GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sovet ordusunu acından ölməkdən qurtaran və onu silahla təmin edən “lend-liz”-Ukraynaya necə yardım edəcək?

Sovet ordusunu acından ölməkdən qurtaran və onu silahla təmin edən “lend-liz”-Ukraynaya necə yardım edəcək?

Tarix: 11-05-2022, 12:08 Bölmə :Cəmiyyət Baxış: 218


Xəbər verildiyi kimi, bu ilin aprel ayının 28-də ABŞ Konqresinin Nümayəndələr Palatası İkinci Dünya Müharibəsindən bəri istifadə olunmayan “Lend-liz” proqramı çərçivəsində Ukraynaya silah tədarükü haqqında qanun layihəsini böyük səs çoxluğu (417 lehinə, 10 əleyhinə) ilə təsdiqləyib.

Qeyd etmək lazımdır ki, həmin akt hələ ABŞ Senatı tərəfindən bu ilin aprel ayının 7-də qəbul olunmuşdu (maliyyə xarakterli qanunvericilik aktı olduğuna görə onun Nümayəndələr palatası tərəfindən təsdiqlənməsi məcburidir-red.). May ayının 9-da isə ABŞ prezidenti Co Bayden sözügedən aktı imzalamaqla onu qüvvəyə mindirib. Artıq bundan sonra ABŞ iki il ərzində rəsmi Kiyevə silah və digər yardımlarını daha tez və standart bürokratik prosedurlar olmadan çatdıra biləcək.

Bir çox analitiklər tərəfindən “Ukrayna müharibəsində dönüş yarada biləcək” dərəcədə qiymətləndirilən bu qanun layihəsi əslində nədir və nə üçün Kreml və ona yaxın olan politoloqlar tərəfindən süngü ilə qarşılanır.

Bayden Ukrayna üçün lend-liz haqqında qanunu imzalayıb

Bu qanunun tarixi İkinci dünya müharibəsinə gedib çıxır, Birləşmiş Ştatlar prezidenti Frankln Delano Ruzveltin təşəbbüsü ilə tərtib olunub və 1941-ci ilin mart ayının 11-də imzalanıb. Həmin akt ABŞ hökumətinə 1941-1945-ci illərdə İkinci dünya müharibəsindəki müttəfiqlərinin sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə ödənişsiz təmin edilməsinə icazə verirdi. Qanunda yazıldığı kimi, müharibənin getdiyi dövr ərzində (bu, ABŞ üçün Yaponiyanın kapitulyasiya aktını imzaladığı tarix hesab olunur) bütün borc-icarə tədarükləri ABŞ Xəzinədarlığı tərəfindən ödənilmişdi. Savaşdan sonra qalan, xidmətə yararlı silah və avadanlıqlarla bağlı borcların qaytarılması isə xüsusi sazişlə müəyyən ediləcəkdi.

Lend-Lease - Wikipedia

Yəni, “Lend-liz” aktı Birləşmiş Ştatların prezidentinə ölkəsi üçün həyati əhəmiyyət kəsb edən istənilən ölkəyə əvvəlcədən ödəniş etmədən kömək etmək səlahiyyəti verirdi. Qanunda nəzərdə tutulduğu kimi, icarəyə verilmiş, müharibə başa çatdıqdan sonra qalan və mülki məqsədlər üçün yararlı olan əmlak ABŞ tərəfindən verilən uzunmüddətli kreditlər (əsasən faizsiz kreditlər) əsasında tam və ya qismən ödənilməli idi. Həmin akta əsasən, ABŞ tərəfinin marağı olduğu halda, müharibədən sonra məhv edilməmiş və itirilməmiş texnika və avadanlıqlar rəsmi Vaşinqtona geri qaytarılmalı idi.

webp.net-resizeimage (19).jpg (522 KB)

Lend-liz qanunu ABŞ və SSRİ arasında Soyuq müharibə illlərində mübahisə mənbələrindən biri olub. 

Belə ki, rəsmi Vaşinqton SSRİ-nin əlində qalan (yəni ya qaytarmalı, ya da pulla ödəməli) texnika və avadanlığın 2,7 milyard ABŞ dolları məbləğində olduğunu iddia edirdi. Lakin Sovet rəhbərliyi buna qəti şəkildə qarşı çıxaraq borcun azaldılmasına çalışıb. 1951-ci ildə ABŞ hökuməti borcu 2 dəfə, 800 milyon dollara qədər azaldıb. 1972-ci ildə isə hər iki ölkə arasında həmin borcun faizlər də daxil olmaqla 722 milyon dollar olması və onun 2001-ci ilə qədər ödənilməsi barədə saziş imzalanıb. Sovet hökuməti 1973-cü ildə 48 milyon dollarlıq ilk ödənşini həyata keçirsə də, sonradan ABŞ Senatı tərəfindən Cekson-Venik düzəlişini (SSRİ-yə qarşı diskriminativ ticarət sanksiyaları) bəhanə edərək növəti ödənişləri gerçəkləşdirməkdən faktiki olaraq boyun qaçırıb.

eee.JPG (37 KB)

SSRİ dağıldıqdan sonra 674 milyon dollarlıq borca görə danışıqlar yenidən başlanıb. 1993-cü ilin aprel ayında Rusiya SSRİ-dən qalan borcları öz üzərinə götürdüyü üçün müzakirələr əsasən Kremllə aparılıb. Həmin müzakirələrdə SSRİ-nin borcları texniki olaraq hökumətlərə (Paris Klubu) və özəl banklara olan borclara (London Klubu) bölünüb. Rusiya (neftdən gələn gəlirlərin hesabına) Paris klubuna olan borcunu 21 avqust 2006-cı ildə tam ödəyib.

Yəni bir çoxlarının iddia etdiyi üzrə, bu akt əslində Ukraynaya heç də silah və sursatın tam olaraq “havayı” verilməsini nəzərdə tutmur. Buna rəğmən qanun ondan yaralana biləcək ölkəyə böyük üstünlüklər bəxş edir. Konkret olaraq Sovet İttifaqına göstərilən yardımın həcminin kiçik bir hissəsini rəqəmlərlə ifadə etmək kifayətdir.

Lend-Lease - the history of American military assistance to the USSR.  Kotelnikov V.R.

II Dünya savaşı ərzində Sovet İttifaqına lend liz əsasında bunları verib: 5000-dən çox tank əleyhinə silah; 130 mindən çox avtomatik silah, on minlərlə tüfəng, 345 735 ton partlatyıcı maddə (o cümlədən 123 150 ton trotil; 107 683 ton toluol; 31 933 ton dinamit); 127.000 ton barıt; partlayıcı maddələrin istehsalı üçün 331,066 litr yüksək təmizlikli etanol; 903.000 ədəd detanator; 35,800 ədəd radiostansiya; 2074 radar cihazı; 105 sualtı qayıq əleyhinə gəmi; 202 torpedo qayığı; 90 yük gəmisi; qayıqlar və gəmilər üçün 7784 mühərrik; 11 075 yük vaqonu; 1981 yük vaqonu; 8071 ədəd traktor; 2 milyon yarım telefon aparatı; 4.478.000 ton ərzaq və s. 

Sovet İttifaqı və onun orsusu üçün həlledici olan ərzaqın önəmli hissəsi məhz lend-liz qanun əsasında təmin olunmuşdu. Məsələn SSRİ-yə gələn ərzaqın təkcə 1.750.000 tonu ABŞ-dan tədarük edilib. Nəzərə almaq lazımdır ki, ərzaq ehtiyatları istənilən halda dərhal istifadə olunur və geri qaytarıla bilməzdi. (ABŞ sonradan bunu borc olaraq da saymadı). Yəni əslində ABŞ-ın Sovet ordusunu demək olar ki, acından ölməkdən qurtardığını da söyləmək mümkündür.

Müharibə illləri ərzində SSRİ ABŞ-dan 433.967 avtomobil və 35 minə yaxın motosiklet alıb. Halbuki, müharibənin əvvəlindən 1945-ci ilin sonuna qədər SSRİ-də cəmi 266 min avtomobil və 27 min motosiklet istehsal olunub. SSRİ-nin çox öyündüyü məşhur “Katyuşa” reaktiv yaylım atəşli artilleriya qurğuları da məhz ABŞ-ın “Studebekker” avtomobillərinin üzərində quraşdırılıb.

Bundan başqa, Birləşmiş Ştatlar SSRİ-yə 2 milyon 13 min ton aviasiya benzini (müttəfiqlərlə birlikdə - 2 milyon 586 min ton) verib. Bununla Sovet aviasiyasının müharibə zamanı istifadə etdiyi yanacağın demək olar ki, üçdə ikisinin ABŞ tərəfindən təmin olunduğunu söyləmək mümkündür.

ddttthhkjk.JPG (26 KB)

Göründüyü üzrə qanun ABŞ hökmətini İkinci dünya müharibəsində konkret olaraq faşist Almaniyası və Yaponiya imperiyasına qaşrı ən effektiv silahlardan birinə çevirib.

Konkret olaraq Ukraynaya gəlincə, artıq rəsmi Vaşinqton yeni “lend-liz”in gerçəkləşdirilməsi üçün xüsusi mexanizmlər işləyib hazırlmağa başlayb. Almaniyanın Berlin şəhərində yerləşən Siyasət Fondunun (SWP) hərbi eksperti, Bundesverin istefada olan polkovniki Volfqanq Rixter DW kanalına verdiyi müsahibədə bundan sonra Ukraynaya tank və zenit silahlarının veriləcəyini, buraya ağır haubitsaların əlavə olunacağını bildirib. Ekspert Birləşmiş Ştatlar tərəfindən Ukraynaya “Abrams” döyüş tankı və ya “Bredli” tipli piyada döyüş maşınları kimi mürəkkəb, yüksək texnologiyalı Qərb silah sistemlərini tədarük edəcəyini də istisna etməyib.

Ukrayna ordusu təlimlər keçirəcək...

Ukrayna silahla yanaşı, son vaxtlara qədər olduğundan daha böyük həcmdə əlavə maliyyə vəsaitlərinə malik olacaq. Prezident Bayden artıq Konqresdən Ukraynaya əlavə dəstək üçün 33 milyard dollar (təxminən 31 milyard avro) istəyib. Bunun 20 milyardının ölkəyə hərbi yardım şəklində verilməsi, pulun qalan hissəsinin isə iqtisadi və humanitar dəstəyə ayrılması nəzərdə tutulub.

Rusiyanın isə bu cür böyük maliyyə dəstəyinə sahib olması üçün bütün ölkə resurslarını səfərbər etməsi lazımdır. Hazırda Kremlin əlində bunun üçün texniki infrastrukturun belə olmasını demək çətindir. Əgər Ukrayna Silahlı qüvvələri Rusiyanın hərbi maşını, raket zərbələri qarşısında mətanətlə tab gətirə bilsə, o zaman bu yardımlar onların Qərbin böyük ümid bəslədiyi qələbəsində həlledici faktora çevrilə bilər./Musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Senatından Rusiyaya zərbə

    ABŞ Senatından Rusiyaya zərbə ...

    11-05-2022, 11:19

  • 
  • ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran qanunu təsdiqlədi

    ABŞ Senatı Moskvaya qarşı sanksiyaları artıran ...

    28-07-2017, 13:29

  • 
  • ABŞ Senatı Obamanı saymadı - BÖYÜK QALMAQAL

    ABŞ Senatı Obamanı saymadı - BÖYÜK QALMAQAL ...

    29-09-2016, 14:21

  • 
  • ABŞ Senatı büdcə layihəsi ilə bağlı səsvermə keçirəcək

    ABŞ Senatı büdcə layihəsi ilə bağlı səsvermə ...

    19-01-2018, 19:41

  • 
  • ​ABŞ GERİ ADDIM ATDI! - Donald Trampın başladığı ticarət savaşı...

    ​ABŞ GERİ ADDIM ATDI! - Donald Trampın başladığı ...

    27-07-2018, 15:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu