Prezident İlham Əliyevin sərəncamına əsasən Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edilib.
İddialara görə adıçəkilən şəxs Akademiyaya rəis təyin ediləndən bəri tələbələrin günü qaralıb.
GundemXeber.Az-a daxil olan məlumatda qeyd olunur ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri artıq üç aydır təqaüd almaqdan məhrum ediliblər.
Belə bir xoşagəlməz halın baş verməsi tələbələrin qəzəbinə səbəb olub.
Daxil olan digər məlumatda bildirilir ki, təqaüdlərin tələbələrə verilməməsinin səbəbi banklara yatırım edib faiz götürmək ola bilər.
Hər halda baş verən bütün neqativ hallara görə rəisin məsuliyyəti az deyil və yuxarıda qeyd olunanlar onun rəhbərliyi altında həyata keçirilə bilər.
Məsələ ilə əlaqədar ittiham olunan şəxsin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?