GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “18 saat əlləri bağlı asılı saxlayıblar...” – Bakıda ŞOK cinayət

“18 saat əlləri bağlı asılı saxlayıblar...” – Bakıda ŞOK cinayət

Tarix: 20-09-2022, 15:30 Bölmə :Cəmiyyət Baxış: 167


Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanıda, bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin sahibi Orucəli Əliheydərovun və Mərkəzin daha bir neçə işçisinin məhkəməsi davam etdirilir. 


Gundemxeber.az “Yeni Sabah”a istinadla xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev Mərkəzin sahibiylə əlbir olaraq yaxınları tərəfindən müalicə üçün oraya yerləşdirilən narkomanlara əzab verməkdə təqsirləndirilirlər.
Məhkəmədə təqsirləndirilən şəxs Qənbər Həsənov ifadə verib.  O vəkilin “zərərçəkmiş şəxsi nə ilə döyürdün” sualına “3-4 dəfə şlanqla döymüşəm”,-deyə cavab verib. 
O bildirib ki, hadisə baş tutan günü ‘heroin’in təsiri altında olub. Hadisənin sabahı günü özünü polis işçisi adlandıran bir şəxs gələrək onu polis şöbəsinə aparıb. 
Oğlunun ifadəsinə etiraz edən ana bildirib ki, oğlu Famil Rzayev tərəfindən öyrədilib. Onun sözlərinə görə, Qənbər Famildən qorxduğundan gerçəkləri deyə bilmir. Bildirib ki, oktyabrın 6-sı Qənbər evə gəlib və Familin ona Hüseynin ölümünü üzərinə götürməsini dediyini deyib. Deyib ki, Famil onu həbsdən xilas edəcək.
“Oğlum Famildən qorxur, Famil Qənbəri çağırıb yaşadığı yerə, deyib üstünə götür mən səni xilas edərəm, sənin imkanın yoxdur onsuz da. 2 aydır çıxmışdı həbsdən. Familin yaxınları da oğluma təzyiq göstərirlər”,-o bildirib. 
Təqsirləndirilən şəxsin vəkilinin sözlərinə görə, Famil Qənbərə hüquqşünas nömrəsi verərək ona zəng etməsini deyib. Hüquqşünas danışıq zamanı Qənbərin maddi vəziyyətinin aşağı olduğunu və yataqxanada qalmasını əsas gətirərək ona hər şeyi üzərinə götürməsini deyib. “Hüseynin bıçaqla ona hücum etdiyini və onun Hüseyni bu səbəbdən öldürdüyünü deməsini tapşırıb. Qənbər təzyiq altında danışıb”,- vəkil bildirib. 
Qənbər Məmmədov ifadəsində qeyd edib ki, sentyabrın 4-ü günü növbədən çıxdıqda Hüseyn sağ olub: “Vüsalın ad günü idi. Çıxdıq, Hüseyn sağ idi. Orada Famil, İsrafil, Fərhad qalmışdı. Həmin gün gəldim, Hüseynin əli qolu bağlanmışdı. Özünü deyəsən pis aparırdı. Evə gəldim, sabahı Vüsal zəng elədi ki, Hüseyn dünyasını dəyişib”. 
Hakimin suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o hadisə zamanı Hüseynə 2-3 dəfə qolundan zərbələr vurub. 
Məhkəmədə zərərçəkmişin atası Rafiq Məmmədov vəsatətlər qaldırıb. O təqsirləndirilən şəxslərin əllərinin qandallanmasını istəyib. “18 saat günahsız birini əli qolu bağlı vəziyyətdə asılı saxlayıblar, niyə qandalda deyillər?”,- o bildirib. 
Dövlət ittihamçısı bu vəsatətlə razılaşaraq,  təqsirləndirilən şəxslərin əllərinin açıq olmasının zərərçəkmişlərdə qıcıq yaratdığını deyib. Rafiq Məmmədov həmçinin prosesin videoçəkilişlə aparılmasını istəyib. Bu vəsatət təmin olunmayıb.  
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin olunub. 
Xatırladaq ki, Elvüsal Hüseynov, Famil Rzayev, Qənbər Həsənov və Sərxan Əliyev Mərkəzin sahibiylə əlbir olaraq yaxınları tərəfindən müalicə üçün oraya yerləşdirilən narkomanlara əzab verməkdə təqsirləndirilirlər. Qəmbər Həsənov ifadəsində bildirib ki, narkotik istifadəçisi kimi 9 ay həmin mərkəzdə müalicə və psixoloji yardım alıb. Müalicəsi başa çatdıqdan sonra Mərkəzin işçiləriylə münasibətləri yaxın olduğuna görə 3 ay orada işləyib.  
Novxanıdakı bağlar massivində yerləşən, narkomaniya və alkoqolizmdən xilas olmaq istəyənlər üçün “New Life” Reabilitasiya Mərkəzinin rəhbəri adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 133-cü (əzab vermə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddələrilə ittiham olunur. Orucəli Əliheydərov, Elvüsal Hüseynov və Famil Rzayevə bu ittihamlarla yanaşı, qanunsuz sahibkarlığa görə məsuliyyət nəzərdə tutulan CM-in 192-ci maddəsilə də ittiham irəli sürülüb. Çünki “New Life” Reabilitasiya Mərkəzi qeydiyyatdan keçib lisenziya almadan fəaliyyət göstərib.
Bu cinayət işi üzrə üç nəfər – Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş, daha bir nəfər isə zərərçəkmişin hüquqi varisi qismində tanınıb. Adları çəkilən şəxslərin orada işgəncəyə məruz qaldığı iddia olunur.
Valideyni zərərçəkmişin hüquqi varisi qismində tanınan Hüseyn Məmmədov isə ötən il sentyabrın 5-də xəstəxanada ölüb. Cinayət işinin materiallarında bildirilir ki, Hüseyn Məmmədov mərkəzə könüllü şəkildə gəlsə də, sentyabrın 4-də günorta saat 15:00 radələrində qaçmaq istəyib. Onu Mərkəzin əməkdaşları tutub, əl-qolunu bağlayıb, döyüblər. Sentyabrın 5-də Hüseyn Məmmədovun vəziyyəti kəskin pisləşib, onu xəstəxanaya çatdırıblar, lakin həyatını xilas etmək mümkün olmayıb.
Cinayət işinin materiallarında Hüseyn Məmmədovun vəziyyətinin işgəncə nəticəsində pisləşdiyi iddia olunsa da, eyni zamanda, işin içində onun artıq dozada narkotik istifadəsindən ölməsi haqda rəy var. Lakin narkotiki hansı şəraitdə qəbul etməsi barədə heç nə məlum deyil.
Təqsirləndirilən 5 nəfərin heç biri ittihamları qəbul etmir. Onlar özlərini qətiyyən təqsirli bilmədiklərini deyiblər. Hətta Famil Rzayev ittihamda yazılanları “nağıl”, “uydurma” adlandırıb.
Məhkəmədə təqsirləndirilənlərin vəkillərindən Anar Məmişov, Samir İsayev və digərləri cinayət işinin təkrar araşdırma üçün istintaqa qaytarılması, müvəkkillərinin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, bəzi sənədlərin yolverilməz hesab edilərək sübutlar siyahısından çıxarılması barədə vəsatətlər qaldırıblar. Amma vəsatətlərin heç biri təmin edilməyib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Telekanallarda reklamı gedən reabilitasiya mərkəzinin xəstələrə işgəncə vərən beş əməkdaşı həbs olundu

    Telekanallarda reklamı gedən reabilitasiya ...

    8-07-2022, 14:57

  • 
  • Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsində polis müstəntiqi ifadə verib

    Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün ...

    19-11-2018, 15:36

  • 
  • Kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi

    Kriminal avtoriteti güllələyən şəxs ...

    25-02-2020, 11:52

  • 
  • Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ŞOK İFADƏLƏR

    Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ...

    6-11-2015, 17:12

  • 
  • Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz qəbul etmirdilər

    Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz ...

    11-09-2018, 16:35


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu