Gundemxeber.az » Ölkə » Cəmiyyət » “İrşad Telecom”un satıcısı müştərini döydü
Sabunçu Rayon Məhkəməsində xuliqanlıq etməkdə təqsirləndirilən Telman Qayıbovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qhökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş Füzuli Fərmanovla (ad, soyadı şərti) barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilib və Telman Qayıbov cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu il iyulun 7-si saat 11:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində fəaliyyət göstərən “İrşad Telecom” mağazasında qeydə alınıb.
Belə ki, mağazada satış təmsilçisi vəzifəsində işləmiş Telman Qayıbov müştəri qismində gələn zərərçəkmiş Füzuli Fərmanovun mobil telefonuna qoruyucu üzlüyün keyfiyyətsiz vurulmasına dair iradını bildirməsi səbəbindən mübahisə düşüb.
Telmam ona problemi özü yaratdığını, üzlüklə heç bir əlaqəsinin olmadığını bildirib. Bu zaman zərərçəkmiş əsəbləşib, satıcı ilə əsəbi formada danışaraq səsini qaldırıb. Sonra Telman müştərini çölə dəvət edib. Mübahisə əsnasında Füzuli bir neçə dəfə satıcını əli ilə onun çiynindən vurub sakit olmasını deyib. Bu zaman Telman Füzuliyə yumruq zərbəsi endirib.
Daha sonra ətrafa olan şəxslər onları ayırıb. Bu barədə Füzuli Fərmanov polisə müraciət edib.
Polis əməkdaşları tərəfindən saxlanılan Telman Qayıbov barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
gudnemxeber.az
24-05-2018, 11:22
16-06-2016, 21:33
11-03-2019, 15:26
6-10-2015, 22:25
12-10-2016, 18:39
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?