji silah laboratoriyaları üzərində qurur. Rusiya Müdafiə Nazirliyi Ukraynada ABŞ-a məxsus 30 bioloji laboratoriyanın olduğunu iddia edib.

Maraqlıdır ki, Rusiya bu mövzuda israr edir ki, bu laboratoriyalardan  Azərbaycan ərazisində də var.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bununla bağlı məlumat da yayıb.

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilməkdədir. Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Eyni zamanda tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk", - məlumatda deyilir.     

Yada salaq ki, yanvar ayında da “Rossiya-24" telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun ”Andromeda ştamı" adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Həmin  filmdə də  müəllif Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib.

Rusiya niyə bu mövzuda israrından əl çəkmir?

İlham İsmayıl: "RUSİYA AZƏRBAYCANIN YANINDA OLMAYACAQ" - MÜSAHİBƏ

İlham İsmayıl

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, böyük dövlətlər qanunsuz hərəkətlər etməmişdən öncə  öz gələcək addımlarına qanuni don geyindirmək üçün bəhanələr uydurmağa başlayırlar: “Tarixən belə olub, indi də belədir. Adolf Hitler də Çexoslovakiyaya 1939-cu ildə hücum etməzdən  öncə bəyan edirdi ki, oradakı sudet almanlarının vəziyyəti ağırdır, mən onları xilas etməliyəm. 2014-cü ildə Rusiya rusların vəziyyətinin ağır olduğunu bəhanə etdi və Ukrayna ərazilərini ilhaq elədi. İndiki müharibədə Rusiyanın bəhanələrindən biri guya Ukraynadakı rusdilli əhalinin sıxışdırılması, Rusiyaya Ukrayna ərazisindən təhlükə olması idi. Konkret olaraq bioloji laboratoriyalarla bağlı da Rusiya daha çox Ukraynanın üstünə düşmüşdü. İddia edirdi ki, Ukraynada ABŞ-ın 30 bioloji laboratoriyası var. Bütün bu iddiaların hamısı Rusiyanın atacağı qanunsuz addımlara əvvəlcədən qanuni don geyindirməyin bəhanəsidir. Bu, artıq təcrübədə təsdiqini tapıb.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı sözügedən açıqlamada da konkret göstərilir ki, bioloji silahlar üzrə tədqiqat elmi mərkəzlərinin guya Azərbaycanda fəaliyyət göstərməsi barədə iddiaların heç bir əsası yoxdur. Rusiyanın heç bir sübut, fakt göstərmədən belə bir iddia irəli sürməsi demirəm ki, bu saat Azərbaycana təcavüz və ya müdaxilə etmək məqsədilədir, amma ən azı təzyiq vasitəsidir. Rusiyanın bu addımları təkcə bizim Dövlət Təhlükəsizlik Xidməti tərəfindən deyil, ümumiyyətlə, beynəlxalq qurumlar tərəfindən sonuncu dəfə səsləndirdikləri BMT kürsüsünün özündən belə tənqid olunur. BMT-nin tərk-silah üzrə nümayəndəsi var, o deyir ki, artıq Rusiya neçənci dəfədir fakt və sübut göstərmədən ittiham irəli sürür. Sonuncu dəfə, ümumiyyətlə, bioloji silahların, bakterioloji silahların qadağan olunması haqqında konvensiya 10 aprel 1972-ci ildə imzalanıb. Onun 50 illiyi ilə bağlı Rusiya nümayəndəsi çıxış eləyəndə həmin vaxt ABŞ-ın nümayəndəsi də bildirib ki, bu, Rusiyaya xas olan sübut və fakt göstərmədən əsassız ittihamlar irəli sürmək tendensiyasının davamıdır. Ortada heç bir sübut, fakt olmadan Azərbaycana qarşı ittiham artıq BMT tribunasından Rusiya təmsilçisi tərəfindən səslənirsə, bu, təzyiq vasitəsidir".

Ekspertin sözlərinə görə, Brüssel görüşündən sonra Azərbaycana qarşı məhz bu cür ittihamlar Rusiya tərəfindən səslənməyə başlayıb: “Təzyiq olduğu açıq-aşkardır. Qarabağ məsələsinin, Azərbaycan-Ermənistan münasibətlərinin Avropa İttifaqının moderatorluğu ilə birdəfəlik həll olunmasını Rusiya qəzəblə qarşılayır. Ona görə də Azərbaycana təzyiq edir. Düzdür, bu saat Azərbaycana da Ukraynaya olduğu kimi hərbi hücum etmək fikrində deyil, amma təzyiq altında saxlayır. Bununla mesaj verir ki, mən bunu əlimdə əsas tutub Azərbaycan ərazisinə daxil olmağa məcbur ola bilərəm.

Keçən ilin payızında İran da bizə buna bənzər bir uydurma ilə təzyiq edirdi".

İlham İsmayılın fikrincə, Azərbaycan hələ DTX-dan öncə diplomatik yollarla Rusiyanın ittihamlarına etiraz edib, amma DTX-nın yaydığı məlumat artıq onun göstərir ki,  Azərbaycana qarşı bir təhlükə var: “Məlumatda belə bir cümlə var: ”Azərbaycan ictimaiyyəti, əhalisi Rusiyanın bu bəyanatlarından narahatlıq keçirir". Bu fikir ona görə xüsusi vurğulanır ki, Rusiya adətən o cür ittihamlarla çıxış edəndən sonra təcavüzkar addımlara əl atır.  Rusiyanın irəli sürdüyü ittihama susqun qalmaq olmaz"./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər korlana bilər

    Lavrovdan İrəvana sərt xəbərdarlıq - Münasibətlər ...

    12-06-2018, 18:10

  • 
  • “Rusiyaya qarşı bioloji savaş hazırlanır”

    “Rusiyaya qarşı bioloji savaş hazırlanır” ...

    31-10-2017, 21:34

  • 
  • ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb

    ABŞ 12 Rusiya vətəndaşına qarşı ittiham irəli ...

    14-07-2018, 13:21

  • 
  • Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli danışıqlar

    Rusiya və ABŞ arasında Ukrayna üzrə gizli ...

    21-08-2017, 14:53

  • 
  • Rusiya XİN Ermənistana silah satışı ilə bağlı açıqlama verdi

    Rusiya XİN Ermənistana silah satışı ilə bağlı ...

    26-02-2016, 12:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu