Gundemxeber.az » Ölkə » Cəmiyyət » 14 May aksiyası ilə bağlı video çarx yayılıb
Bir qrup ictimai fəal mayın 14-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Aksiya ictimai-siyasi xadimlərə qarşı artan fiziki zorakılıq və təhdidlərə etiraz məqsədi daşıyır.
Keçiriləcək aksiya ilə bağlı fəallar video çarx hazırlayıblar. Videoda "övladlarımızın gələcəyindən nigaran olmayaq, etiraz haqqımız əlimizdən alınmasın, vətəni qoruyarkən, vətən xaini damğası almayaq", və başqa ifadələr yer alıb.
Aksiya ilə bağlı müraciətdə deyilir ki, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edir.
Aksiya barədə yaradılmış eventdə bildirilir ki, etiraz aksiyası Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc yürüş olacaq.
Aksiyanın Təşkilat Komitəsinə 24 nəfər ictimai fəal daxildir.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, ölkədə ictimai-siyasi proseslər qanunla tənzimlənir.
"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq," o qeyd edib./amerikaninsesi.org/
18-07-2013, 15:05
29-12-2013, 15:33
10-12-2012, 14:34
25-01-2013, 12:00
29-04-2016, 01:29
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?