Naxçıvanda iki həftəlik duz müalicəsində , hər çağ olduğu kimi, şəhidlərimiz gözüm önündən getmədi. Yollar boyu, meydanlarda, parklarda şəhid igidlərimiz yurda keşik çəkirlər. Kəngərli bölgəsinə yolumuz düşməsə də, xan generallar yurdunun igidlərinin yolu Qarabağdan- Şuşadan, Ağdamdan, Laçından... elə keçib ki, tozu- tüstüsü hələ də düşmənin təpəsindən çıxır.
Nədənsə, ən çox andığım 1968-ci ilin 1 sentyabrında Kəngərlinin Qıvraqında doğulan, 1993-cü ilin 25 iyununda “dəmir atı”nın belində Ağdamın Qızıl Kəngərlisində şəhidlik ucalığına qalxan Əhməd Suliddin oğlu oldu. Bu “nədən(sə)”bəlkə də şəhidimizin özündən 13 yaş böyük qardaşı, millət vəkili Səttar Möhbalıyevin diqqət və qayğısından, umacaqsız həmkar ilgisindən qaynaqlandı, bəlkə kəngərli qanı çəkdi. Nə bilim, böyük Məmməd Araz demiş, kimə dedim, dedi ancaq nə bilim?
Əhməd Suliddin oğlu 25 iyun 1993-cü ildə düşmənin sayca qat-qat üstün olduğu döyüşdə Ağdamın Qızıl Kəngərlisində şəhidliyə ucalıb. Kəngərlidən başlanan yol Kəngərlidə şəhid ucalığına qalxıb. 25 yaşının tamam olacağına 67 gün qalırdı. 30 ildir 24 yaşında “dəmir at” belində qalıb, AZƏRBAYCAN BAYRAĞInın kölgəsində şəhidlik zirvəsindən boylanır. Ən böyük ödülü də şəhidliyinin ildönümündə aldığı “Azərbaycan Bayrağı” ordenidir. Qarabağa yolumuzu açan igid(lər)in son döyüş yolu şəhidlik (-qazilik) ucalığına oldu. Yol verin, şəhid gəlir, Məmməd İlqar deyib:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?