“Elm və Təhsil Nazirliyi bildirir ki, bəzi müəllimlər hansısa sözü yaza bilmir və ya çubuqlu bölməni edə bilmir. Əgər biz bütün acı həqiqətləri demək istəyiriksə, onda nazirlik desin görək, bu tələbələr hansı universitetləri bitiriblər, onlar da bundan nəticə çıxarsınlar. Bu ali təhsil müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır”.
Bu fikirləri bakupost.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bir tərəfdən universitetlərdən tələbələri məzun edirik, diplom veririk, təkrar onları sertifikasiyaya cəlb edirik. Buna həm vaxtımız, həm enerji, həm də dövlətin vəsaiti gedir:
“Hesab edirəm, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti və məzmunu qaldırılmalıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da təzədən sertifikasiyaya cəlb olunmasına ehtiyac olmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?