GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -PREZİDENTƏ MÜRACİƏT

Abdin Fərzəliyev Qarabağ qazisini ölkə xarici edir... -PREZİDENTƏ MÜRACİƏT

Tarix: 28-08-2023, 15:29 Bölmə :Cəmiyyət Baxış: 360

Abşeron ray. Məhəmmədi kəndi, Bakı yaşayış kompleksi bina 4 mənzil 124-də yaşayan Qarabağ qazisi Cahangirov İlqar Əlsəfa oğlunun başda cənab prezident olmaqla bir sıra yüksək instansiyalara ünvanlanmış növbəti müraciəti daxil olub. Əvvəlki müraciətlərində olduğu kimi hörmətli qazimiz Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən şikayətçidir. Və bu dəfə də səsinin eşidilməyəcəyi təqdirdə bir sıra xarici dövlət başçılarına müraciət edəcəyini bildirir.... Müraciətdə adları yer alan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu. 

Gundemxeber.az olaraq yenixeber.org-a istinadla aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:  
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş Komandan cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam. Silahlı qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində
yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik.
 Bu artıq mənim sonuncu şikayət ərizəmdir. Bu ərizəmə də baxılmasa mən artıq bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Bunu etdikdən sonra bilirəm ki, hüquq-mühafizə orqanlarındən mənə zənglər gələcək, lakin mən bunu əvvəlki məktublarımda və 30-dan çox saytda mənim yazılarım dərc ediləndə həmin məktublarda bildirmişdim. Axı bu qədər məktublar yazıram və 30-dan çox saytda mənim barəmdə xəbərlər dərc edilib nəyə görə bütün bunlara əhəmiyyət verən yoxdur? Cənab Prezident çıxışlarında bildirir ki, problemləriniz barədə mənə siqnal ötürün, mən isə sual verirəm ki, cənab Prezidentə necə siqnal ötürməliyəm axı? Prezident Administrasiyasına və digər dövlət qurumlarına çoxsaylı müraciətlər etmişəm və media vasitəsi ilə cənab Prezidentə səslənmişəm. İndi siz söyləyin mən cənab Prezidentə necə siqnal ötürüm? Hətta Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbuluna yazılıdım, köməkçiləri məni qəbul etdilər və problemimin həlli istiqamətində kömək edəcəklərinə söz versələr də heç bir nəticəsi olmadı.
 Təsəvvür edin ki, bu qədər vaxtda nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri nə də Abşeron rayon İcra Hakimiyyətinin rəsmiləri məni qəbul etmədilər. Mənim kimi bir qaziyə qarşı belə bir süründürməçilik edən məmurlar görün sadə vətəndaşları necə əzirlər. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə bu ölkədə "gözün üstə qaşın var deyən yoxdur"! Halbu ki, mənim 20-dən çox saytda məqalələrim var ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin qəbuluna bir ildir düşə bilmirəm.
 Baxın, Cənab Prezident İlham Əliyev çıxışlarında söyləyir ki, bütün məmurlar xalqın xidmətçisidir, heç kim özünü ağa kimi xan kimi aparmamlıdır, xalqa üstdən aşağı baxmamalıdır. Lakin Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünü xalqın xidmətçisi bilmir, özünü ağa kimi, xan kimi aparır və bütün vətəndaşlara üstdən aşağı baxır. İndi buna nə ad verəsən? Bir ildir ki, Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm və bunu bütün media vasitəsi ilə bütün dövlət orqanlarına çatdırıram, nə fayda? Abdin Fərzəliyev açıq-aşkar deyir ki, mən Prezidentin tapşırıqlarına məhəl qoymuram. Bəs nəyə görə ona "gözün üstə qaşın
var" deyən yoxdur?! Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin də qəbuluna bir ildir ki, düşə bilmirəm. Prezident Adminitrasiyasına və digər Dövlət qurumlarına onlarla məktub yazıram, 90-dan çox mediaya müraciətlər ünvanlayıram və nəticə yoxdur!
 Son bir əlacım qalıb o da yuxarıda qeyd etdiyim kimi, bütün beynəlxalq təşkilatlara, Türkiyə, Rusiya, Pakistan və İsrail prezidentlərinə və Azərbaycanda olan bütün ölkələrin səfirliklərinə bir-bir müraciət edəcəyəm ki, mənim səsimi cənab Prezident İlham Əliyevə çatdırsınlar. Hətta Türkiyə, Rusiya, Pakistan və İsrail mediası vasitəsi ilə də cənab Prezident İlham Əliyevə müraciət etməyi qərara almışam. Çünkü öz ölkəmdə mənim müraciətlərimi cənab Prezidentdən gizlədirlər, çünkü öz ölkəmdə bir qazi olaraq nə nazirin nə də icra başçısının qəbuluna girə bilmirəm, çünkü öz ölkəmdə bir qaziyə qoyulan bu “hörmət” məni narahat edir.
Mənim, artıq başqa ölkələrə müraciət etməkdən başqa çarəm qalmayıb! Məni bu vəziyyətə gətirənlər mənim ölkəmin Prezidentdən belə qorxmayan məmurlarıdır! 

Müraciətdə adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abdin Fərzəliyev özünü xan kimi aparır -PREZİDENTƏ MÜRACİƏT

    Abdin Fərzəliyev özünü xan kimi aparır ...

    10-07-2023, 13:57

  • 
  • Nərimanov icra başçısı Abdin Fərzəliyev hara baxır?

    Nərimanov icra başçısı Abdin Fərzəliyev hara ...

    5-12-2012, 09:12

  • 
  • 71 yaşlı birinci qrup əlildən Prezidentə MÜRACİƏT

    71 yaşlı birinci qrup əlildən Prezidentə MÜRACİƏT ...

    27-04-2020, 23:35

  • 
  • Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri

    Abdin Fərzəliyevin Lənkəran sərgüzəştləri ...

    6-12-2012, 14:38

  • 
  • ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM

    ​İlham Əliyevdən Qarabağ əlilləri və şəhid ...

    14-03-2018, 00:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu