GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Tarix: 19-08-2022, 19:32 Bölmə :Cəmiyyət Baxış: 331

Ölkə futbolunun problemlərindən danışan istənilən şəxs ilk növbədə uşaq futboluna, orda yaşanan çatışmazlıqlara toxunur, bu sahədə çalışan bəzi məşqçilərin özbaşınalığını qabardır.

Dünən redaksiyamıza məktubla müraciət edən valideyn də vaxtilə övladının məşqçisi olmuş “Xocalı” klubunun çalışdırıcısı İlkin Hacıyevdən narazılıq edir:

“Hörmətli redaksiya, mən 2017-ci ilin aprel ayından övladım Həsənov Yusif Elman oğlunu Abşeron rayon Masazır qəsəbəsində fəaliyyət göstərən "Əlincə" futbol məktəbinə yazdırmışam. Məqsədim övladımın gələcəkdə futbolçu kimi formalaşması idi. Əlbəttə, bu illər ərzində özüm də məşqlərdə iştirak edir, izləyirdim. Təbii ki, hər ay 50 manat ödəniş etməklə yanaşı, fərdi məşqlərə də 150-200 manat ödəyirdim. Bunun müqabilində mənə heç bir qəbz verilməmişdi. Nəhayət, 2019-cü ildə klub adını dəyişərək "Xocalı" oldu. Yenə də eyni qaydada ödəniş edib, məşqlərə qatılırdıq. Bundan əlavə, regionlara yoldaşlıq görüşlərinə getmək üçün əlavə ödəniş edilirdi. "Xocalı"nın direktoru İlkin Haciyev valideynlərə bildirdi ki, uşaqları mütləq Qəbələyə aparmalıdı.

Bunun üçün bütün xərcləri valideynlər üzərinə götürməlidi. Məcburiyyət qarşısında deyilən təkliflə razılaşdıq. Nəhayət, uşaqlarla birgə Qəbələ rayonuna yola düşdük. İlkin Haciyev bilərəkdən 12 yaşlı uşaqlara qadağan olunan "Red Bull" içkilərindən verirdi. Valideyinlərə isə onun işinə qarışmamağı məsləhət görürdü. Bu barədə ölkə mətbuatında yazılar dərc olundu, baş məşqçinin bu addımı ictimaiyyət tərəfindən qınandı. Lakin aidiyyatı qurumlar susmağa üstünlük verdi. Həmin ərəfədə uşaqların qarınağrısından necə əziyyət çəkdiyini, sadəcə, görmək lazım idi. İlkin Haciyevin yalvarışından sonra biz valideynlər məsüliyyəti üzərimizə götürdük. Klub direktorunun ən böyük biabırçılığı bayrağımıza qarşı oldu. Yenə də "direktor" məsüliyyətdən yayınmağı bacardı.


Hörmətli redaksiya, mənim “Xocalı” FK ilə heç bir müqaviləm yoxdu. İşimlə bağlı Qəbələ rayonuna köçdüyüm üçün övladım eyniadlı klubun müvafiq yaş qrupunda məşqlərə çıxır. İlkin Haciyev imzamı saxtalaşdıraraq 2023-cü ilə qədər onunla müqaviləm olduğunu iddia edir. Bunun üçün məndən 3000 manat tələb edir. Sonradan məlum oldu ki, bu şəxsin bütün uşaqlara qarşı aqressivliyi var. Mənə məlum olmayan məsələ ondan ibarətdi ki, aylıq 50, fərdi məşqlərə 200 manat ödədiyim halda, klub 3000 manatı necə tələb edə bilər? İnsan alveri ilə pul qazanmaq və onu şirin-şirin qəbul etmək insanlığa yaraşmayan işdi. Sizdən xahiş edirəm ki, yazdığım şikayət ərizəsini məktub formasında aidiyyatı qurumlara göndərəsiz. Əvvəlcədən təşəkkür edirəm”.


Məsələ ilə bağlı Elman bəyin ittiham etdiyi “Xocalı”nın direktoru İlkin Hacıyevə də tribuna verdik. Hacıyev qarşı tərəfin iddiaları ilə razılaşmadı və məsələnin AFFA səviyyəsində həll olunmasını istədiyini bildirdi:


“Valideyn məni müqaviləni saxtalaşdırmaqda ittiham edirsə, ortada sənəd var. Və həmin sənədin qeydiyyatdan keçdiyi AFFA. Lazımdısa, assosiasiyanın bazasından həmin imzalı sənədi ortaya çıxarıb kimin haqlı, kimin haqsız olduğunu sübut etmək olar. Qanun qarşısında hamımızın boynu qıldan incədi. Biz tərəfdən qanunsuzluğa, saxtakarlığa yol verilibsə, cəzamızı çəkməyə hazırıq. Ancaq yenə deyirəm, heç bir saxtakarlıqdan söhbət gedə bilməz. “Qəbələ”nin baş meneceri Nail Kərimovla danışığımın səsyazısı var. Onu da sizə təqdim edirəm (səsyazsını təqdim etdi). Özünüz dinləyin və görün bizim aramızda nə danışıq olub”.


Hər iki tərəfin mövqeyini öyrəndik. Bu məsələdə kimin düz, kimin səhv olduğunu yəqin ki, AFFA və yeri gələrsə, hüquq-mühafizə orqanları aydınlaşdıracaq. Ancaq ortada qalan azyaşlı, gələcək üçün perspektiv vəd edən potensiallı uşaqdı.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Xocalı” futbol klubu uşaqlardan necə istifadə edir?- ŞOK İDDİA

    “Xocalı” futbol klubu uşaqlardan necə istifadə ...

    17-08-2022, 17:25

  • 
  • “Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” FK-nın prezidenti

    “Biz enerji içkilərinin əleyhinəyik” “Xocalı” ...

    7-05-2021, 22:51

  • 
  • Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüş keçirilir

    Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə ...

    26-02-2019, 10:27

  • 
  • AFFA "Hafka"nın borclarını ödəyib

    AFFA "Hafka"nın borclarını ödəyib ...

    14-08-2014, 16:41

  • 
  • Əli Həsənov Xocalı sakinlərinə necə zülm edir?

    Əli Həsənov Xocalı sakinlərinə necə zülm edir? ...

    11-04-2014, 10:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu