GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmə hakimiyyəti Qarabağ qazilərinin hüquqları üzərində özbaşınalıq eksperimenti keçiri

Məhkəmə hakimiyyəti Qarabağ qazilərinin hüquqları üzərində özbaşınalıq eksperimenti keçiri

Tarix: 17-09-2023, 11:36 Bölmə :Cəmiyyət Baxış: 548


6 apellyasiya hakimi cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli qaziyə qarşı


Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını, daşınar-daşınmaz əmlakının hamısını dələduzluqla sosial müdafiə, ədliyyə, icra, məhkəmə orqanlarının aparması on ildir sürən özbaşınalıq faktı kimi hamıya bəllidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, icra sənədi olmadan Qarabağ qazisinin pensiyası məktubla (?) yarıqat edilib və heç bir məhkəmə də Konstitusiyanı, qanunu rüşvətdən korrupsiyadan üstün tutmur. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin və apellyasiya instansiyasının qanunsuz qərardadlarını 2 dəfə Ali Məhkəmə ləğv edib , di gəl , 3-cü dəfə yenə də qərardadı ləğv edilən hakimin özünə baxmağa verilib. Təbii ki, Bakı İM-in hakimi Nəriman Abıyev “öz ayranına  turş deməyəcəkdi” . Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarını 2 ildən sonra medianın işə qarışmasından sonra verməsi, Ali Məhkəmənin heç bir əsas olmadan kassasiya şikayətini mümkünsüz etmək çabaları Qarabağ qazisinin hüququ üzərində qanunsuz eksperiment yetgisi bağışlayır.

Son çağlarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlərdə hökm sürən özbaşınalıq Ginnesin rekordlar kitabına düşməsə də, Məhkəmə Hüquq Şurasının araşdırma kitabına düşüb. Özbaşınalığın dərəcəsinə baxın, 1-ci dərəcəli Qarabağ qazisinin Sabunçu məhkəməsinin (hakim Adilə Paşayeva)  cavabdeh xidmət qurumunun qeyri- prosessual sifarişi ilə icraata xitam verməsi qərardadından şikayətini Bakı AM-in Mülki Kollegiyası( sədrlik edən Günay Axundova, Fuad Babayev və Cəmilə Musayeva) 24.07.2023 tarixli qərardadla təmin etməyib. Kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında qazinin anında verdiyi ərizəsinə iş üzrə hakimlər olmayan Fuad Abdıyev, Anar Tanrıverdiyev , Fərrux Qasımov üçlüyü 20 (?) gün sonraya təyin etdikləri iclasda “baxıb”  və qazinin “gəlir deklarasiyası”nın dövlət hesabına vəkil ayrılmasına əsas vermədiyi “haqqı” ilə vəkil ayrılmasından 24.08.2023 tarixli aktla imtina edilib. MPM-in 67-1 maddəsinə zidd olaraq bu qərardaddan kassasiya verməyə də qadağa qoyulduğundan, iddiaçı qazi 29.08.2023-cü ildə birbaşa Ali Məhkəməyə elektron qaydada kassasiya şikayəti verib. Qanunsuz heyət – Fuad Abdıyev, Anar Tanrıveriyev, Fərrux Qasımov bu şikayəti də 05.09.2023 tarixli qərardadla geri qaytarıb ki, mümkün deyil. Hüquqsuzluq eksperimentindən bezən qazi 06.09.2023 tarixli kassasiya şikayətini şəxsi kabinetdən təqdim edib və yenə də qanunsuz heyətin 07.09.2023 tarixli qərardadı ilə şikayətin ali instansiyaya göndərilməsindən imtina edilib. Bundan sonra iddiaçı şəxsi kabinetdən şikayətin ali instansiyaya göndərilməsini tələb edib və …

“Elektron məhkəmə” sistemində 13.09.2023 tarixli qərardadın 15.09.2023-cü ildə yerləşdirilməsi növbəti “ŞOK-ŞOU” EFFEKTİ yaradıb. Bu qərardadı qanuni heyət -Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva  imzalasa da, qərardad tam qanunsuz olub. Qanuni heyət 06.09.2023 tarixli kassasiya şikayətinə yox, guya iki ay qabaqkı 24.07.2023 tarixli qərardaddan şikayətə baxıb və vəkil yazmadığından, müddət ötürüldüyündən ali instansiyaya göndərməkdən imtina edib. Üçü qanuni, üçü qanunsuz iki heyətin-  6 hakimin cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilinə qarşı özbaşınalıq eksperimentinə baxın: 2 ay qabaq Qarabağ əlili vəkillə təminatına ərizə verib, qanunsuz heyət- FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV, FƏRRUX QASIMOV təmin etməyib, indi 2 aydan sonra qanuni heyət -GÜNAY AXUNDOVA, FUAD BABAYEV, CƏMİLƏ MUSAYEVA qazi-əlili vəkilsiz şikayət verməkdə, müddəti ötürməkdə suçlayır. 

Əlillərin, qazilərin hüquqları üzərində “ məhkəmə- hüquq şousu”, eksperimenti nə qədər sürəcək? Rüşvət, korrupsiya vicdandan , Konstitusiyadan beləmi üstündür?!


Məğrur Bədəlsoy

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - Qarabağ qazilərinin vəsatətlərinə baxılmır

    Bakı İnzibati Məhkəməsindən növbəti özbaşınalıq - ...

    26-07-2021, 13:58

  • 
  • Səadət Bəktaşi 2 ildir vermədiyi işi də Naxçıvana aparacaq?

    Səadət Bəktaşi 2 ildir vermədiyi işi də Naxçıvana ...

    17-03-2023, 20:31

  • 
  • Qarabağ əlilinin pensiyasını dələduzlarla bölən ƏƏSMN

    Qarabağ əlilinin pensiyasını dələduzlarla bölən ...

    9-08-2022, 15:01

  • 
  • Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 aydan sonra ayrılan vəkil də şikayəti yazmır

    Qarabağ Qazisi məhkəmələrdə süründürülür - 2 ...

    15-01-2021, 12:54

  • 
  • Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ağlasığmaz ayrı-seçkilik Nə ərizələrinə baxılır, nə də şikayətləri apellyasiya instansiyasına göndərilir

    Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ...

    28-12-2019, 12:57


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (425)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu