GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Mustafa Rəşad Dağlıya: “Allahsan, ya peyğəmbərsən?!”

Fazil Mustafa Rəşad Dağlıya: “Allahsan, ya peyğəmbərsən?!”

Tarix: 17-05-2022, 18:11 Bölmə :Cəmiyyət Baxış: 310


“Azərbaycanda dindarlarla dinçilər tamam fərqli kateqoriyadır. Dinçilər artıq bir ideologiya olaraq dini həm terrorçu kimi, həm də basqı vasitəsi kimi istifadə edirlər və cəhalətin, xurafatın yayılmasına təkan verirlər...”

Bu sözləri Yenisabah.az-a açıqlamasında meyxanaçı Rəşad Dağlının Xomeyninin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsinə münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, meyxanaçıdan qafiyədə kiminsə adını çəkdiyinə görə üzr tələb etmək absurddur:

“Azərbaycanda dinçilər böyük çoxluq təşkil edirlər. Ölkədə ağıllı, savadlı, dini zərərli həyat tərzi kimi yaşamayan 10 faiz insan var. Əsas olan onların rəyidir. Hansısa dinçidən üzr istəmək ərdəmli hərəkət deyil, əksinə, hansısa şəkildə kimisə təhqir etmirsənsə, burada problem yoxdur. Bizdə bu tez-tez baş verir.

Dinlə bağlı film çəkilir, dinçilər deyir ki, burada mənim dinimi təhqir edirsiniz. Sən kimsən axı? Dinin sahibisən, Allahsan, ya peyğəmbərsən?! Hamı özünü qoyub Allah yerinə, tələb edir ki, dinimi təhqir etmisən, üzr istə. Kimsiniz axı?! Ayrı-ayrı şəxslər haqda fikir söyləmək artıq Azərbaycanda konkret təhlükəyə çevrilib. İstənilən adam tənqid edilə bilər, istənilən adamın meyxanada adı səslənə bilər. Burada nə var ki?! Meyxanada kimisə təhqir edəcək, incidəcək bir söz deyilmir. Onlar adları müqəddəsləşdiriblər, deyirlər ki, filan adı çəkmək olmaz. Niyə?! Siz kimsiniz?! Bu qədər insanı qətlə yetirənləri eləmisiniz dinin öncülləri. Belə şey olar?!”

Deputat Rəşad Dağlının buna görə üzr istəməsini gərəksiz hesab edib:

“Görünür, meyxanaçının dünyagörüşü, düşüncəsi yetərli səviyyədə olmadığına görə çıxıb üzr istəyib. Niyə üzr istəmisən? Kimdən istəmisən? Allahın dininə görə kimdənsə üzr istəmək olmaz ki. Belə bir şey yoxdur.

Dinə xələl gətirən hansısa davranış sərgiləsən başa düşmək olar, bu zaman dindarları incitmiş olursan, amma dində adı səslənən 5-10 nəfərdən birinin adını qafiyədə çəkmisən deyə üzr istəməyə dəyməz. Azərbaycan dünyəvi dövlətdir, kimisə buna məcbur etmək sadəcə anormallıqdır. Ona görə də bu məsələdə meyxanaçının hərəkəti heç bir halda anlaşılan deyil. Niyə üzr istəməlisən? Allahı söyməmisən, peyğəmbəri təhqir etməmisən, Qurana həqarət sayılan söz söyləməmisən. Deməli, sən dini də bilmirsən. Dini bilmədiyinə görə elə bilirsən kiminsə haqqında söz söylədinsə, bu dinə aiddir. Elə şey olar?”

Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda ayrı-ayrı dini şəxslərin adını müqəddəsləşdirirlər:

“Bizdə elə fikirləşirlər ki, seyid, Xomeyni, Sistani adı çəkdinsə, bu dinin simvoludur. Elə şey yoxdur. Şəxslər dinin simvolu ola bilməz. Dinin simvolu Qurani-Kərimdir. Hətta peyğəmbəri də tənqid ediblər, peyğəmbər özü o vaxt onu təhqir edənlərə qarşı bu kini bəsləməmişdi.

Necə olur ki, peyğəmbərin yolunu gedən müsəlman bu kini bəsləyir, kimisə bağışlamır? Belə primitiv, absurd məsələ ancaq Azərbaycanda ola bilər, çünki bu dini savadsızlıq, cəhalətdən yaranan bir şeydir. Ona görə, kiminsə tələbi üzrə çıxıb üzr istəmək lazım deyil.

Bir vaxtlar bizdə bəzi axmaqlar var idi, bir fikir söyləyən kimi çıxıb deyirdilər ki, “Xalqdan üzr istə!”. Adama deyərlər sən kimsən, xalqın nəyisən? İndi vəzifədə olan adam var ki, boşanıb, evindən 3 dəfə gedib, amma çıxıb tələb edir ki, çıx üzr istə. Özün evdən getdiyinə görə qayınatandan, ailəndən üzr istəmisən heç?!

Müəyyən məsələlərə fikir bildirəndə, tənqid edəndə bizdən tələb edirdilər ki, xalqdan üzr istə. Sən kimsən ki, xalqın adından nəsə tələb edirsən?!

Dindarlarda da məsələ təqribən belədir. Siz kimsiniz axı üzr tələb edəsiniz?! Hərə bir şeyxi, mollanı özünə rəhbər seçirsə, bunun mənə nə dəxli? Mən azərbaycanlıyam, dünyəvi dövlətdə yaşayıram. Meyxanadır, burada kiminsə haqqında söz demək olar. İranda da Xomeynini tənqid edirlər, nə olsun? Orada hamı çıxıb üzr istəyir? Kimliyindən asılı olmayaraq heç kəsi təhqir etmək olmaz, lakin tənqid edirsə, meyxanada kiminsə adını çəkirsə, nəyə görə üzr istəməlidir?”

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əgər bir düdəmə Mir Şahini təhqir edibsə... - Fazil Mustafa

    Əgər bir düdəmə Mir Şahini təhqir edibsə... - ...

    13-03-2018, 12:56

  • 
  • Deputatı təhqir edən şəxs MTN-ə verilir

    Deputatı təhqir edən şəxs MTN-ə verilir ...

    13-12-2014, 23:10

  • 
  • "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, Xoşqədəmin verlişinə..." - Fazil Mustafa

    "Məndən xahiş edirlər ki, kömək edim Zaurun, ...

    8-04-2015, 19:29

  • 
  • “Fazil Mustafa, Milli Məclis “selfie” yeri deyil” - Ziyafət Əsgərov

    “Fazil Mustafa, Milli Məclis “selfie” yeri deyil” ...

    22-10-2019, 14:21

  • 
  • Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB

    Deputatdan ABŞ-da yaşayan politoloqa — SƏRT CAVAB ...

    11-11-2017, 13:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (289)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu