İnzibati orqanın məhkəmə qərarını icra etməkdən imtinası - əsas insan hüquq və azadlıqlarındandır
Məhkəmə borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından yenidən qərarın icrasını tələb edib
ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özbaşına dövlətin adından çıxarılan Bakı İnzibati Məhkəməsinin ( keçmiş 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi) 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarını 6 ildən sonra 2023-cü ilin aprelindən ləğv edib(?), tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasını 138.79 manat azaltmasına 5 aydır hüquq qiyməti verilmir. Əksinə, insan hüquqları üzrə müvəkkil Prezidentin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin ləğv edə bilmədiyi məhkəmə qərarını borclu pensiya orqanının ləğv etməsini əsas insan hüquq və azadlığı sayır, hələ üstəlik TƏLƏBKAR Qarabağ əlilinin borcluya 3188.37 manat BORCLU olduğunu hüquq müvəkkilliyi kimi sırıyır. Belədə hansı insan , sosial təminat, məhkəmə təminatı , özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququndan danışmaq olar ?
Baş prokurordan, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsindən isə heç danışmağa dəyməz. Məhkəmə qərarı ilə haqq etdiyi pensiyasına 110 manat əlavənin 6 ildən sonra özbaşına kəsilərək, əmək pensiyasının 138.79 manat azaldılması dələduzluğundan, korrupsiya faktından “161-Qaynar xətt” mərkəzinə şikayət edən tələbkar Qarabağ əlilinə preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov 21.08.2023 -cü ildə imzaladığı məktubla “CİNAYƏT ƏLAMƏTLƏRİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏDİYİNİ” bildirib. Belə çıxır, dövlətin adından çıxarılan məhkəmə qərarını BORCLU pensiya qurumunun ləğv etməsi, məhkəmə qərarının TƏRSİNƏ- borclunun tələbkardan BORC tələb etməklə İCRA OLUNMA(MA)SI əsas insan və vətəndaş hüquq və azadlığıdır ?! Baş prokurorluğun “ Korrupsiyaya qarşı mübarizə haqqında” qanun bir yana, Konstitusiyadan, Cinayət Məcəlləsindən (CM) də sorağı-bilgisi yoxdur? Yoxdursa, CM-in 306.2 maddəsini oxumaq məsləhətdir:” Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını.. qərəzli olaraq icra etməmə və ya ..icrasına maneçilik törətmə- vəzifəli şəxs tərəfindən törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma .. hüququndan məhrum edilməklə və ya edilməməklə BEŞ MİN MANATDAN YEDDİ MİN MANATADƏK CƏRİMƏ və ya İKİ İLƏDƏK MÜDDƏTƏ İSLAH İŞLƏRİ və ya ÜÇ İLDƏN BEŞ İLƏDƏK MÜDDƏTƏ AZADLIĞIN MƏHDUDLAŞDIRILMASI və ya ÜÇ İLDƏN BEŞ İLƏDƏK MÜDDƏTƏ AZADLIQDAN MƏHRUMETMƏ İLƏ CƏZALANDIRILIR.” Yoxsa məmur cinayətləri, korrupsiya faktları rüşvət korrupsiya yolu ilə ört-basdır edilir ? Baş prokuror, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin özü korrupsiya ilə rüşvətlə “mübarizə” aparırsa, hansı hüquqdan, hansı mübarizədən danışmaq olar?
Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov məhkəməyə şikayət hüququmuzun olmasını izah edib.(?) Məhkəmə qərarının icrasını borcluya baş prokuror da məcbur etməkdən imtina edirsə , bu izahın nə anlamı var? “Xalaxətrin qalmasın” izahdansa, borcluya məhkəmə qərarının icrasının məcburiliyini izah etmək belə çətindir?
Borclu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının baş prokurorun sanksiyasından necə və neçəyə qurtulduğunu korrupsiya-kommersiya sirri olduğundan demək çətindir. Amma Bakı İnzibati Məhkəməsinin 19.06.2023 tarixli qərarın icra vəziyyəti və qaydası barədə QISA MÜDDƏTDƏ məlumat verilməsi TƏLƏBİNƏ 2 aydan çox keçməsinə baxmayaraq, hələ də cavab verilməməsinin cəriməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (İPM) konkret rəqəmlə göstərilib. Məhkəmə 14.08.2023 tarixli sorğu ilə TƏLƏBİNİ yenidən göndərib. Borclu Filialı icraya məcbur etməyin yolu İPM-in 120-ci maddəsində yazılıb: (2) XƏBƏRDARLIQDAN SONRA 50 MİN MANATADƏK CƏRİMƏ, İCRADAN YENİDƏN İMTİNA OLUNDUQDA – YENİDƏN 50 MİN MANATADƏK CƏRİMƏ! Deyə bilərsiniz, özbaşınalığı cərimə ilə də durdurmaq olmaz, qərarı icra etməyən cəriməni də icra etməyəcək?! Onda dövlətin hüquqi demokratik olmadığını da deyin!
Ölmədik, bunu da gördük, məhkəmə qərarının icrasından borclu inzibati dövlət orqanının imtinası- əsas insan və vətəndaş hüquqlarındandır.
Sorğu
Yeni dizaynımız necədir?