GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » General Şıxəliyev həbsdən çıxmaq üçün yarım milyon verib?

General Şıxəliyev həbsdən çıxmaq üçün yarım milyon verib?

Tarix: 14-02-2023, 15:32 Bölmə :Cəmiyyət Baxış: 187

Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı yarım milyonluq dələduzluqda ittiham olunan vəkil Elçin Qəmbərov fevralın 22-də məhkəmə qarşısına çıxarılacaq. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq


Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyevin 2021-ci ilin aprelində həbsindən sonra bir müddət ona vəkillik edib. Cinayət işinin materiallarında iddia olunur ki, vəkil generalı həbsdən buraxdırmaq adı ilə aldadaraq onun ailəsindən yarım milyon manat pul alıb.

Mövlam Şıxəliyevin ailə üzvləri onun istintaq və məhkəmə dövründə həbsdə olmaması üçün bu pulu verdiyini iddia edir. Yəni bu pul qarşılığında onun barəsində ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s. qətimkan tədbirlərindən biri seçilməliydi. Zərərçəkmiş qismində generalın oğlu Elgün Şıxəliyev tanınıb.

General Şıxəliyevlə birlikdə mühakimə olunan, vaxtilə onun tabeliyində çalışmış üç nəfər keçmiş MTN polkovniki – Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərov barəsində hökm çıxarılana qədər həbs-qətimkan tədbiri seçilməmişdi. Baxmayaraq ki, zərərçəkmişlər dəfələrlə onların həbsini tələb edirdi, Bakı Hərbi Məhkəməsinin hakimləri onlar haqqında həbs qərarı vermirdi. Yalnız hökm elan edilənlə onlar məhkəmə zalında həbs olundu.

Əvvəllər 15 saylı Vəkil Bürosunun üzvü olmuş Qəmbərov bir müddət sonra “Mərkəz” Vəkil Bürosunun rəhbəri təyin edilmişdi. O, 2022-ci ilin iyununda DTX əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Qəmbərov elə DTX-nin istintaq təcridxanasında da qalırdı. Avqust ayında o, ev dustaqlığına buraxılıb.

Fotoda: Elçin Qəmbərov

Qəmbərov 2017-ci ildə hüquq müdafiəçisi Leyla Yunus haqqında “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabını çap etdirib. Kitabda vəkili olduğu L.Yunusun həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlayıb. O, hüquq müdafiəçisini dostlarına xəyanətdə suçlayıb.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, tarixçi Arif Yunus 2014-cü ildə dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanaraq həbs edilib. Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib, 2015-ci ilin dekabrında isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb. Onlar daha sonra Niderlanda mühacirət ediblər.

Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adı ilə pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, sadəcə müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

Gundemxeber.az xəbər verir ki, Vəkillər Kollegiyasından “Azadlıq Radiosu”na bildirilib ki, Qəmbərovun həbsindən sonra onun vəkillik fəaliyyəti dayandırılıb: “Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

Məlumata görə, hazırda general Şıxəliyevin hüquqlarını müdafiə edən vəkil Arzu Cavadov da sözügedən cinayət işi üzrə istintaqa cəlb olunub. Vəkil Cavadov şahid qismində dindirilib. Qəmbərovun rəhbərliyi dövründə də “Mərkəz” Vəkil Bürosunda çalışan Cavadov indi də elə orada işləyir. Cavadovun həm də general Şıxəliyevin qohumu olduğu bildirilir.

Fotoda: Elçin Qəmbərovun oğlu Əli Qəmbərov

Qəmbərovun oğlu da vəkillik fəaliyyəti ilə məşğuldur. “Kredo” Vəkil Bürosunun üzvü olan Əli Qəmbərov hazırda həm də atasının vəkilidir.

Elçin Qəmbərovun ittiham olunduğu CM-nin 178.4 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsində baxılır.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin həbsini oğlu təstiqlədi

    MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisinin ...

    5-04-2021, 22:45

  • 
  • Keçmiş MTN generalı məhkəməyə niyə gəlmədi?

    Keçmiş MTN generalı məhkəməyə niyə gəlmədi? ...

    1-05-2018, 15:58

  • 
  • “TORBATİKƏN GENERAL”dan  JURNALİSTƏ zəng

    “TORBATİKƏN GENERAL”dan JURNALİSTƏ zəng ...

    15-01-2017, 18:57

  • 
  • Sabiq MTN generalının aqlaylı it damı

    Sabiq MTN generalının aqlaylı it damı ...

    30-03-2016, 17:54

  • 
  • MTN generalının məhkəməsində intihara cəhd - TƏFƏRRÜAT

    MTN generalının məhkəməsində intihara cəhd - ...

    21-06-2022, 14:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu