GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sülhməramlıların komandanlığının xəritə oyunu - məqsəd nədir?

Sülhməramlıların komandanlığının xəritə oyunu - məqsəd nədir?

Tarix: 24-06-2022, 11:22 Bölmə :Cəmiyyət Baxış: 276

Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adını silməsi geniş müzakirələrə səbəb oldu. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Daha doğrusu, Rusiya Müdafiə Nazirliyi indiyədək çoxsaylı etirazlara məhəl qoymayaraq, Azərbaycanın Xankəndi şəhərinin adını “stepanakert” olaraq təqdim edir. Son günlərdə xəritəyə “düzəliş” xarakterli cəhdin səbəbi anlaşılmaz oldu. Çünki “stepanakert” adının əvəzinə, Xankəndi yazılsaydı, bu halda düzəlişdən söhbət gedə bilərdi. 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi “stepanakert” olaraq yazıldığı halda, iki sutka ərzində bu ad yoxa çıxdı.

Rusiya Müdafiə Nazirliyi xəritəni 22 iyun 2022-ci il tarixində yeniləmişdi. Qeyd edək ki, son aylar sülhməramlıların dislokasiyası ilə bağlı xəritələrdən hansısa dəyişikliklər edilib, sonradan yenə də əvvəlki vəziyyətə qayıdılıb. Məsələn, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olmuşdu ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb, 27-dən 33-ə qaldırılıb. Amma Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir gün sonra Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim edilmiş xəritədə müşahidə postlarının sayı əvvəlki kimi 27 olaraq göstərtdi. Amma ilk dəfədir ki, Xankəndi ilə bağlı bu cür fakt ortaya çıxır. Bundan əvvəl Rusiyada keçirilən hansısa sərgidə “Dağlıq Qarabağ” və “stepanakert” adlarından istifadəyə görə Azərbaycan kəskin etiraz bildirmişdi. Məhz bundan sonra Rusiya həmin adları təqdimatdan çıxarmalı oldu. Qeyd edək ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, “Dağlıq Qarabağ” ifadəsini də işlətməsi Azərbaycan hökumətində ciddi narazılıq yaratmışdı. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verərək, “Dağlıq Qarabağ” ifadəsinin işlənməsinin “qəbuledilməz” olduğunu bildirdi.

“Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, nazirlik bəyan etdi. Azərbaycan “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidinin mövcud olmadığını deyir. Əvvəllər “Dağlıq Qarabağ” kimi tanınan ərazilərin hazırda Rusiya sülhməramlıların nəzarətində olan hissəsində etnik erməni əhali yaşayır. Ancaq 10 noyabr üçtərəfli bəyanatından bu günədək Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamalarda Dağlıq Qarabağı heç vaxt Azərbaycan ərazisi kimi qeyd etməyib. Hansı ki, Vladimir Putin də “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, açıqlamasını verib.

Daha bir fakt: Rusiyanın dövlət saytlarında “Dağlıq Qarabağ Respublikasında tender elanı”nı da unutmamışıq. Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma məhz Bakının etirazından sonra ləğv edilmişdi.

Sonuncu dəfə bu ilin 26 martında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlamasına kəskin etiraz bildirmişdi. Qeyd olunub ki, martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə ziddir. “Azərbaycan ərazisində ”Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir", - nazirliyin açıqlamasında qeyd olunub. Eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfəri zamanı Fərrux kəndi ilə delimitasiya, demarkasiya söhbətlərini qarışdırmasına Azərbaycan tərəfin etirazı Moskvanın izahatına və düzəlişinə səbəb oldu. Bu arada rusiyalı politoloq Sergey Markov Qarabağın Bakının müvəqqəti nəzarətində olmayan hissənin də Azərbaycana qaytarılacağını və bu məsələnin həllində Rusiyanın marağının olduğunu qeyd edib. İrəvan Dövlət Universitetinin dosenti, politoloq Menya Soqomonyan da zənn edir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə saylı günlər qalıb. Beləcə, Rusiya xəritədəki yanlışı düzəltsə belə, məsələlərin həlli deyil... Digər tərəfdən, hesab olunur ki, əslində bu, düzəliş deyil, nəsə bir oyundur. Elə isə niyə Xankəndi yazılmır? Yaxud digər ərazilərimiz öz adı ilə qeyd olunmur Rusiya Müdafiə Nazirliyinin xəritələrində və “martuni”, “mardakert” və s. adlar qalır... Bütün bunlar Rusiya sülhməramlı komandanlığının özbaşınalığıdır, yoxsa ermənilərin könlünü şad etmək üçün buna gedirlər? Rusiya sülhməramlı kontingentinin rəhbəri Volkov niyə Bakıya çağırılmır və ondan izahat istənilmir, sualının da cavabı yoxdur hələlik..

Göründüyü kimi, saysız-hesabsız etirazlar var, amma hələ də Rusiya tərəfi səhvlərini düzəltmək istəmir. Şübhə etmirik ki, məsələlər Rusiya baş diplomatının Bakı səfərində geniş müzakirə olunacaq. İstisna deyil ki, ardınca Volkovu da, nəhayət, Bakıda görə biləcəyik. Hər halda, Rusiya XİN-in rəsmisi M.Zaxarovanın iki gün öncə erməni jurnalistin Bakı-Moskva münasibətlərinə burun soxmasına verdiyi cavab pozitiv düşünməyə ümid yaradır. Gundemxeber.Az-ın məlumatına görə, QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın ermənilər yaşayan və hələlik Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri ilə bağlı əgər ABŞ və avropanı saymasaq üç maraqlı tərəf var: “Rusiya oradakı erməni əhalisindən şirma kimi istifadə edərək regionda qalmaq, bölgəyə nəzarət etmək istəyir. Ermənistan oradakı erməni terror qrupundan və Rusiya hərbi kontingentinin varlığından yararlanaraq həmin ərazidə ermənilərin mövcudluğunu saxlamağa çalışır. Azərbaycan hər iki tərəfin istəklərinə rəğmən həmin ərazidə hakimiyyətini tam bərpa etmək siyasəti yeridir. Fərrux yüksəkliyi ilə bağlı hadisələr göstərdi ki, Azərbaycan daha üstün mövqedədir və hədəfinə doğru irəliləyir. Rusiyanın ermənilərlə birlikdə bu xəritə oyunları Azərbaycanın irəliləməsini əngəlləmək məqsədi güdür. Beynəlxalq xəritə qurumları artıq həmin ərazilərdə Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq Xankəndi və digər adları işlədir. Rusiya Müdafiə Nazirliyi təbii ki, özbaşına deyil, Kremlin tapşırıqlarını yerinə yetirir. Belə deyək ki, Rusiya Azərbaycanla Türkiyənin birgə təzyiqləri qarşısında, həmçinin beynəlxalq rəyi nəzərə almaqla ani də olsa, mövqeyini dəyişdi, Azərbaycan adlarını işlətdi, amma sonradan erməniləri də narazı salmamaq üçün köhnə varianta qayıtdı”. A.Nağı digər məqama da diqqət çəkdi: “Yaddan çıxarmayaq ki, Rusiya ermənilərlə maraqlar baxımından, yəni regionda qalmaq istəyi ilə bağlı müttəfiqdir, Azərbaycanın isə gücü ilə hesablaşmalı olur. Ona görə də bu iki amilin təsiri altında bəzən məntiqsiz hərəkətlər edir”. A.Nağının fikrincə, bu hadisənin xarici işlər naziri Lavrovun səfəri ərəfəsində baş verməsi də təsadüfi deyil: “Bununla Azərbaycanın mövqeyini tam qəbul etmədiklərini, bazarlıq üçün hələ müzakirə olunmalı şeylərin qaldığını göstərmək istəyirlər. İstənilən halda, hər kəs görür ki, Azərbaycan sözün hərfi və məcazı mənasında daha vacib yüksəkliklərə, strateji mövqelərə qalxmaqda, ermənilər və onların havadarları isə üzüaşağı enməkdədirlər. Anın və zamanın mahiyyəti budur. Rusiya da bu reallıqla hesablaşmalıdır”.

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, məsələ sülhməramlılarlıq deyil: “Rusiya Müdafiə Nazirliyi necə qeyri-ciddi qurumdursa, onların adı guya sülhməramlı olan qüvvələrinin də fəaliyyəti öz birbaşa rəsmilərinin xidmətlərindən əsla fərqlənmir. Yəni bu dövlətin rəsmilərinin diqqətinə Azərbaycan tərəfdən həm xarici, həm də müdafiə nazirliklərimiz tərəfindən bir neçə dəfə sərt şəkildə etirazlar, narazılıqlar bildirilmişdi. Ancaq bunlar özlərini lap məlum bir canlının davranışlarında olduğu kimi aparırlar. Biz demişik ki, siz qonaqsınız və müvəqqəti olaraq Azərbaycan ərazilərinə dəvət olunmusunuz. Bunlar isə qısa müddətdə erməni axçiləri ilə o qədər xosunlaşıblar ki, tam öz vəzifə borclarını unudublar. Və ümumiyyətlə, bölgədə nə iş görməli olduqlarını da unudublar. Hətta Rusiya Federasiyasının Qarabağdakı ”sülhməramlılar"ın komandanı Rüstəm Muradov öz-özünə o qədər valeh olub ki, artıq başından və yaşından yekə bəyanatlar səsləndirir. Bizim xarici işlər idarəmiz də hələ ki indiyədək susqunluq nümayiş etdirir. Belə olmaz! Rüstəm Muradov öz yerini və həddini bilməlidir! Azərbaycan xalqının adından danışmaq və qərarlar vermək kimə aiddir, bu, aydındır. Amma o siyahıda Rüstəm Muradov və onun kimi dayaz düşünən general və ya siyasətçi ola bilməz və yoxdur!" Ü.Cəfərov qeyd etdi ki, indi də yeni bir hoqqabazlıq ortaya atıblar: “Guya ki, Xankəndini xəritələrində ”unudublar". Əslində bu məqsədyönlü oyunun müəlliflərinin kim olduğu çoxdan bəllidir. Rusiya Federasiyasının xarici işlər naziri bu saatlarda Bakıda olmalıdır. Görək bu bədnam siyasətçi Rusiya Federasiyasının rəsmilərinin oyunbazlıqlarına nə mövqe bildirir?! İstənilən halda Rusiya Federasiyasının istər siyasilərinin, istərsə də hərbçilərinin davranışları çox böyük narazılıq və narahatlıq doğurur".

Polkovnik qeyd etdi ki, Azərbaycanın inzibati əraziləri siyahısında Dağlıq Qarabağ adlı subyektin olmadığı barədə ölkəmizin Müdafiə Nazirliyi rəsmi xəbərdarlıq etsə də, Rusiya tərəf yanlışını düzəltmir: “Xarici İşlər Nazirliyimiz də dəfələrlə həm Leyla Abdullayevanın dili ilə, həm də rəsmi qurum səviyyəsində bu haqda öz narazılıqlarını ifadə edib. Amma hələ də Rusiya Federasiyasının sanki saymazyana münasibəti davam edir. Ona görə də biz də Sankt-Peterburq əvəzinə Leninqrad, Yekaterinburq əvəzinə, Sverdlovsk yazmalıyıq öz mətbuatımızda. Qoy başa düşsünlər ki, istənilən dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”.


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Millət vəkili: “Xankəndi şəhərinin icra strukturu yaradılmalıdır”

    Millət vəkili: “Xankəndi şəhərinin icra strukturu ...

    28-12-2013, 15:28

  • 
  • “Sülhməramlıların rəhbəri Araik Arutunyanla görüşüb-öpüşəndə nəticəsi də belə olacaq” - Daha bir xəritə etirazı

    “Sülhməramlıların rəhbəri Araik Arutunyanla ...

    18-12-2020, 12:55

  • 
  • Rusiya Müdafiə Nazirliyindən Xankəndi açıqlaması

    Rusiya Müdafiə Nazirliyindən Xankəndi açıqlaması ...

    5-01-2021, 11:27

  • 
  • Rus sülhməramlıların postları və dostları

    Rus sülhməramlıların postları və dostları ...

    15-12-2020, 10:32

  • 
  • Xankəndinin işğalından 22 il ötür

    Xankəndinin işğalından 22 il ötür ...

    28-12-2013, 00:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu