BÖLGƏ TV-nin və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən artıq 11 il keçir. Düz 10 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsi nəticəsində 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular. Jurnalist neçə illərdir həlak olmuş övladlarının acısını çəkir. Vasif Turan 11 ildir davam edən istintaqın hələ də nəticə vermədiyini deyir. İstintaqın nəticəsindən narazı qalan baş redaktor bu illər ərzində bir neçə dəfə baş prokurora müraciət edib. Baş redaktorun bir neçə il əvvəl hadisə ilə bağlı bildirdiyinə görə Rüfətlə Əhməd o qədər uşaq deyildilər ki, yanğın baş verdiyi halda evdən çıxa bilməsinlər. Üstəlik, Əhməd taekovando ilə məşğul olurmuş və onun pəncərədən aşaraq evdən çıxa bilməsi mümkünsüz görünür: “Evin qısa müddətdə yanması, uşaqların evdən çıxa bilməməsi, evin qapısının arxadan bağlı olması, ondan əvvəl təhdid olunmağım və digər hallar yekunda o qənaətə gəlməyimə səbəb oldu ki, bu mənə və övladlarıma qarşı törədilmiş terrordur. Tam əminliklə deyirəm ki, evimi qəsədən yandırıblar. Bunu istintaq dönəmində də israrla bildirmişəm. Bu gün də həmin qənaətdəyəm”.
Qeyd edək ki, baş vermiş ağır faciə ilə bağlı cinayət işi açılmış, lakin ötən bu illər ərzində hadisənin başvermə səbəbləri hələ də naməlum qalmaqdadır. Bu günlərdə isə məlum olub ki, sən demə, cinayət işinə hələ 2012-ci ilin avqustundan xitam verilib və bununla da 2 körpənin ölümünə səbəb olmuş ağır cinayət hadisəsilə bağlı işin istintaqı yekunlaşmışdır. Maraqlıdır ki, cinayət işininə xitam verilməsilə bağlı aktı jurnalistin təkidli müraciətlərdən sonra, yalnız 28.09.2018-ci il tarixində təqdim olunub. Amma ötən bu illər ərzində bizə cinayət işinin davam etdirilməsinə dair həqiqətdən uzaq açıqlamalar verilib. Sual olunur, cinayət işinə 2012-ci ildən xitam verilibsə bu mənə niyə 6 ildən sonra – 2018-ci ildə, həm də təkidlli müraciətlərimdən sonra deyilir?
Baş verənlərlə bağlı Bolgexeber.com saytının baş redaktoru Vasif Turan cinayət xitam verilməsilə barışmayacağını dəfələrlə bildirib. Jurnalist ümid edir ki, bu cinayətin üstü əvvəl-axır açılacaq:” Mənim də yalnız bundan sonra ürəyim təskinlik tapar ki, cinayətkarlar yaxalandı və cəzalarını aldı”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?