Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nazirliyin qarışmadığı məktəb müzakirəsi: - Valideyn, deputat və ekspertlər danışır, qurum isə..
Ölkənin ümumtəhsil məktəblərində dərslərin başlanma tarixi yenə gündəmdədir.
Yeni tədris ilinə bir neçə ay qalsa da, valideynlər övladlarının sentyabrın 15-də deyil, 1-də məktəbə getməsini istəyirlər. Buna səbəb kimi isə göstərirlər ki, tədris ilinin sonuna bir müddət qalmış məktəblərdə dərslər başa çatır, buraxılış imtahanlarının keçirilməsi ilə yanaşı, proqram başa çatır, məktəblərdə dəsliklər toplanır və nəticədə bu müddətdə şagirdlər məktəbdə sadəcə boş vaxt keçirirlər. Həmin müddətdə məktəblərdə şagird davamiyyətinin kəskin azaldığı bildirilir. Belə vəziyyətin yaranmasından isə həm valideynlərin, həm də şagirdlərin narazılığı yaranır. Dərslər baş çatsa da, isti hava şəraiti, əlavə xərc problem yaradır.
Tədris ilinin sentyabrın 1-də başlaması ilə bağlı da fikirlər haçalanır. Belə ki, Milli Məclisdə çıxışı zamanı millət vəkili Fazil Mustafa bildirmişdi ki, avqustun 21-də müəllimlər işə çıxır:
“Amma sentyabrın 15-nə qədər maaş alır. Azərbaycan müəlliminə nə qədər çox pul verilsə, halal xoşudur. Amma olmaz ki, elə sentyabrın 1-də dərs başlasın və müəllimlər də o vaxtdan maaş alsın?"
O qeyd etmişdi ki, Bilik Gününü sentyabrın 15-də müəyyən edənlər isti havanı əsas gətirirlər:
"Həmin şəxsləri Afrikada vəzifəyə təyin etsələr, orada tədrisi qadağan edərlər. Yenə məsələni qaldırmaq istəyirəm ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın sonu bitməsi uyğundur. Onsuz da mayın sonunda dərslər dayanır. Müəllimlər iyunun 15-nə qədər boş qalırlar".
Onu da qeyd edək bəzi ekspertlər tədris müddətinin indi olduğu qalmasının, bəziləri isə köhnə tarixə qayıtmanın tərəfdarıdırlar.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələnin təmsil etdiyi qurumun səlahiyyətində olmadığını deyib:
“Bilik Günü Nazirlər Kabineti tərəfindən verilən qərar əsasında sentyabrın 15-i müəyyən edilib. Nazirlik olaraq, biz hər hansı şərh verə bilmərik".
Təbii ki, qərar hökumət verir, ancaq təklif və rəy, o cümlədən əsaslandırma əlaqədar qurumlardan qəbul olunur, müzakirə edilir. İndiki halda bu qurumlarn başında Təhsil Nazirliyi dayanır.Ancaq görünən odur ki, nazirlik tədris ilinin müddəti ilə bağlı müzakirələrə müdaxilə etmək istəmir və prosesi kənardan izləyir. Gundemxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Cebhe.info-ya bildirdi ki, sovet dövründə dərslər sentyabrın 1-də başlayırdı və vətəndaşlar da yeni dərs ili ilə bağlı bu sistemə öyrəşib:
“Son dövrlər bu istiqamətdə müxtəlif çağırışlar var. Bizim bəzi həmkarlarımız da bu məsələ ilə bağlı müəyyən çağırışlar ediblər. Mənim fikrimcə, dərslər sentyabrın əvvəli başlasa, may ayının sonu bitsə, daha yaxşı olar. Ancaq burada mərkəzi icra hakimiyyəti olaraq Təhsil Nazirliyinin mövqeyi çox önəmlidir ki, birdən-birə bu sistemə keçmək mümkün deyil. Bunun üçün tədris ilinə başlamamışdan əvvəl dərs bölgüsü, proqramlar hazırlanır. Bu məqamlara baxılmaqla, başqa ciddi səbəb yoxdursa, tədris ilinin sentyabrın 1-də birində başlaması məsələsinə baxa bilərik. Son proseslər də göstərir və insanların bir qismi də bu düşüncədədir ki, dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar. Yəni istilər düşməmiş tədris ili bitmiş olur. Müəyyən məqamlar, nüanslar nəzərə alınmalıdır və belə bir qərar olarsa, əvvəlcədən hazırlıqlar getməldirlər ki, prosesə tam hazır olaq”.
Millət vəkili sentyabrın əvvəlində havaların isti olması arqumenti ilə razı deyil:
“Bu arqumenti irəli sürənlərə mən də sual verirəm. Bəs iyunun 15-nə kimi uzadıldıqda havalar isti olmurmu? Yəni o dövr daha isti olur, yoxsa sentyabrın 1-i? Hesab edirəm ki, bu, güclü arqument deyil. Dünyanın ayrı-ayrı ölkələrində müxtəlif model var. Hər ölkənin özünün bir sistemi var. Bizim insanlar əvvəlki dövrdən də öyrəşiblər. Bu gün də bir sıra dünya ölkələrində yeni tədris ili sentyabrın 1-də başlayır. Mən hesab etmirəm ki, sentyabrın əvvəlində havalar həddindən artıq isti olur. Əksinə, iyunun 15-dək havalar daha isti və dözümsüz olur. Bu məsələyə yenidən baxılıb, qərar qəbul edilə bilər”.
GUNDEMXEBER.AZ
24-05-2022, 15:48
12-07-2017, 14:22
30-09-2020, 17:40
5-03-2020, 12:37
8-05-2021, 13:01
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?