GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Uşaqlar məktəbdə üşüməyəcək ki?

Uşaqlar məktəbdə üşüməyəcək ki?

Tarix: 14-11-2022, 20:00 Bölmə :Cəmiyyət Baxış: 231

Noyabrın 15-dən Azərbaycanda istilik mövsümünə keçiləcək. Təhsil müəssisələri, o cümlədən məktəblərdə də istiliyin verilməsi həmin tarixdən təmin edilməlidir. Amma ötən il məktəblərin bir çoxunda istiliyin olmaması, bu il də həmin təhsil ocaqlarında bu problemlərin aradan qaldırılmaması ilə bağlı şikayətlər var.

Paytaxt Bakının Nəsimi rayonunda 247 saylı məktəbdə təhsil alan şagirdlərdən birinin valideyni AzadlıqRadiosuna bildirib ki, ötən il həmin təhsil müəssisəsində istilik gec verilib: “O da zəif idi. Uşaqlar bir müddət soyuq siniflərdə dərs keçmişdi. Buna görə xəstələnənlər də olub. Qorxuruq ki, bu il də eyni mənzərə olacaq, çünki hər hansı hazırlıq işlərinin getməsini görmürük”.

Şikayətə, hələlik, 247 saylı məktəbin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma hələ noyabrın əvvəlində payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov bildirmişdi ki, monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da istiliklə bağlı çatışmazlıqlar aşkarlanıb. Qeyd olunub ki, həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir: “Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görülür”.

Noyabrın 11-də Milli Məclisdə dövlət büdcəsi layihəsinin müzakirəsində Ombudsman Səbinə Əliyeva da deyib ki, Azərbaycanın bəzi regionlarında soyuqların daha tez düşməsi, uşaqların xəstələnməsi və xəstəliyin yayılmasını nəzərə alaraq məktəblərdə qış rejiminə keçid havaya uyğun tənzimlənməlidir.

Bakı Şəhər Təhsil İdarəsindən “Turan”a bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ayın 15-dən məktəblərə istiliyin verilməsi başlanacaq. Habelə qeyd olunub ki, monitorinqlər zamanı aşkarlanan çatışmazlıqlar aradan qaldırılır: “Mediatur zamanı deyilən problemlər bütün monitorinqlər dövrünə aid idi və həmin günə aşkarlanan problemlər deyildi. Avqust ayında hazırlıq işləri başlayıb və artıq o problemlərin bir çoxu həll olunub. İstilik mövsümü başlayandan sonra hər hansı problem çıxarsa, o, operativ şəkildə həll olunur”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, ölkədə 4 min 432 orta məktəbin 320-si paytaxt Bakıdadır: “Son 10 il ərzində 3 min 500 yeni məktəb binası tikilib, təmir olunub. Bu məktəblər müasir qazanxana və istilik sistemi ilə təchiz olunub. Yerdə qalan 932 məktəb isə bu problemi yaşayır”.

Onun sözlərinə görə, məktəblərə istilik vaxtında verilmir: “Çox təəssüf ki, bu gün bəzi məktəblərin qazanxana işçiləri öz vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmirlər və məktəblər noyabrın 15-dək istilik mövsümünə hazır olmur. Digər tərəfdən, məktəblərin odunla, kömürlə təmin edilməsi də vaxtlı-vaxtında həyata keçirilmir”.

K.Əsədov hesab edir ki, noyabrın 15-dən məktəblərə istiliyin verilməsi qaydası köhnəlib: “Bu qayda 1960-cı illərə aid olan qaydadır. Biz dünya təcrübəsindən istifadə etməliyik. Dünya praktikasına görə, ayın tarixindən asılı olmayaraq sinifdə temperatur 20 dərəcədən aşağıdırsa, avtomatik olaraq isitmə prosesi işə düşməlidir. Noyabrın 15-i gözləmək lazım deyil. Bizdə isə, təəssüf ki, köhnə qaydalar hələ də qüvvədədir”

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur? -ARAŞDIRMA

    Azərbaycanlı uşaqlar məktəblərdə niyə donur? ...

    26-11-2017, 14:44

  • 
  • Dərs başlayandan məktəblərdə koronavirusa yoluxanların sayı AÇIQLANDI

    Dərs başlayandan məktəblərdə koronavirusa ...

    4-02-2021, 09:47

  • 
  • Nazir rayon məktəblərindəki “odun pulu”ndan danışdı

    Nazir rayon məktəblərindəki “odun pulu”ndan ...

    4-12-2013, 13:02

  • 
  • Əlil puluna tamah salan təhsil işçiləri

    Əlil puluna tamah salan təhsil işçiləri ...

    12-12-2013, 21:27

  • 
  • İstilik tarifi artırılır? - AÇIQLAMA

    İstilik tarifi artırılır? - AÇIQLAMA ...

    13-10-2015, 11:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu