Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xameneyidən nüvə açıqlaması - “Dünyanı yumşaltmaq istəyir”
“Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz. Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.
Belə bir ultimatumla İran lideri Əli Xameneyi çıxış edib. O ölkənin atom sənayesinin nümayəndələri ilə görüşdə İranın nüvə silahına meyl etmədiyini dilə gətirib.
Halbuki daim müasir nüvə texnologiyalarına sahib olması ilə öyünüb, dünyanı təhdid edib. Qəribədir ki, uranı dinc məqsədlər üçün zənginləşdirdiyini iddia edən İran 20 ildən çoxdur ki, beynəlxalq təşkilatlarla zəruri əməkdaşlıqdan yayınır. İran bütün dünyaya uranın sülh niyyəti ilə zənginləşdirilməsinə maraq göstərdiyini inandırmağa çalışsa da, faktlar tamam başqa həqiqətlərə işarə edir.
Bəs İranın əsl niyyəti nədir?
“MediaPost”a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan deyib ki, Xameneyi kütləvi qırğın silahı hazırlamağın İslam qaydalarına zidd olduğunu bildirərək məsələyə bir də dini tərəfdən toxunmağa cəhd etdi:
“Amma buna baxmayaraq, Xameneyi nüvə silahı əldə etmək imkanlarının olduğunu da gizlətməyib. Əslində Xameneyinin davranışı, etdiyi çıxışlar İranın şübhəli nüvə proqramının olduğunu təsdiqləyir. Əvvəllər də İranın ayrı-ayrı rəsmiləri bəyan etmişdilər ki, onların uranı 80%-ə qədər zənginləşdirmək imkanları var”.
Politoloqun sözlərinə görə, İranın şübhəli nüvə proqramı var və beynəlxalq ictimaiyyət nüvə proqramından şübhələnməkdə haqlıdır: “Çünki İranın bəlli olan nüvə obyektləri var və Beynəlxalq Atom Enerjisi üzrə Beynəlxalq agentlikdən və beynəlxalq ictimaiyyətdən gizlədilən atom nüvə obyektinin olduğu da ehtimal edilir. Ona görə də Xameneyi beynəlxalq təzyiqləri yumşaltmaq üçün bu tərz çıxışlar edir”.
Gundemxeber.az
10-01-2020, 21:15
10-12-2017, 18:53
19-02-2015, 22:24
18-01-2016, 11:25
9-05-2018, 11:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?