Korrupsiya və rüşvətxorluq halları ilə bağlı 161 qaynar xəttinə şikayət etmək hər bir vətəndaşın hüququ olsa da, bu hüquqa növbətçi prokurorlar qadağa qoyub. 13 avqust 2022-ci ildə saat 20-55-də 161-ə 0774076932 nömrəsindən zəng edəndə adını deməkdən imtina edən növbətçi prokuror şikayəti qeydə almaq yerinə öncə polisə müraciət etməyi məsləhət bilib (?) , bu məsləhətin qanunsuz olduğunu diqqətə çatdıranda isə iş vaxtı olmadığını (??) bildirib. Qaynar xəttin 24 saat işlədiyini deyəndə isə şikayəti qeydə aldığını deyib. Axı heç şikayətin dinlənilmədiyini deyəndə, əvvəlki şikayətlərin qeydə alındığını (???) vurğulayan növbətçi prokurordan adını öyrənmək mümkün olmayıb. Növbətçi prokuror özünü təqdim etməyə borclu olmadığını bildirib, heç baş prokurora müraciət etməyin də səmərə verməyəcəyini əlavə edib.
Növbətçi prokurorun özbaşınalığından 961 çağrı mərkəzinə şikayət etmək çabası isə uğursuz olub. 11 dəqiqəlik “növbədə birinci olaraq gözləyən” şikayətçiyə xətlərin gecə 9-20 radələrində məşğul olduğunu avtocavabverici diqqətə çatdırmaqla yenidən bir azdan “bəxtini sınamaq” məsləhət bilinib. Növbəti zənglərin də “bəxti” bu üsulla açılmayıb.
Görəsən, baş prokurorluğun qaynar telefon xidməti qanunsuz məsləhət vermək üçün yaradılıb, yoxsa şikayətləri qəbul etməkdən imtina üçün? Konstitusiyanın 133-cü maddəsinə əsasən qanunların icrasına nəzarət etməyə görəvləndirilən prokurorluğun qanundan xəbəri yoxdursa, hansı qanunçuluqdan danışmaq olar? Suala cavab vermək də prokurorluğun görəvidir. ..
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?