GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həqiqət ananın fəxarətlə oğluna yazdığı məktub - "SALAM QUBAD!"

Həqiqət ananın fəxarətlə oğluna yazdığı məktub - "SALAM QUBAD!"

Tarix: 16-09-2023, 15:15 Bölmə :Cəmiyyət Baxış: 514

Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsilə (saxta pul, qiymətli kağızlar əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) təqsirli bilinərək haqqında 3 ay 26 gün həbs qətimkan tədbiri seçilən professor Qubad İbadoğlu artıq 50 gündən artıqdır ki, həbs həyatı yaşayır. Həqiqətən də Həqiqət xanımın həbsxanadadakı oğluna yazdığı məktub bizi duyğulandırmaya bilməzdi. Beləliklə, gundemxeber.az olaraq mövzunu uzatmadan məktubu olduğu kimi çoxsaylı oxucularımıza təqdim edirik:

"Salam Qubad! 

Qalib dedi ki, yazdığım məktubu sənə verməyiblər, ananı baladan ayıranlar bunu da bizə çox görüblər.

Yazmışdım, özünü istidən, əsəblərini pis adamdan, pis rəftardan qoru.

Səhhətinin qeydinə qal, dərmanlarını vaxtında qəbul elə.

Darıxma, bəlkə pis adamın ömrü-əli uzundur, amma pis günün ömrü qısadır. 

Qalib dedi, bu məktubu FB-da yayacaq, vəkillər gələndə çap edib sənə versinlər ki, oxuyasan.

Ona görə bu məktubu ananın sənə yazdığı məktub kimi oxuma, haqsız yerə məhbəsdə olan bütün övladlara analarının məktubu kimi oxu!  

Tez-tez məndən soruşurlar ki, 5 uşağı təkbaşına necə belə əxlaqlı, ədalətli, elmli böyütmüsən. Bir az əvvəl Sevinc Osmanqızı (Allah ondan və sənin haqq səsini batmağa qoymayanlardan razı olsun) zəng eləmişdi, o da eyni sualı verdi.

Qoy, o sualın cavabını bu məktubda yazım, qalsın, dünyanın işini bilmək olmaz. 

Mən övladlarıma ədəbiyyat müəlliməsi kimi ədəbiyyat öyrətmişəm, ədəb öyrətmişəm, ərkan öyrətmişəm. 

Ana kimi şəfqətimi, sevgimi vermişəm.

Atalarının yoxluğunu hiss etdirməməyə çalışmışam. 

Ancaq mən övladlarıma həyatı öyrətməmişəm.

Onlara nə zaman necə qərar verməyi təlqin eləməmişəm.

Mən övladlarımın seçimlərinə həmişə hörmətlə yanaşmşam. 

Qubad, mən həmişə səninlə fəxr eləmişəm. 

10-cu sinifdə oxuyanda respublika olimpiadasında 1-ci yeri tutanda da, institutu qırmızı diplomla bitirəndə də, gənc yaşında alimlik dərəcəsi alanda da, dünyanın sayılıb-seçilən universitetlərində dərs deyəndə də.

Özün bilirsən, siz uşaq olanda həmişə elm öyrənməyinizin, yaxşı oxumağınızın tərəfində olmuşam, sizin elmli olmağınızı arzulamışam. İstəmişəm, mənim övladlarım elmlərinə, biliklərinə görə başqalarından fərqlənsinlər, ataları kimi savadlı olsunlar. 

30 ilə yaxın orta məktəbdə ədəbiyyat fənnindən dərs demişəm, o vaxt tədris proqramında olan “Moabit dəftəri”ni keçəndə ağlıma da gəlməyib ki, oğlum Musa Cəlil kimi qəhrəman olsun. Mən səni həmişə alim kimi təsəvvür eləmişəm. 

Ancaq sonradan, ədalətsizliklərə, haqsızlıqlara şahid olanda başa düşdüm ki, insanın ən qiymətli keyfiyyəti onun elmi deyil, ədalətidir, vicdanıdır! 

Ailəsinin qayğısız yaşamasına, başının dinc olmasına çalışan alimin elmi, biliyi nəyə, kimə gərəkdir ki?! 

Neynirəm, o qızıl teşti ki, içinə qan qusacam! 

Qubad, mən həmişə səninlə, bilirsən, ən çox nəyə görə fəxr eləmişəm?!

Ədalətli olduğuna görə, kasıbın, yetimin, haqqı yeyilənin tərəfini saxladığına görə, haqqı nahaqın ayağına vermədiyinə görə. 


Min illərdir, dünyada xeyirlə şərin mübarizəsi gedir.

Əgər bu mübarizədə şər qalib gəlsəydi, bügünkü dünyamız da olmazdı.

Bu dünyanın zülmü ərşə dayanan fironları varsa, Allahın kürəyində durduğu Musaları da var. 

Allah kürəyində dursun! 


Anan Həqiqət"

Galib Toghrul

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubad İbadoğlunun vəkili danışdı - TƏFƏRRÜAT

    Qubad İbadoğlunun vəkili danışdı - TƏFƏRRÜAT ...

    15-08-2023, 12:05

  • 
  • Qubad İbadoğlu: “Hökumət bizi hara aparır?”

    Qubad İbadoğlu: “Hökumət bizi hara aparır?” ...

    5-09-2013, 15:10

  • 
  • Susmuş qardaş birdən birə qınaq dolu açıqlama yaydı - "BU GÜNDƏN BAKIDAYAM"

    Susmuş qardaş birdən birə qınaq dolu açıqlama ...

    26-07-2023, 13:55

  • 
  • Azərbaycanlı İŞİD-çinin arvadına şok məktubu

    Azərbaycanlı İŞİD-çinin arvadına şok məktubu ...

    20-03-2015, 12:31

  • 
  • Obamanın Trampa yazdığı maraqlı məktub ələ keçdi - CNN

    Obamanın Trampa yazdığı maraqlı məktub ələ keçdi ...

    4-09-2017, 11:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu