GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İranda “molla rejimi”nin sonu YAXINLAŞIR

İranda “molla rejimi”nin sonu YAXINLAŞIR

Tarix: 13-10-2022, 13:30 Bölmə :Cəmiyyət Baxış: 304

Dünyanın aparıcı qüvvələri İranda "molla rejimi"nin devrilməsinə çalışır.

 

Ötən ay qonşu ölkədə hicab qaydalarını pozan 22 yaşlı Məhsa Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi İranda kütləvi etiraz aksiyalarına səbəb olub. Gənc qızın ölümündən hiddətlənərək küçələrə axışan  etirazçıların əsas tələbi insanların azadlıq hüququnun tanınması, hicab qaydalarının ləğv olunmasıdır.

 

Dünyanın dörd bir yanından dəstək alan iranlı qadınların mübarizəsi xalqın mövcud rejimin qadağalarından təngə gəldiyini göstərir, eyni zamanda, artıq çağdaş dövrdə insanların məhdudiyyətlərlə yaşaması insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir.

 

Hicablarını çıxararaq ayaqlar altına atan iranlı qadınlar dünyanın digər ölkələrində olduğunu azad yaşamaq istədiklərini gizlətmir, ölkədə demokratik qaydaların tətbiq olunması üçün sonadək mübarizə aparacaqlarını bildirirlər. Hələ də davam edən aksiyalarda onlarla etirazçının öldürülməsinə baxmayaraq, qadınlar "molla rejiminin" sonuna çıxmağı qarşılarına məqsəd qoyublar. Onların "hicabsız İran" arzularına çatıb-çatmayacağını zaman göstərəcək, çünki İran rejiminin devrilməsinin mümkünlüyü hələ sual altındadır.

.

 

 

Gundemxeber.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İranda hakimiyyət etiraz aksiyalarını yatırmaq gücünə malikdir, lakin xalq da geri addım atmaq niyyətində deyil:

 

“Bir aya yaxındır ki, İranın müxtəlif yerlərində hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Cəmiyyət öz etirazını bildirir və öz istəklərini qəti sürətdə tələb edir. Lakin İranın güc strukturları, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH), hərbi polis güc yolu ilə etiraz aksiyalarının qarşısını almağı bacarır”.

 

Politoloqun sözlərinə görə, etiraz aksiyalarından sonra İranda hakimiyyət daxilində elə də ciddi fikirayrılığı müşahidə edilmir:

 

“Hakimiyyət komandası vahid mövqedən çıxış edərək etiraz aksiyalarını ABŞ və Qərbin təşkil etdiyini bildirir. İndiki prosesləri müşahidə etsək, görərik ki, İranda hakimiyyətin çökəcəyini demək hələ tezdir. Hakimiyyət ölkəyə nəzarət edə bilir. Düzdür, bir çox zabitlər hökumətə qarşı çıxaraq, etiraz aksiyalarını qarşısını almağa razı olmayıb. Hətta onların istefa verdiyi deyilir. Lakin bu da böyük parçalanma demək deyil. Beləliklə, bu faktları əsas gətirib, İranın rejiminin çökəcəyini deyə bilmərik”.

 

S.Soltan onu da vurğulayıb ki, israrlı etirazlar nəticə əldə edə biləcəklər, lakin bunun üçün zaman lazımdır:

“Cəmiyyət etiraz aksiyalarında davamlılıq nümayiş etdirir. Vətəndaşlar öz istəklərinin həyata keçirilməsini israr və təkidlə tələb edir. İran rejiminin çökəcəyini gözləmirəm. Ancaq bugünkü hadisələri nəzərə alaraq, deyə bilərik ki, İran rejimi etirazların qarşısını almaq üçün cəmiyyətin tələblərinə uyğun islahatlar həyata keçirəcək, başqa yol qalmır”.

 

Qeyd edək ki, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkədə iğtişaşları İran xalqının böyük və yenilikçi inkişafının qarşısını almaq üçün düşmənin yöndəmsiz planı adlandırıb: “Nə qədər ki, xalq İslam quruluşu və dini dəyərlər yolundadır, düşmənlər hiylə qurmaqda davam edəcək və onlara qarşı yeganə çıxış yolu müqavimətdir”.

 


Son hadisələrdə düşmənin rolu və müdaxiləsinin hər kəsə, hətta qərəzsiz xarici mütəxəssislərə də aydın olduğunu vurğulayan Ayətullah Xamenei "bu məsələlər kortəbii baş vermir, əlbəttə, bəzi sahələrdən faydalanmış ola bilər. Lakin düşmənin qara təbliğat, hətta evdə bomba hazırlamaq yollarını öyrətmək kimi hərəkətləri indi hər kəs üçün açıq-aşkardır”.


Ayətullah Xamenei onu da vurğulayıb ki, son hadisələr hökumət rəsmilərini ölkəni inkişafa aparan əsas vəzifələrdən yayındırmamalıdır.

 

İran prezidenti İbrahim Rəisi isə son günlər baş verən kütləvi etiraz aksiyalarını iğtişaş adlandırıb və aksiyaçılara qarşı tədbir görülməsini istəyib. Bununla belə, Rəisi müxalif düşüncələrə və dinc aksiyalara pis baxmadığını iddia edib. Lakin o, başçılıq etdiyi hökumətin rəsmi icazə ilə fəaliyyət göstərən partiya və təşkilatların aksiya keçirmələrinə imkan verilməməsi barədə heç nə deməyib.



GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nataşalar fars-molla rejiminə qarşı

    Nataşalar fars-molla rejiminə qarşı ...

    26-12-2012, 12:57

  • 
  • İranlı qadınlar başıaçıq gəzməyə başladılar - YENİ ETİRAZ DALĞASI GƏLİR - FOTOLAR

    İranlı qadınlar başıaçıq gəzməyə başladılar - ...

    14-06-2017, 19:22

  • 
  • İranda kürd üsyanı yetişir

    İranda kürd üsyanı yetişir ...

    15-12-2012, 15:02

  • 
  • İranda qadınlar inqilaba qalxdı – hicablara od vuruldu

    İranda qadınlar inqilaba qalxdı – hicablara od ...

    15-03-2018, 15:15

  • 
  • İranda hicabsız foto çəkdirən qadınları 10 il həbs gözləyir

    İranda hicabsız foto çəkdirən qadınları 10 il ...

    31-07-2019, 13:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu