GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Namərdin qayıdışı, faciədən xilas – Səbuhi Məmmədli Angiolojidən yazır...

Namərdin qayıdışı, faciədən xilas – Səbuhi Məmmədli Angiolojidən yazır...

Tarix: 30-09-2022, 10:34 Bölmə :Cəmiyyət Baxış: 923

Sağalmaq, hansısa xəstəliyin çıxıb getməsi deyil. 

Sağalmaq, onun qayıtmamasıdır. 

Və o qayıtdı..

Mən bu namərd xəstəlik barəsində çox sonra xəbər tutmuşdum. Özü də təsadüfən. 2014-cü ilin apreli idi, deyəsən. Sosial şəbəkələrdə Sabunçu xəstəxanasına 3 yaralı əsgərin gətirildiyini, təcili qan lazım olduğu barədə xəbərlər yayıldı. Həmin gün növbətçiydim, işdə. Dərhal icazə aldım. Qan qrupum yaralı əsgərlərdən biri ilə uyğun gəlirdi. Sabunçuya məni  redaksiyanın sürücüsü Elnur gətirdi. 

- Cəddim kömək olsun, müəllim, verin gəlin, burda gözləyirəm. 

Qan verdim. Amma damardan ilkin müayinə üçün götürülən qanda şəkər aşkarlandı. Tibb bacısı elə beləcə də demişdi o vaxt.

- Sizdə yüksək şəkər var.   

Şəkər… Tanış mərəz idi nəslimizə. Bu namərd anamı 54, dayımı 52, bir xalamı da 55-ə az qalmış əlimizdən almışdı. Və indi mən özüm bu namərdlə üz-üzə qalmalı olmuşdum. 

Qayıdanda Elnur ürək-dirək verirdi. 

- Müəllim, boş şeydi. Pəhrizini  gözlə, qorxusu yoxdu.   

*

Yaxşı məsləhət idi. Amma bizim işimizdə nə pəhriz, nə vaxtında dava-dərman? Unutdum şəkəri. Amma o unudardımı heç? 

*
Yavaş-yavaş yeyirmiş heç demə… Və bu namərd bir də 2018-də qarşıma çıxdı, özü də pis. 2018 mənim həyatımın ən qorxulu ili olub. Sözün bütün mənalarında. Həmin il keçirdiyim stress və əzablar sözünü demişdi. Şəkər pik həddindəydi.
Ukraynanın Mirqorod şəhərində müalicəyə getdim. Orda isə məni sürprizlər gözləyirmiş: Az sonra geniş infarkt. 

Hər şey qaydasına düşdü. Yenə aktiv jurnalistika, yenə sevimli işim- reportajlar hazırlamaq, jurnalistikaya yeni başlayan uşaqlar kimi saytda oxunma sayına görə, elə həmin uşaqlar kimi sevinmək. Həm də o uşaqları öyrətmək!

Hər şey yerində olanda gözəl olur, elə insan da. Nə fərqi, jurnalist, ya qaynaqçı. Lap elə rəsmxətt müəllimi. 

Sonra, Zəfər müharibəsi başladı. Bu dəfə reportaj mövzularımız jurnalistikada olduğum 30 il ərzində dəyişmişdi. Artıq biz Qarabağdan yazırdıq. İşğaldan azad olunan müqəddəs torpaqlarımızdan, orada başlayan dirçəlişdən yazırdıq. Nə gözəl bizlərə. 

Amma namərd, sən demə boş dayanmayıbmış bu illərdə. İşini görürmüş. Yavaş-yavaş yeyirmiş, qanımıza hopubmuş. 30 ildən sonra Qarabağda çalınan ilk zəngdən, Zəngilanın Ağalı kənd məktəbindəki ilk zəngdən reportaj hazırlamaq da varmış qismətimizdə. Həmin səfər doğrudan da bir başqaydı. Həm Ağalı, həm də ilk zəngin sədaları altında siniflərə axışan o cocuqlar əslində hansı tarixi günü yaşadıqlarının bəlkə də fərqində deyildilər. Bəlkə elə biz də. 

*
Ayağım pis dəymişdi. Daş idimi, qaya parçası idimi, nə idi, əslində fərq də eləməmişdim. Hə, çox pis toxunmuşdu, yaralamışdı. Düzü, adi qızartıdı deyib keçəcəkdim, elə keçmişdim də. Sonradan bu qızartı artmağa başladı. Yara çirk verdi. Mən isə məsuliyyətsizcəsinə “boş şeydir” deyib keçirdim. İşdə hamı “həkimə get, pis şeyə oxşayır” deyirdi. “ Pis adama heç nə olmaz”  deyib zarafatlaşırdı dostumuz Ehtiram İlham da. Amma doğrudan da bu pis şey idi, yara böyüyür, qızartı ayağımı bürüyürdü. Artıq qızdırma belə verirdi. 

Onda, hə məhz onda təcili yardıma üz tutası olduq. Gələn həkim ilk təzyiqimi yoxladı: 220/110. Havalanmışdı az qala. “Siz bu təzyiqlə necə gəzirsiz?”. Mən sadəcə boynumu büküb susmuşdum. Şikayətimi soruşdu. Ayağımı göstərəndə isə, gözləri kəlləsinə çıxdı. Eynəyini çıxarıb bir anlıq gözlərini yumdu. Dedikləri indiyəcən qulağımdadır. 

- Bu nədir belə? Özünüzü niyə bu günə qoymusunuz. İndi sizin şəkəriniz bilirsiniz hardadır? Bəlkə də 400. Təsəvvür edirsiniz, ayağınızı itirə bilərsiniz?   

Deyəsən, təsəvvür etməyə başlamışdım… Bircə gün uzatmaq, amputasiya demək. Hə, AMPUTASİYA!!! 

Və yenə DÖVLƏT! YENƏ DÖVLƏT BABA! TƏBİB və onun təbibləri. Təkcə, təbiblərimi? 

Tibbi bacıları, “sanitarka”lar, hətta hər gün palatalara yemək paylayan o gülərüz, xoşsifət xanım. 

Bura,  Akademik M. Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdiriləndə, sözün həqiqi mənasında canımın hayındaydım, canımla əlləşirdim. 

Mərkəzin ümumi şöbəsinin müdiri Ramil Məmmədli 100 ilin dostu kimi qarşıladı. Adam pozitiv, sanki enerji deposudur. Vəziyyətimin nə qədər gərgin olduğunu hiss etdirmədi də.  Amma qırımından hiss olunurdu. Üzü gülsə də, gözləri başqa şey deyirdi, mənim qızarıb qaralmaqda olan ayağıma baxanda. 

Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş həkimi İsmayıl Mirzəliyev də elə qarşılayır ki, elə bil bir əsrdi yoldaşlığımız olub. Xəstəliyimin tarixçəsini dinləyir. Qeydlər aparır. “Özünü sıxma, müalicə edəcəyik, jurnalist müəllim. Səbirli ol. Bircə ölümə çarə yoxdu”. 

Cərrahiyyə şöbəsinin müdiri Ceyhun Babayevi çağırır. Əməliyyatdan təzə çıxıb doktor. Ayağımı ilkin müayinə edir. Açığı, doktorun üzündəki həyəcanı sezməmək mümkün deyil. “Sümüyə keçməyib, şükürlər olsun”. 

Bəs sümüyə keçsəydi? 

Beynimdən keçən bu axmaq fikri anındaca oxuyur doktor. “Sümüyə keçsəydi...”. 

Dərhal, elə bu andaca müalicəyə, özü də intensiv müalicəyə başlanılır. Necə deyərlər, bircə dəqiqə də gecikmək olmaz. Açığını deyirəm, bu yaşıma qədər bircə dəfə də Azərbaycan xəstəxanalarında müalicə almamışam. Kiminsə yanına, ziyarətinə getmişəm. Ondan o yana yox. Və onu da etiraf edim ki, qarşıda burada keçirəcəyim günləri fikirləşəndə az qala başıma hava gələcəkdi. Məni palataya aparan tibb bacısı Aidə xanım ürək-dirək verir: “Tez sağalacaqsan, həkimlərin dediyini elə, ən qısa zamanda ayaqdasan”. 

*

Palata tərtəmizdir. Tibb personalı adamın üstündə əsir. İstər tibb bacıları. İstərsə də, sanitar xanımlar. Müalicə isə sadəcə, möhtəşəmdir. Sanki proqramlaşdırılıb hər şey. Müəyyən vaxtda həblər, şəkərin miqdarının ölçülməsi, saysız-hesabsız sistemlər. 

Artıq dördüncü gün sarğımı açan doktor Babayevin ümid dolu sözləri.

“Düzəlirsən”. 

“Üzüm bu yanadı?” 

Zarafat edirəm. 

O, isə ciddi şəkildə: “Səbuhi, sən bilmirdin durumun necəydi. Şükür, adlatdıq”. 

Hə, necə deyərlər, üzüm bu yanadı. Sağalarıq. Bu insanların, bu şəfa verənlərin hesabına. Dövlətin TƏBİB-in, təbiblərin və gecə-gündüz üstümüzdə əsən o xanımların… 

Adlarını çəkməsək, günah olar.  Tibb bacıları - İradə , Natalya, Nata, xanımların, Səadət və Qızbəs bacıları, Aynur və daha kimlər. Adlarını unutduqlarım, günahımdan keçin. Bu komandaya görə, var olun Rauf doktor, Rauf Ağayev.

Hə, bir də TƏBİB-in ictimaiyyətə və mediaya açılan qapıları: Zamirə Ədilova və Hicranə İsmayılova, diqqətinizə görə, var olun. 

Tam səmimi deyirəm, müalicə üçün İrana, Turana getməyə ehtiyac yoxdur.

Azərbaycanda kifayət qədər savadlı və işinin peşəkarı həkimlər var.

 Və ən əsası TƏBİB var.




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkər xəstəliyinin ilkin əlamətləri

    Şəkər xəstəliyinin ilkin əlamətləri ...

    26-07-2016, 22:58

  • 
  • Elarizə var-yox söyüşü söyənin aqibəti - QAN İÇİNDƏ

    Elarizə var-yox söyüşü söyənin aqibəti - QAN ...

    24-09-2014, 14:45

  • 
  • Vaksindən sonra tibb bacısında qan laxtalanması aşkarlandı

    Vaksindən sonra tibb bacısında qan laxtalanması ...

    20-05-2021, 13:36

  • 
  • Tanınmış jurnalist intihara cəhd etdi - hazırda reanimasiyadadır

    Tanınmış jurnalist intihara cəhd etdi - hazırda ...

    15-08-2018, 11:56

  • 
  • Azərbaycanlı aparıcı qan xərçənginə tutuldu

    Azərbaycanlı aparıcı qan xərçənginə tutuldu ...

    4-09-2018, 11:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu