GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Azərsun Holding" işçi əməyini istismar edir ?! - ETİRAZ

"Azərsun Holding" işçi əməyini istismar edir ?! - ETİRAZ

Tarix: 29-06-2022, 13:37 Bölmə :Cəmiyyət Baxış: 309

Son illər ölkədə hökm sürən iqtisadi böhran və işsizlik səbəbilə, çarəsiz xalq məcburiyyət qarşısında, 3-5 manat çörəkpulu qarşılığında, güclə tapdıqları ən təhlükəli, ən ağır işlərdə belə çalışmağa razı olur.

Odur ki, əksər müəssisələr (hətta bəlkə də hamısı) bu fürsətdən yararlanaraq, işə götürdükləri insanların əməyini istismar edirlər.

Əsasən də demək olar ki, bütün şəbəkə marketlər, eləcə də istehsal müəssisələri yaşından, səhhətindən asılı olmayaraq, hər kəsi hər gün, 12 (hətta bəzən 13) saat işlədir, müəssisələr həftədə bir dəfə, şəbəkə marketlər isə ayda bir, ya iki gün istirahət verir. Özü də minimum əmək haqqı ilə.

Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman - tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Amma, çox təəssüflər olsun, bu qanun yalnız (göründüyü qədərilə biznes məqsədləri üçün nəşr olunan) məcəllə kitablarının vərəqlərində "baxımsız" qalıb...

Yeri gəlmişkən, bu cür fəaliyyət göstərən, işçilərinin əməyini istismar edən müəssisələrdən biri də Azərbaycanda ən böyük istehsal şirkətlərindən biri olan "Azərsun Holding"dir.

Belə ki, bəzi bölgələrdə bostanları, bağları və konserv zavodları olan "Azərsun Holding" işə aldığı vətəndaşlara (vətəndaşların özünün dediyinə görə) tələsdirib, müqaviləni oxumadan imza atdırır və hər gün səhərdən axşama qədər gündəlik cəmi 8,50 (səkkiz, əlli) AZN muzdla işlədir.

Yerli sakinlərin "DogruXeber.az"a bildirdiklərinə görə, İmişli, Biləsuvar rayonları ərazisində bostan və konserv zavodlarında çalışanlar buna etiraz olaraq, bir neçə gün əvvəl "Bəhrəmtəpə -Biləsuvar" magistral yolunu bağlayıblar.

Yalnız bundan sonra, elə həmin gündən etibarən fəhlələrin əmək haqları 15 (on beş) manata, hətta bəzilərinin gördüyü işin çoxluğuna görə 17-18 manata qədər artırılıb.

Lakin, çalışanlar bildirir ki, "bu hal çox davam etmədi. İndi söhbət gəzir ki, məbləğ standart hamı üçün 11 (on bir) manata qədər azaldılıb".

Konserv zavodlarının özündə isə gecə və gündüz növbələrinə işə alınan fəhlələrə də aylıq 276 (iki yüz yetmiş altı) AZN maaş təklif olunur.

Azərbaycanda minimum əmək haqqı 300 (üç yüz) AZN olduğu halda, deyəsən dövlət vergisini belə "Azərsun Holding" rütubətin, müxtəlif qoxuların içində çalışan fəhlələrə ödətdirir.

Bu insanların əməyini istismar etməklə yanaşı, həm də Azərbaycan Konstitusiyasının əmək qanunlarını pozmaqdır.

Güman edirik, aidiyyatı qurumlar bu barədə gərəkən tədbirlər görəcəkdir.

P.S: Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.
Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərsun Holdinq”də qanunsuzluq

    “Azərsun Holdinq”də qanunsuzluq ...

    9-01-2013, 11:45

  • 
  • İşçiləri əmək müqaviləsi olmadan işlədənləri həbs cəzası gözləyir

    İşçiləri əmək müqaviləsi olmadan işlədənləri həbs ...

    4-02-2014, 00:19

  • 
  • “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında Əmək Məcəlləsinin tələbləri tapdaqlar altına atılır-​ ŞOK FAKTLAR​

    “Zeytun Farm” MMC-nin ​ Gəncə filialında Əmək ...

    10-12-2019, 15:24

  • 
  • Gələn ilin qeyri-iş günləri açıqlandı

    Gələn ilin qeyri-iş günləri açıqlandı ...

    18-12-2020, 20:51

  • 
  • Aprelin 11-i qeyri-iş günüdür

    Aprelin 11-i qeyri-iş günüdür ...

    3-04-2018, 13:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu