XuralTv-nin həbsdə olan rəhbəri Əvəz Zeynallı ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyevaya müraciət olunub. GundemXeber.Az bildirir ki, Ombudsmana müraciətlə bağlı Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı yaydığı məlumatda qeyd edib:
"Əvəz Zeynallı müraciətində Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən bu il sentyabrın 10-da siyasi sifariş əsasında, saxta ittihamlarla həbs olunduğunu, həbsindən ötən 3 ay 10 gün keçməsinə baxmayaraq, hələ də ailə üzvləri ilə telefon danışıqlarına və ailə görüşünə qanunsuz və əsassız olaraq qadağa qoyulduğunu bildirib. O, ombudsmandan bu məsələ ilə bağlı müraciətinə baxılmasını və insanların doğal haqq və hüquqlarının pozulmasına öz səlahiyyətləri daxilində münasibət bildirilməsini istəyib."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?