GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Nar bazarının ağır vəziyyəti – Müharibə ixracatı yarıbayarı azaldıb

Nar bazarının ağır vəziyyəti – Müharibə ixracatı yarıbayarı azaldıb

Tarix: 30-11-2022, 16:18 Bölmə :Cəmiyyət Baxış: 1 125

Əkin sahəsi artmasa da, istehsal çoxalıb

Son illərdə Azərbaycanda nar istehsalında artım qeydə alınır. Ötən il ölkədə toplam 185 min ton nar yetişdirilib. Cəmi 5 il öncə – 2016-cı ildə qeydə alınan göstərici bundan 40 min ton az – 145 min tona yaxın idi. Bu 5 ildə məhsuldarlıq 30 faiz artsa da, əkin sahələrinin həcmi dəyişməyib. İstər 2016-cı, istərsə 2021-ci ildə nar əkinlərinin sahəsi 2 min hektar olub. Bu baxımdan, məhsuldarlığın artımı göz önündədir: Əgər 2016-cı ildə bir hektarda 79 ton nar yetişdirilmişdisə, ötən il bu göstərici 102 tona yüksəlib.

Azərbaycanda yetişdirilən narın 23 faizi təkcə bir rayonun – Göyçayın payına düşür. Ötən il ölkədə istehsal edilən 185 min ton narın 43 min tonu məhz Göyçayda yetişdirilib. İkinci yeri Kürdəmir rayonu tutur. Ötən il Kürdəmirdə 32 min ton nar yetişdirilib. Bu, ölkə üzrə toplam istehsalın 17 faizi deməkdir. Şəmkir (7.5 faiz), Sabirabad (7.3 faiz), və Hacıqabul rayonları (6 faiz) da nar istehsalına görə ölkədə ilk beşlikdədir. Ölkə üzrə qeydə alınan toplam nar istehsalının 50 faizdən bir qədər artıq hissəsi Mərkəzi Aran iqtisadi rayonunun payına düşüb.

Rusiyaya ixracda 45 faiz azalma var

Rusiyanın Ukraynaya hücumu ilə başlayan və hələ də davam edən müharibə qlobal bazarlarla yanaşı, yerli istehsalçılara da təsir edib. Azərbaycanın nar istehsalçıları da müharibədən təsirlənənlər arasındadır. Axı hər iki ölkə Azərbaycanın ixracında mühüm yer tutur. Özəlliklə kənd təsərrüfatı məhsullarının ixracatçıları üçün hər iki ölkə ayrıca önəm daşıyır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının son açıqlaması da bu fikri dəstəkləyir. Qurumun rəsmi təmsilçisi mediaya açıqlamasında bu il nar ixracatında ciddi azalma qeydə alındığını dilə gətirib. Ötən il Azərbaycan 22 min tona yaxın nar ixrac edib. Bu, ölkədə yetişdirilən narın təxminən 12 faizi deməkdir.

Qurumun açıqlamasından aydın olur ki, Azərbaycanın ixrac etdiyi narın 15 min tonu, yəni 70 faizi Rusiya bazarlarına göndərilir. Müharibə ucbatından bu il Azərbaycanın Rusiyaya nar ixracı düz 45 faiz azalıb. Nar ixracatçılarının fikrincə, Rusiyanın müharibə aparması və səfərbərlik alıcılıq qabiliyyətini azaldıb. Ölkə sanksiyalara məruz qaldığından, təbii ki, iqtisadiyyat da təsirlənib. Üstəlik, nar premium məhsuldur.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Rusiyaya nar ixracının azalmasını rəqiblərlə də əlaqələndirir. Belə ki, Rusiya bazarına ən çox nar çıxaran ölkələrdən biri də Türkiyədir. Türkiyədə son illərdə milli valyuta – lirə ucuzlaşır və onun dəyərsizləşməsi ixrac edilən məhsulu da ucuzlaşdırır. Beləcə, Türkiyə məhsulları rəqabətdə üstünlük qazanır. Digər tərəfdən, Türkiyə Azərbaycandan 3 dəfə çox nar yetişdirir (600 min ton). Rusiyanın illik nar istehlakı isə 140-150 min ton arasında dəyişir.

Türkiyə ilə yanaşı, Özbəkistan da Rusiya bazarında Azərbaycan narının əsas rəqiblərindən sayılır. Özbəkistanda da nar əkinlərinin sahəsi və istehsalı Azərbaycanla müqayisədə daha çoxdur.

Ukraynaya nar ixracı, demək olar, dayanıb

Rusiya ilə yanaşı, müharibənin digər iştirakçısı olan Ukraynaya da nar ixracı kəskin azalıb. Ukraynaya ixrac edilən narın həcmi Rusiyaya nəzərən daha azdır. Ötən il Azərbaycandan Ukraynaya təxminən 5 min ton nar göndərilib. Bu il Azərbaycanın Ukraynaya nar ixracı 83 faiz azalıb. İndi Ukraynanın yalnız bəzi qərb vilayətlərinə nar ixracı gerçəkləşdirilir.

Bu iki ölkədən fərqli olaraq Gürcüstana nar ixracında artım qeydə alınıb. 2022-ci ildə Azərbaycanın Gürcüstana nar ixracı 3 dəfəyə yaxın artıb.

İlk 9 ayda nar ixracından toplam 3 milyon 727 min dollar gəlir götürülüb. Ötən ilin eyni dövründə bu rəqəm 5 milyon dolları aşırdı. Bu baxımdan, bir il ərzində nar ixracından əldə edilən gəlirdə 47 faiz azalma qeydə alınıb.

Azərbaycanın nar ixracında çəki olaraqsa 50 faiz azalma var. Bu ilin ilk 9 ayında Azərbaycan toplam 2 min 373 ton nar ixrac edib. Həmin narın 2 min 40 tonu – 86 faizi Rusiyaya göndərilib. İxracın 152 tonu Gürcüstanın, 145 tonu Ukraynanın payına düşür. Bu baxımdan, aydın olur ki, 2022-ci ildə Gürcüstana nar ixracı Ukraynanı ötüb.

Xaricə satılmayan narın aqibəti

Nar ixracatçıları yaranmış durumdan, təbii ki, məmnun deyillər, axı xaricə satıla bilməyən məhsulun daxili bazara çıxarılmasında da çətinliklər var. Xaricə satılmayan məhsulun daxili bazara təklif edilməsi gəliri xeyli azaldır. Bu da bağlarda nar israfına səbəb olur. Emal müəssisələri narın kiloqramını 5-7 qəpiyə qəbul edir. Qurumun fikrincə, bu, narın yetişdirilməsinin heç maya dəyəri etmir. Bu səbəbdən də fermerlərin rifahının pisləşməsinə səbəb olur. Digər tərəfdən, nar istehsalı ilə bağlı dərman, gübrə və s.-in bahalaşması fermerlərin durumunu daha da çətinləşdirir.

Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fikrincə, mövcud problemləri çözmək üçün ixrac coğrafiyası artırılmalıdır. Özəlliklə Avropa bazarlarına çıxış vacib sayılır. Bundan ötrü gərəkən addımlardan biri “Global Gap” sertifikatının alınmasıdır. Deməli, fermerlər üçün standartlara cavab verən ortam qurulmalı və bütün texniki şərtlər Avropa bazarlarına uyğun olmalıdır. Nar istehsalçıları bir müddət tətbiq olunmuş 3 faizlik ixrac təşviqinin də yenidən tətbiqini təklif edirlər.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Göyçayda Nar bayramı keçirilib

    Göyçayda Nar bayramı keçirilib ...

    7-11-2015, 18:50

  • 
  • SOCAR bu il 94 min ton metanol və 43 min ton karbamid ixrac edib

    SOCAR bu il 94 min ton metanol və 43 min ton ...

    15-04-2020, 10:56

  • 
  • Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı

    Azərbaycanda narın qiyməti niyə bahalaşır? - ...

    19-01-2021, 10:13

  • 
  • SOCAR iyulda Litvadan Ukraynaya 4 min ton avtomobil benzini idxal edib

    SOCAR iyulda Litvadan Ukraynaya 4 min ton ...

    10-08-2021, 12:45

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu