GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fəal və jurnalistlərə qarşı polis zorakılığı haqda şikayətlərin xronologiyası

Fəal və jurnalistlərə qarşı polis zorakılığı haqda şikayətlərin xronologiyası

Tarix: 14-05-2022, 11:35 Bölmə :Cəmiyyət Baxış: 319


14 may 2022-ci il tarixində Bakının Fəvvarələr meydanında “Kriminal dövlət istəmirik!” tələbi ilə aksiya keçiriləcəyi gözlənilir. Yürüş təşkilatçıları aksiyanın polis zorakılığına qarşı edildiyini deyir. Daxili İşlər Nazirliyindən sanksiyalaşdırılmayan istənilən aksiyanın qarşısının alınacağı bildirilib.

Təşkilatçılara bu aksiyaya zərurətin haradan yarandığı haqda sual ünvanlamışdıq. Onlar son dövrdə fəallar və jurnalistlərin məruz qaldğı zorakılıqların olduğunu və bu hadisələrin eyni tendensiyanın davamı olduğunu bildirirlər.

14 may yürüşü təşkilatçılarının qeyd edikləri son aylar ərzində polis zorakılığı ilə bağlı şikayətlərin xronologiyası dolğun təsəvvür əldə etməkdə yardımçı ola bilər:

4 avqust, 2021

Feminist fəallar Xəzər rayon Polis İdarəsinin binası qarşısında “Sevincin qatili dövlətdir!” şüarı ilə aksiya keçirir. Aksiyaçılar polis idarəsinin binasının giriş qapısına qan rəmzi olan qırmızı rəngli maye atırlar. Feminist fəallar Gülnara Mehdiyeva, Sevgi İsmayılbəyli, Nərmin Şahmarzadə, jurnalistlər Nərgiz Absalamova, Ülviyyə Quliyeva və Elnarə Qasımova polis idarəsində zorakılığa məruz qaldıqlarını bildirirlər. Amerikanın Səsinin əməkdaşı Ülviyyə Quliyevanın kamerasına xəsarət yetirilir.

6 avqust, 2021

Heyvan haqları müdafiəçiləri "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin itləri öldürməsinə son qoyulması tələbi ilə şəhərin mərkəzində yürüş keçirməyə cəhd edir. Aksiyada Nicat İsmayılov, Elxan Mirzəyev, Nicat Azayev, Elmir Abbasov və Kamran Məmmədli saxlanılır. Etirazçılar saxlanılan zaman polis tərəfindən onlara xəsarət yetirildiyini bildirir.

5 oktyabr, 2021

Jurnalist Anar Abdulla Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsi tərəfindən İlham Əliyevə ünvanlanmış şərh yazdığına görə həbs olunur. O, zorakılığa məruz qaldığını bildirir. Daha sonra Anar Abdullaya 15 sutka inzibati həbs cəzası verilir.

13 oktyabr, 2021

İctimai fəallar Əhməd Məmmədli, Rüstəm İsmayılbəyli, Samir Axundzadə, Elmir Abbasov, Əli Mahmudlu və Fərid İmanov YAP-ın binasının önündə aksiya edərkən zorakılıqla saxlanılırlar. Rüstəm İsmayılbəyli polis tərəfindən zorakılığa məruz qaldığını, nəfəs ala bilmədiyini yazır. Digər aksiya iştirakçısı Elmir Abbasova Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilir.

19 oktyabr, 2021

Feminist fəal Gülnara Mehdiyeva Sənay Yağmurun cinsi təcavüzə məruz qalması ilə bağlı aidiyyəti qurumların hərəkətsizliyinə etiraz olaraq Prezident Administrasiyasının önündə aksiya keçirirkən zorakılıqla saxlanıldığını bildirir.

30 noyabr, 2021

Heyvan haqları fəalı Kamran Məmmədli Bakı Zooloji Parkının önündə aksiya keçirir. O, polis tərəfindən zorakılıqla saxlanıldığını bildirir.

1 dekabr, 2021

1 dekabr – Tofiq Yaqublu “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən aksiyada saxlanılır. O, xəsarət almış üzünun fotosunu paylaşır və polis tərəfindən döyüldüyünü yazır. Aksiyanın digər iştirakçısı AXCP üzvü Paşa Dadaşzadənin sağ qolunun sındırıldığı bildirilir.

28 dekabr, 2021

Nərgiz Absalamova müstəqil jurnalistlərin Milli Məclis önündə Media haqqında yeni qanun layihəsinə etiraz edirkən polis zorakılığına məruz qaldığını və büzdüm sümüyünün sındığını bildirir.

8 fevral, 2022

İctimai fəal Fuad İsmayılov Türkiyə bayrağını saxlayan ipi kəsdiyinə görə saxlanılır. O, polis bölməsində döyüldüyünü, zərbələrdən qulağının pərdəsinin cırıldığını deyir. Fuad İsmayılova Nizami rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilir.

15 fevral, 2022

Reportyor Teymur Kərimov Prezident Administrasiyanın önündə çəkiliş edərkən XDMX əməkdaşları tərəfindən qoluna xəsarət yetirildiyini bildirir.

9 mart, 2022

İctimai fəal Bəxtiyar Hacıyev maşınına "Vilayət Eyvazov, cinayətkarı zərərçəkən, zərərçəkəni təqsirləndirilən tanımaqdan utan" şüarı yapışdıraraq Daxili İşlər Nazirliyinin önünə yollanır. O, polis əməkdaşlarının maşınının şüşəsini sındırdığını, daha sonra isə Baş Polis İdarəsində zorakılığa məruz qaldığını, təhdid və təhqir olunduğunu bildirir.

20 aprel, 2022

Almaniyadan deportasiya olunan fəal Samir Aşurov saxlanılır. Həyat yoldaşına 33-cü polis bölməsindən deyilir ki, Samir Aşurov Elşən Nəbiyevi bıçaqladığı üçün saxlanılıb. Aşurov polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını bildirir.

21 aprel, 2022

İctimai fəal Bəxtiyar Hacıyev naməlum şəxslər tərəfindən işgəncəyə məruz qaldığını, Facebook-da daxili işlər naziri Vilayət Eyvazovla bağlı yazdığı statusları silindiyindən sonra sərbəst buraxıldığını bildirir. O, bu işin arxasında Daxili İşlər Nazirliyinin olduğunu deyir.

9 may, 2022

Jurnalist Aytən Məmmədovaya yaşadığı binanın liftində bıçaqla hədələnir. Jurnalist bu hədənin ən çox ictimailəşdirdiyi İlkin Süleymanovun məhkəmə işi ilə bağlı olduğunu güman edir./amerikaninsesi.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fəvvarələr meydanı polis nəzarətində

    Fəvvarələr meydanı polis nəzarətində ...

    29-12-2013, 15:33

  • 
  • “Sərhədsiz Reportyorlar” feministlərin aksiyası zamanı jurnalistlərə qarşı zorakılığı pisləyib

    “Sərhədsiz Reportyorlar” feministlərin aksiyası ...

    10-03-2020, 15:11

  • 
  • Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

    Ermənistanda qadın zorakılığına qarşı aksiya ...

    1-10-2015, 23:15

  • 
  • Gənc fəallar həbs olundular

    Gənc fəallar həbs olundular ...

    14-10-2013, 21:45

  • 
  • Polis Mehman Hüseynova dəstək aksiyasının qarşısını alıb

    Polis Mehman Hüseynova dəstək aksiyasının ...

    7-01-2019, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu