GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir: 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti hüququna qadağa – hüquq və azadlıqdır!

Bakı Apellyasiya Məhkəməsinin fikri qətidir: 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayəti hüququna qadağa – hüquq və azadlıqdır!

Tarix: 31-08-2023, 09:00 Bölmə :Cəmiyyət Baxış: 1 391


QARABAĞ QAZİSİ HƏM 1-Cİ, HƏM DƏ 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ DƏ PENSİYA ALIR !(?)


Məhkəmə hakimiyyətinin gerçəkdə hakimiyyətin məhkəməsi olması mülki işlərdə də üzə çıxır. Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəmə təminatı hüququna MPM-in 67-ci – vəkilin prosesdə məcburi iştirakı maddəsi ilə qadağa qoyulub. Bu qadağanı aşmaq üçün Konstitusiyanın 61-ci maddəsi- hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ; bu hüquqdan qanunla nəzərdə tutulmuş hallarda ödənişsiz , dövlət hesabına istifadə etmək hüququ- də yardıma çatmır. Məhkəmə hakimiyyəti dövlət hesabına , hətta kassasiya instansiyasında vəkillə təminatdan imtinanı əsas insan və vətəndaş hüququ sayır!(?)

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( Pərviz Hüseynov, Şərafət Məmmədova və Cahangir Yusifov)  1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtinanın əsas insan və vətəndaş hüquqlarından olması haqqında 05.07.2023 tarixli qərardadı artıq hüquq presedenti kimi tətbiq olunur. Mülki kollegiyanın FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV , FƏRRUX QASIMOVdan ibarət heyəti 24.08.2023 tarixli qərardadla 1-ci dərəcəli Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasından imtina bir yana, bu “əsas hüquq və azadlıq” aktından şikayət vermək hüququna qadağanı da Konstitusiya ilə təminat verilən hüquq sayıb. Bəs 09.06.2023 tarixli MPM-ə əlavə edilən  67-1 maddəsi nəyi dəyişib? 67-1.4.1 maddəsinə görə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ( l-ll dərəcəli əlillərin-M.B.) vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin dövlət büdcəsinin hesabına həyata keçirilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmə ƏSASLANDIRILMIŞ qərardad qəbul edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “ƏSASI” 1-ci dərəcəli Qarabağ əlilinin Prezident təqaüdünün, pensiyasının vəkilin xidmətini ödəməyə kifayət etdiyi barədə qanunsuz əldə etdiyi məlumat olub. Hələ göstərilməyən xidmətə görə xidmət haqqını 1-ci dərəcəli əlilin haqqı ilə hesablamaq və dövlət hesabına qarşılanmasından imtina etmək barədə qərardaddan şikayət vermək də olmaz!(?) Halbuki MPM-in 67-1.5 maddəsində qərardaddan şikayət vermək hüququ doğrulanıb. 

Yəqin məhkəmə heyətinin başı 1-ci dərəcəli Qarabağ əlilinin gəlirlərini hesablamağa qarışıb, ona görə qanunu oxuyub, nəticə çıxara bilməyiblər. MPM-in 67-1.1 maddəsində yazılıb ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda ... məhkəmə DÖVLƏT HESABINA VƏKİLİN PROSESDƏ İŞTİRAKINI TƏMİN EDİR. Bəs niyə Bakı Apellyasiya Məhkəməsi bu təminatdan imtina edib, vəkil ayırmadan onun göstər(mə)diyi hüquqi yardımın haqqını bəri başdan 1-ci dərəcəli əlilin boynuna düşdüyünü “ƏSASLANDIRIB”? 

Apellyasiya instansiyasının “əsaslandırması”na baxın: “ Elektron informasiya sisteminin “Əmək Müqavilələri Bildirişləri” altsistemindən ƏLDƏ EDİLMİŞ MƏLUMATA (?- bunu kim əldə edib, məhkəmə bəyəm mülki işdə sübut toplayır?-M.B.) əsasən B.M.A. AMEA-nın böyük elmi işçisi kimi 70 (konfidiensial məlumatı məhkəmə açıqlaya bilməz-M.B) manat məbləğində, digər iş yeri üzrə fiziki şəxsdən 150 manat ( bəyəm minimum əmək haqqı 150 manatdır?-məlumatln saxtalığı elə burdan üzə çıxır-M.B.) əmək haqqı alır. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar – 1-ci qrup əlilliyə görə 50 manat, ƏG- 2-ci qrup əlil olaraq isə (ondan çox) 97 manat pensiya alır. Bu da öz növbəsində onun vəkilin xidmətlərini ödəməyə  vəsaitinin olması qənaətinə gəlməyə əsas verir”. Əndrabadi əsaslandırma göz önündədir: QARABAĞ QAZİSİ  1-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 50 manat, 2-Cİ DƏRƏCƏLİ ƏLİLLİYƏ GÖRƏ 97 MANAT PENSİYA ALIR!(?)

Məhkəmənin qərəzi, nifrəti elə “fışqırıb” ki, anlamaq istəmir, Qarabağ əlilinə verilən  pensiya, müavinət itirilmiş orqanizm funksiyasının bərpası, kompensasiyadır. Bu məbləğ , ümumiyyətlə gəlir sayılmır, əlilin ixtisasına uyğun işlə təminatı isə reabilitasiya amacı daşıyır. Məhkəmənin qənaətinə görə isə, 1-ci dərəcəli əlil pensiyasını vəkil xidmətinə, hüquqi yardıma ödəməlidir. Bəs əlilin xərclərini məhkəmə niyə hesablamayıb? Öz hesabına xaricdə müalicəyə getməyə yol xərci belə ödənilməyən , sosial infrastrukturla da öz hesabına təmin olunan əlilin vəkilin göstər(mə)diyi hüquqi yardıma yaşamaq haqqını ödəməlidir? Budur hakimlərin işlərə qərəzsiz, tərəflərin hüquq bərabərliyi, faktlar əsasında baxmaq prinsipi? Bunun adı vicdansız davranış və özbaşınalıqdan özgə bir şey deyil.

... İşin predmetini və əsasını isə əlilin sosial infrastrukturla pulsuz təminatı təşkil edir. Kommunal xidmət qurumları pulsuz xidmətdən imtina edir, məhkəmə isə əlilin yetərincə vəsaiti olduğuna qərar verir. Görünür, yetərincə vicdana, ədalətə, humanizmə yiyələnməyiblər.


Məğrur Bədəlsoy

Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir Yusifov üçlüyündən növbəti apellyasiya özbaşınalığı

    Şərafət Məmmədova, Pərviz Hüseynov və Cahangir ...

    4-05-2023, 18:43

  • 
  • VK- Vəkillər Kollegiyası, yoxsa (rüşvətdə) Vasitəçilər Kollegiyası

    VK- Vəkillər Kollegiyası, yoxsa (rüşvətdə) ...

    5-08-2023, 20:33

  • 
  • Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası DİN-in hüquqlarını qoruyur

    Bakı Apellyasiya Məhkəməsinin İnzibati ...

    18-05-2023, 22:39

  • 
  • Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, hakim Abıyev!

    Qarabağ qazisinə qarşı “qəzan” mübarək olmasın, ...

    6-05-2022, 10:06

  • 
  • Qarabağ qazilərinə dövlət hesabına yardımdan imtina edilir

    Qarabağ qazilərinə dövlət hesabına yardımdan ...

    26-05-2022, 14:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu