GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » GORANBOYDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU - FOTOLAR

GORANBOYDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU - FOTOLAR

Tarix: 22-07-2022, 14:03 Bölmə :Cəmiyyət Baxış: 356


  Bu gün,  22 İyul Azərbaycan Milli Mətbuatının, ana dilində ilk qəzetin nəşrə başlamasının 147-ci ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açıldı.


Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuş, 1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilmişdir. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür.


  Bu münasibətlə, bu gün Goranboy Rayon İcra Hakimiyyənin başçısı Məhərrəm Quliyevin təşəbbüsü ilə ölkə paytaxtında fəaliyyət göstən media nümayəndələrini və eləcə də Goranboydan olan peşəkar jurnalistləri mətbuat günü münasibəti ilə rayona dəvət etmiş və jurnalistlərin adına düzənlənən tədbirdə diplomla təltif etmişdir.


  Tədbiri giriş sözü ilə açıq elan edən Rayon İcra başçısının 1-ci müavini Seymur Nəzərov dövrü mətbuatın fəaliyyətindən və Həsən Bəy Zərdabinin təməlini qoyduğu Əkinçi qəzetinin yaranması haqqında geniş çıxış etdi. Seymur Nəzərov çıxışı zaman ölkə başçısı İlham Əliyevin mətbuata olan dövlət qayğısından və bu günkü dövrü mətbuatın inkişafından, Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınmasından da bəhs etdi. O, eyni zamanda tarixə ekskursiya edərək qeyd etdi: “Əkinçi” qəzetində dövrün görkəmli alim və ziyalılarının – Nəcəf bəy Vəzirovun, Moskvadan Əsgər ağa Goraninin, Şamaxıdan Məhəmmədtağı Əlizadə Şirvaninin, Dərbənddən Heydərinin göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundzadənin “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunurdu.”

 

 Tədbirdə diplomla təltif olunan jurnalistlər də öz növbələrində başda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevə xüsusi minnətdarlıqlarını bildirməklə yanaşı, rayonda aparılan quruculuq işlərini, mətbuat sahəsinə olan xoş münasibətini də çıxışları zamanı dəyərləndirdilər. Azərbaycan Milli Mətbuat günü münasibəti ilə təşkil olunan tədbirdə bölgədən olan yerli jurnalistlər və ziyalılar da mətbuat haqqında ürək sözlərini ifadə etdilər.

Çıxış edənlər sırasında Goranboy rayonundan olan jurnalist Rüstəm Nağıyev bildirib ki, "jurnalistlər peşə fəaliyyətini həyata keçirərkən qərəzli mövqedən, şər və böhtandan uzaq olsalar yaxşı olar. Mən də öz növbəmdə Azərbaycanda və digər dünya ölkələrində fəaliyyət göstərən yerli jurnalistlərimizi ürəkdən təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayıram!" 

Tədbirdən öncə gəzinti edən jurnalistlər rayondakı abadlıq işlərini və rayonun mərkəzində yeni açılan klinikanın müasir dövrə cavab verdiyinin şahidi oldular. Görünən odur ki, sözün əsl mənasında rayonda quruculuq və abadlıq işləri sürətlə inkişaf etdirilir. Bu gün rayonda düzənlənən tədbir və gəzinti zamanı gördüklərimiz bizim üçün çox maraqlı oldu.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda milli mətbuatın yaranmasından 142 il ötür

    Azərbaycanda milli mətbuatın yaranmasından 142 il ...

    22-07-2017, 13:55

  • 
  • Azərbaycanda Milli Mətbuat günüdür

    Azərbaycanda Milli Mətbuat günüdür ...

    22-07-2013, 09:14

  • 
  • Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür...

    Azərbaycan milli mətbuatının yaranmasından 144 il ...

    22-07-2019, 10:25

  • 
  • 145 yaşlı MİLLİ MƏTBUATIMIZ

    145 yaşlı MİLLİ MƏTBUATIMIZ ...

    22-07-2020, 09:50

  • 
  • Milli Şuradan mətbuata TƏBRİK

    Milli Şuradan mətbuata TƏBRİK ...

    22-07-2013, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu