İyulun 19-da saat 18:39-da Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə maraqlı müraciət daxil olub. Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, 4-cü mikrorayon,20 yanvar küçəsi, bina 19a, ünvanında vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Yasamal rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1958-ci il təvəllüdlü Məlikova Nazilə Meybalı qızı binanın blokunun giriş hissəsi məişət və tikinti materiallarının tullantıları ilə bağlandığından çıxmaq iqtidarında olmayıb və kömək üçün 112 xidmətinə müraciət edib. Xilasedicilər adıçəkilən ünvanda köməksiz vəziyyətdə qalmış zərərçəkmişi təhlükəsizlik qaydalarına riayət etməklə xilas ediblər. Əməliyyatın sonunda xilasedicilər Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşı, polis mayoru Rövşən Babayevin iştirakı ilə müvafiq akt tərtib edəiblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?