GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Azərpambıq ASK”-in direktoru kabinetində komfort şərait yaradır – Bir tenderin izi ilə

“Azərpambıq ASK”-in direktoru kabinetində komfort şərait yaradır – Bir tenderin izi ilə

Tarix: 27-07-2022, 17:33 Bölmə :Cəmiyyət Baxış: 263


“Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işlərinin satın alınması ilə bağlı keçirdiyi kotirovka sorğusuna yekun vurması və “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46 966.89 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığını 26.07.2022-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

İlk baxışdan adi bir satınalma müqaviləsinə oxşayır. Lakin araşdırdıqda ortaya başqa məsələlər çıxdı. Birinci və əsas məsələ “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satınalma müqaviləsi bağladığı “MK İNŞAAT TƏMİR-DİZAYN” MMC-nin tender müsabiqəsinin keçirilməsi barədə verilmiş elandan sonra dövlət qeydiyyatına alınmasıdır.

Qeyd edək ki, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tenderin şərtlər toplusundakı məlumatlara görə müsabiqəyə 17.06.2022-ci il tarixində başlanılıb, zərflərin açılış tarixi isə 22.07.2022-ci ilə müəyyən edilib. İndi gəlin görək tenderin qalibi olan MMC nə vaxt dövlət qeydiyyatına alınıb?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.06.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, BİNƏQƏDİ ŞTQ, SEYİD ƏZİM ŞİRVANİ (BİNƏQƏDİ QƏS.), ev 7, qanuni təmsilçisi kimi isə Mustafazadə Kənan Cavanşir oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi tender müsabiqəsinə dəvətdən 11 gün sonra dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Daha təəccüblüsü odur ki, “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası yol verdiyi qanun pozuntusunu şərtlər toplusunda elə özləri göstərirlər. Bunu qara şriftlərlə məhz “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvlərinin bir daha oxuması üçün xatırladırıq. Tələb olunan sənədlərdə göstərilir ki, İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır.

Belə olan halda “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyası “MK İNŞAAT TƏMİR-DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyətinin tenderdə iştirakına nə üçün yol verib? Digər tərəfdən, heç bir göstəriciləri qanunun tələblərinə uyğun gəlməyən MMC necə qalib gəlib? Bu elektron satınalmanın işi deyil. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin Tender Komissiyasının üzvləri məgər bunları görməyib?

Qeyd edək ki, apardığımız araşdırma zamanı diqqət çəkən bir məqama da rast gəldik ki, bu da aparılacaq təmir işi ilə bağlıdır. Elandan da göründüyü kimi, “Azərpambıq” Aqrar Sənaye Kompleksi “ASK Villa” binasının 1-ci və 2-ci mərtəbələrində “Azərpambıq ASK” MMC-nin yerləşdirilməsi məqsədi ilə təmir-tikinti işləri aparır. Bu işlərə nələr daxildir?

Asma tavanların karkasının qurulması, yüksək keyfiyyətli suvaq üzrə tavaların polivinilasetat sulu emulsiyalı tərkiblə 2 dəfə rənglənməsı, alçıpan arakəsmələrin quraşdırılması, direktor və sədr otağlarında sanitar qovşaq 56 m(2) divarların kafellə üzlənməsi, Direktor və sədr otağlarında sanitar qovşaq – şüşə duş kabinin quraşdırılması (su qarışdırıcı ilə birlikdə) 2 ədəd. Növbəti suallar da buradan başlayır.

Maraqlıdır “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin direktoru ölkədə pambıqçılığın inkişafı ilə əlaqədar planlar, layihələr hazırlamağa, pambığın tədarükünə, istehsal olunmasına, emalı və emaldan alınan məhsulların satışına nəzarət etməyə, iş görməyə gəlir, yoxsa işdə düş qəbul etməyə?

Prezident İlham Əliyev hələ bir neçə il əvvəl müşavirələrin birində pambıqçılığın bərpası və inkişafı ilə əlaqədar qeyd etmişdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Bəli, dövlət bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atır, bu sahəni diqqətə götürüb.

Amma “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru nə edir? İşdə özünə komfort şərait yaradır. Onun kabineti üçün alacağı mebellər barədə hələ ki, məlumat yoxdur. Direktor və sədr otaqlarında sanitar qovşaq , şüşə duş kabinin quraşdırılırsa, deməli mebellər də komfort,bahalı olacaq. Direktor da özü üçün komfort həyat keçirəcək. Aran rayonlarında isə pambıqçılıqla məşğul olan fermer və kəndlilərin pulu vaxtında verilməyəcək. Çünki onların pulları artıq direktorun komfort həyat yaşaması üçün xərclənir.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayından “Azərbaycan Sənaye Korposiyası” ASC-yə (ASK) məxsus “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru vəzifəsinə Fəxri Mehdiyev təyin edilib. Ondan əvvəl o, ASK-nın Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Azərpambıq ASK” MMC 2018-ci ildə yaradılmışdır. Cəmiyyət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur./aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın qeyri-neft ixracında SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” liderdir

    Azərbaycanın qeyri-neft ixracında SOCAR-ın ...

    30-06-2020, 13:07

  • 
  • Bu qurum özəlləşdirilməyə çıxarılır - İlham Əliyevdən SƏRƏNCAM

    Bu qurum özəlləşdirilməyə çıxarılır - İlham ...

    16-04-2021, 15:10

  • 
  • Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir nəfərə məxsus 3 MMC ilə nələr bağlayır?

    Dendrologiya İnstitutunu 4 günə yaradılmış, bir ...

    11-05-2022, 13:38

  • 
  • Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara yol verilir

    Lənkəran Dövlət Universitetində satınalmalarda nə ...

    27-05-2022, 18:25

  • 
  • Dendrologiya İnstitutundan 5 gündə 88 min manat “udan” Samir Məmmədov kimdir?

    Dendrologiya İnstitutundan 5 gündə 88 min manat ...

    15-04-2022, 15:33


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (216)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu