GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Baş verən təzyiqlər, həbslər və qeyri-insani hərəkətlərlə bağlı “İşgəncələr Əleyhinə Mərkəz” açıqlama yaydı

Baş verən təzyiqlər, həbslər və qeyri-insani hərəkətlərlə bağlı “İşgəncələr Əleyhinə Mərkəz” açıqlama yaydı

Tarix: 11-05-2022, 17:43 Bölmə :Cəmiyyət Baxış: 221


"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” 2022-ci ilin aprel ayına dair hesabat yayıb.


Bu barədə GundemXeber.Az-a mərkəzdən məlumat verilib. 

Bildirilir ki, hakimiyyət aprel ayında da ənənəsinə sadiq qalaraq, ifadə və sərbəst toplaşmaq azadlığını boğmaqda davam edib: "Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu və "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, AXCP-nin  4 aprel tarixində Ukraynaya dəstək mitinqinə, ADRP-nin isə 12 aprel tarixindəki piketinə icazə verməyib. Azərbaycanda sərbəst toplaşmaq hüququ son iki ildə qeyri-rəsmi olaraq qadağan olunub".


Mərkəz hesab edir ki, regionlarda insan hüquq və azadlıqları daha bərbad vəziyyətdədir: "Hətta ictimai-siyasi fəaliyyətdən kənar, siyasi proseslərdə iştirak etməyən, sadə insanların işgəncələrə, repressiyalara, qeyri-insani rəftara məruz qalmaları da getdikcə artmaqdadır. Təəssüflər olsun ki, o kateqoriyaya aid insanların hüquqlarını müdafiə etməyə Mərkəzin resursları imkan vermir. 

Azərbaycanda Ombudsman institutu formal xarakter daşıyır, insan hüquqlarına dair real mənzərəni əks etdirən hesabat yaymır. Milli Məclisin İnsan Hüquqları Komitəsi hüquqları pozulan, işgəncəyə, repressiyaya məruz qalan vətəndaşların müraciətlərinə cavab vermir, onların hüquqlarının bərpası istiqamətində heç bir təşəbbüs göstərmir". 

"Mərkəz milli qanunvericiliyin tələblərinə əsasən, daxili işlər və ədliyyə nazirliklərinin müvəqqəti saxlanma və cəzaçəkmə müəssisələrində işgəncə, repressiya hallarına dair monitorinqin keçirilməsini dəfələrlə xahiş etsə də, icazə verilməyib. Əksinə ədliyyə naziri, məhkəmə hüquq şurasının sədri Fikrət Məmmədov bir azda irəli gedərək, açıq məhkəmə proseslərində hüquq müdafiəçiləri, jurnalistlərin iştirakına əsassız olaraq hakimlər vasitəsilə maneələr yaratdırır.

 Azərbaycanda demokratik təsisatların inkişafından danışmaq isə sadəlövhlük olardı. Əksinə demokratiya, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində çalışan real vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Hakimiyyət özünə yaxın, hesabatlı olmayan QHT-ləri ofis və maliyyə qaynaqları ilə təmin edərək, onlardan vətəndaş cəmiyyəti institutlarının inkişafının görüntüsünü yaratmaq istəyir. Ölkədə isə gerçək mənzərə budur ki, qanun pozuntuları, hüquqi nihilizm davam edir və hər gün daha da acınacaqlı vəziyyət alır", - deyə açıqlamada bildirilir.

Beləliklə, Mərkəz aprel ayı ərizində baş verən hüquq pozuntuları və qanunsuzluqları xronoloji ardıcıllıqla təsbit edib: 

"02.04.2022-ci il. Siyasi məhbus Polad Aslanovun cəza çəkdiyi 1 saylı Cəzaçəkmə Müəssisəsində müəssisə rəhbərliyi tərəfindən ardıcıl olaraq təzyiqlərə məruz qalıb. Mərkəz hesab edir ki, qeyri-insani rəftar hərəkətlərinin tez-tez tətbiq edilməsi, digər cəza çəkən şəxsə məhbusun  döydürülməsi heç də təsadüfi deyil. Bu, siyasi sifarişdir və məqsəd Polad Aslanovu günahsızlığını sübut etmək üçün apardığı mübarizədən çəkindirməkdir.

02.04.2022-ci il. Ölkə ictimaiyyəti tərəfindən "Tərtər qətliamı" kimi tanınan hadisə ilə bağlı yeni faktlar ortaya çıxıb. Bunları ictimailəşdirən media qurumlarına və ictimai şəxslərə qarşı isə təzyiqlər edilir. 2017-ci ildə Azərbaycan ordusunda hərbçilərin başına gətirilmiş amansız işgəncələrlə bağlı "Azerfreedom” İnternet Televiziyasında danışan zərərçəkmiş Nemət Məhərrəmov deyib ki, Baş Prokurorluğun idarə rəisi Kamal Qılıncovun da hərbçilərə işgəncə verənlərin yanında olub. O, bu çıxışından sonra hədələndiyini bildirir. Ona hədələrin (070) 643-20-11 nömrəli telefon nömrəsindən gəldiyini bildirir.

- Baş Prokurorluğun idarə rəisi Kamal Qılıncovun adı 2020-ci ildə Tovuz rayonunda yandırılaraq xüsusi amansızlıqla qətlə yetirilmiş 10 yaşlı Nərmin Quliyevanın işində də keçir. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şahidlər ifadələrində qeyd edirlər ki, Kamal Qılıncov onlara hədə-qorxu altında günahsız ittiham olunan, istintaq zamanı ağır işgəncələrə məruz qalan İlkin Süleymanova qarşı yalan ifadə vermələrini tələb edib.

05.04.2022-ci il. Müsavat Partiyası Gənclər Təşkilatı İdarə Heyətinin üzvü Əziz Məmiyev ona qarşı davamlı şəkildə, uzun müddət edilən təqib, şəxsi həyata müdaxilə və təhdidlərin qarşısının alınmasıyla bağlı Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir nəticə olmamışdır. Bundan sonra Əziz Məmiyev cəmiyyətin, hüquq mühafizə orqanlarının diqqətini ona qarşı edilən təhdid və təqiblərə yönəltmək üçün Daxili İşlər Nazirliyinin qarşısında sivil qaydada etiraz aksiyası keçirtməyə cəhd edib, lakin polis əməkdaşları tərəfindən çox kobudluqla qarşılaşıb və dərhal saxlanılaraq Bakı Şəhəri Baş Polis İdarəsinə aparılıb. Bir müddət orda saxlanılıb, qeyri-insani rəftara məruz qaldıqdan sonra sərbəst buraxılıb.

06.04.2022-ci il. Azərbaycan hakimiyyəti SSR dövründə siyasi fikir daşıyıcılarına qarşı tətbiq edilən insanları psxioloji dispanserlərə yerləşdirmə metodlarını davam etdirir. Belə ki, tanınmış ictimai xadim Əli Azərli hakimiyyəti ardıcıl və sərt tənqid etdiyi üçün Nəsimi Rayon Məhkəməsinin qondarma və siyasi sifarişlə qəbul etdiyi qərarına əsasən, Bakı şəhəri 2 saylı Psixiatrik Kliniki Xəstəxanasına yerləşdirilib. Əli Azərinin həyat yoldaşının verdiyi məlumata əsasən, hakimiyyət onun həyat yoldaşını qanunsuz yerləşdirdiyi klinikanın saxta həkim rəyləri vasitəsilə müalicə adı altında həmin klinikadan buraxmaq istəmir.

07.04.2022-ci il. Hakimiyyət ona qarşı müxalifətdə dayanan siyasi fəalların ailə üzvlərinə qarşı da ayrı-seçkilik edir. Belə ki, hakimiyyətdən uşaqpulu tələb etdiyinə görə şərlənərək, siyasi motivlə 10 il müddətinə azadlıqdan məhrum edilmiş AXCP fəalı Aqil Hümbətovun anadangəlmə autizm xəstəsi olan kiçik yaşlı oğluna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müavinət vermir. Bununla bağlı siyasi məhbus Aqil Hümbətovun həyat yoldaşı Aygün Hümbətova Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirən zamanı KİV vasitəsilə aidiyyəti qurumlara  müraciət edib. 

08.04.2022-ci il. Azad İstehlakçılar Birliyinin sədri, hüquq müdafiəçisi Eyyub Hüseynov genetik modifikasiya olunmuş ərzaq məhsulları, insan orqanizmi üçün təhlükəli olan qida məhsullarının hazırlanmasına, əkilməsinə və istifadə edilməsinə icazə verən qanunun Milli Məclis tərəfindən qəbul edilməməsi üçün bir neçə ictimai təşkilatla birlikdə apardığı ictimai kampaniyaya görə Qida Təhlükəsizliyi Agentliyinin İctimai Şurasının iclasında iştirak edərkən Agentliyin rəhbərliyi tərəfindən təzyiqlərə və qeyri-insani rəftara məruz qalıb.

12.04.2022-ci il. Azərbaycan Demokratik və Rifah Partiyası Rusiyanın Ukraynada törətdiyi qətliama etiraz etmək məqsədiylə Rusiya Federasiyasının Bakıdakı səfirliyi qarşısında saat 15:00-da piket keçirtmək istəyib. Lakin Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları dinc aksiyaya kobud müdaxilə edərək piket iştirakçılarını səfirliyin qarşısına toplanmasına imkan verməmiş və piketi kopud şəkildə dağıtmışdır.

15.04.2022-ci il. Azərbaycan Respublikasının cənub bölgəsində fəaliyyət göstərən və  ofisi Masallı rayonunda yerləşən "cənub.az” internet saytının rəhbəri, ölkənin tanınmış ictimai xadimi Zahir Əmənov aprelin 13-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun sifarişi əsasında həmin rayonun Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.1-ci maddəsiylə qurama cinayət işi açılaraq həbs olunmuşdur. Lakin ölkə ictimaiyyətinin etirazından və bir qrup tanınmış mətbuat nümayəndələrinin daxili işlər naziri Vilayət Eyvazova müraciət etməsindən sonra həmin iş nazirin şəxsi nəzarətinə götürülmüş və 2 gün sonra Zahir Əmənovun işi polis nəzarətinə verilməklə sərbəst buraxılmışdır. Mərkəz olaraq jurnalistin istintaqını izləməkdə davam edəcəyik.

15.04.2022-ci il. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dediyi bir fikrə, sözə görə iki dəfə Yasamal Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmişdir. Belə ki, Əli Əliyev eyni hal üzrə, başqa-başqa hakimlərin icraatında və ayrı-ayrı ittihamçıların xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələbinə əsasən, verdiyi şikayətlərə görə birinci ittihamçının şikayətinə əsasən 13 yanvarda 5 ay, ikinci ittihamçının şikayətinə görə isə 15 apreldə 1 ay muddətinə Yasamal Rayon Məhkəməsinin siyasi sifarişlə çıxartdığı hökmlərlə azadlıqdan məhrum edilmişdir.

15.04.2022-ci il. Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum olunan Yunis Səfərov və 18-20 il müddətinə azadlıqdan məhrum edilmiş digər 9 nəfərin Apelyasiya Məhkəməsində Mərkəz tərəfindən müşahidə aparılmışdır. Məhkəmə prosesində uzun müddətə azadlıqdan məhrum edilmiş 9 nəfərin vəkilləri müdafiə etdikləri təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün onlara bəraət verilməsini məhkəmədən xahiş ediblər. Prosesdə ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərov çıxış edərək cinayətin baş vermə səbəbini kimi Elmar Vəliyevin Gəncədə törətdiyi cinayətlərə hüquq mühafizə orqanları tərəfindən baxılmamasını əsas gətirib. O cinayəti tək törətdiyini bildirərək digər təqsirləndirilən şəxslərin bu işdə heç bir iştirakının olmadığını vurğulamışdır. Lakin məhkəmə vəkillərin əsaslı bəraət tələblərinə əhəmiyyət verməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş hökmü qüvvədə saxlamışdır.

20.04.2022-ci il. Mərkəz regionlara səfərləri çərçivəsində - Masallı rayonunda bir qrup hüquqları pozulan şikayətçilərlə görüşüb. Görüşdə iştirak edən şikayətçilər Masallı Rayon Polis İdarəsinin ozbaşınalığından, qanunsuz təqib və hədə-qorxulardan şikayətləniblər. Bundan başqa, Masallı rayonunda fəaliyyət göstərən vətəndaş cəmiyyəti insititutları sıxışdırılır və onların dövlət qurumlarına olan müraciətlərinə əhəmiyyət verilmir.

21.04.2022-ci il. Almaniyadan deport edilən, siyasi fəal Samir Aşurova qarşı cinayət məcəlləsinin 126.2.4-cü maddəsiylə qurama cinayət işi açılaraq barəsində Nizami Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (buna qədər Almaniyadan deportasiya edilmiş digər dörd nəfər də qurama narkotika ittihamı ilə həbs edilib) Samir Aşurov 19.04.2022-ci il tarixində saxlanılan zaman Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ağır işgəncələrə məruz qalıb.

22.04.2022-ci il. Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəmə hazırlıq prosesində müşahidə aparmaq üçün iştirak etmək istəyən hüquq müdafiəçisi Rüfət Səfərov məhkəmənin giriş hissəsində polis zorakılığına və işgəncəyə məruz qalaraq 28-ci Polis Bölməsinə aparılmışdır. Mərkəzin sədri Fikrət Cəfərli dərhal Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sözçüsü Elşad Hacıyevlə əlaqə yaradaraq Rüfət Səfərova qarşı edilən qanunazidd hərəkətləri pisləmişdir. Bundan sonra hüquq müdafiəçisi sərbəst buraxılmışdır.

22.04.2022-ci il. Vəkil Ramil Rüstəmov hüquqlarını müdafiə etdiyi və hazırda Bakı Apelyasiya Məhkəməsində prosesi davam etdirilən təqsirləndirilən şəxs Abdullayev Bəhruz Elman oğlu ilə görüşməsinə saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən qanunsuz olaraq icazə verilməyib.

23.04.2022-ci il. Siyasi fəal Bəxtiyar Hacıyev bir qrup maskalı şəxs tərəfindən 4-5 saat müddətinə oğurlanaraq ağır işgəncəyə və qeyri-insani rəftara məruz qalıb. Bəxtiyar Hacıyevi oğurlayan maskalı şəxslər ondan daxili işlər naziri Vilayət Eyvazov və cəmiyyətdə hakimiyyət tərəfindən himayə edilən şəxs kimi tanınan ictimai fəal Fuad Muradov haqqında sosial şəbəkələrdə tənqidi postlar yazmamasını tələb ediblər. Cinayət hadisəsi 21 aprel axşam saatlarında baş versə də, Bəxtiyar Hacıyev 23 aprel tarixində ictimayiləşdirib. Mərkəz bununla bağlı bəyanatla çıxış etmiş və həmin bəyanatı beynəlxaq təşkilatlara, diplomatik korpuslara da göndərmişdir.

25.04.2022-ci il. Azərbaycan Demokratik və Rifah Partiyasının İdarə Heyətinin üzvü Hüseyn Məlikov siyasi fəal Bəxiyar Hacıyevə qarşı törədilmiş cinayətə etiraz edərək, "Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə Bakı Şəhəri Baş Polis İdarəsinə çağrılaraq xəbərdarlıq edilib.

25.04.2022-ci il. Milli Məclisin deputatı Etibar Əliyev şərəf və ləyaqətinin alçaldılması tələbi ilə Binəqədi Rayon Məhkəməsində mülki qaydada tanınmış jurnalist, keçmiş siyasi məhbus Xural TV internet kanalının rəhbəri Əvəz Zeynallıya qarşı iddia qaldırıb və Xural tv internet kanalının bağlanmasını, 11000 (on bir min) manat təzminat tələb edib. Əvəz Zeynallı da qarşılıqlı iddia verib ki, öncə Etibar Əliyev onu və başçılıq etdiyi internet televiziyasını təhqir edib, şərəf və ləyaqətini alçaldıb. Məhkəmə hər iki iddiaları icraata götürərək ekspertizaya göndərilməsi barədə qərar çıxarıb. Mərkəz olaraq prosesi izləməkdə davam edəcəyik.

27.04.2022-ci il. Prezident Administrasiyasının qarşısında bir qrup şikayətçinin şikayətini işıqlandıran, peşə fəaliyyətini yerinə yetirən jurnalistlər "Azad Söz" internet kanalının əməkdaşı Vüsalə Hacıyeva və "Kanal-13" internet kanalının əməkdaşı Günel Əliyeva Administrasiyanın mühafizə xidmətinin əməkdaşları tərəfindən zorakılığa, qeyri-insani rəftara məruz qalıblar, çəkiliş aparatı vasitəsi kimi istifadə etdikləri telefonları əllərindən alınaraq çəkdikləri material silinib.

29.04.2022-ci il. Vəkil Cavad Cavadovun  hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs  Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən sifarişli hökmlə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, keçmiş baş prokuror, sabiq səfir Eldar Həsənovla görüşməsinə saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən qanunsuz olaraq icazə verilməyib.

29.04.2022-ci il. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" 22 mart 2021-ci ildə işğaldan azad edilmiş, Kəlbəcər rayonunda N saylı Hərbi hissədə həqiqi hərbi xidmətdə olan zaman qətlə yetirilmiş əsgər İlkin Zöhrabovun Tərtər Hərbi Məhkəməsində keçirilən növbəti məhkəmə prosesində müşahidə aparıb.  

Məhkəmədə ifadə verən şahid Samir İbrahimov işi aparan müstəntiq Elşən Mürsəlovun istintaq zamanı təzyiq altında ondan aldığı ifadəsindən imtina edib və bildirib ki, istintaq zamanı özünü işgəncə və digər təzyiqlərdən qorumaq üçün müstəntiqin istədiyi ifadəni verib. 

Qətlə yetirilmiş əsgər İlkin Zöhrabovun anası Səriyyə Zöhrabova əvvəlki məhkəmə proseslərində öldürülmüş oğlunun xidmət etdiyi Hərbi hissənin mayoru Rövşən Qəribovun məhkəmə zalında ona zor tətbiq etdiyini bildirib. 

O qeyd edib ki, "Tərtər qətliamı”nda hakim olmuş İlqar Quliyevin, işgəncələrdə adları keçən müstəntiq Elşən Mürsəlovla hərbi hissənin zabiti Rövşən Qəribov imkan vermir ki, əsl cinayətkar üzə çıxsın. Oğlu öldürülmüş ana Səriyyə Zöhrabova 44 günlük vətən müharibəsində medallarla təltif olunmuş oğlunun cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edir. Mərkəz olaraq məhkəmə prosesini izləməkdə davam edəcəyik".


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq azadlığı təmin olunmaılıdır”

    “İşgəncələr dayandırılmalı, sərbəst toplaşmaq ...

    7-11-2019, 23:22

  • 
  • Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat hazırlanır

    Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ...

    11-09-2019, 15:57

  • 
  • Həbslər və işgəncələr pislənir

    Həbslər və işgəncələr pislənir ...

    3-06-2016, 02:17

  • 
  • ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən insan azadlıqlarının pozulmasına dair hesabat

    ”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”ndən ...

    1-04-2022, 14:21

  • 
  • Repressiya və İşgəncələr Əleyhinə Komitə bəyanat yaydı

    Repressiya və İşgəncələr Əleyhinə Komitə bəyanat ...

    23-10-2019, 20:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu