GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hasardan düşən bacısını öldürdü, qayınatası "uşağının" atası çıxdı -Cinayətin sensasiyalı DOSYESİ

Hasardan düşən bacısını öldürdü, qayınatası "uşağının" atası çıxdı -Cinayətin sensasiyalı DOSYESİ

Tarix: 17-10-2023, 22:17 Bölmə :Cəmiyyət Baxış: 230


Bakıda bacısını qətlə yetirməkdə təqsirli bilinən Sevman Ramazanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.


GUNDEMXEBER.AZ xəbər verir ki, 1985-ci il təvəllüdlü Sevman Rəhman oğlu Ramazanov  bir müddət əvvəl sevdiyi qızı zorlamaqda təqsirli bilinərək Astara polisi tərəfindən saxlanılıb. O bu əməlini təkzib etsə də, 2006-cı ildə törətdiyi ağır cinayətini etiraf edib.

İstintaqla müəyyən edilib ki, S.Ramazanov 2006-cı ildə keçmiş Əzizbəyov rayonu, Türkan qəsəbəsində yaşayan bacısı, 1984-cü il təvəllüdlü İradə Ramazanovanı namus üstündə boğaraq qətlə yetirib. Sonra isə onun meyitini digər bacısı Pərvanə Ramazanovanın həyətində basdırıb. Hadisədən bir il sonra S.Ramazanov izi itirmək məqsədi ilə bacısının meyitini torpaqdan çıxardaraq Türkan qəsəbəsi ərazisində yerləşən zibilliklərin birində yandırıb. Hadisə yerinə baxış keçirən əməliyyatçılar oradan meyitin qalıqlarını aşkar edərək götürüblər.

İstintaqda ifadə verən Sevman Ramazanov bildirib ki, o, Astara rayonunda ailə üzvləri ilə bilrikdə yaşayıb. Ailədə 7 bacı, 4 qardaş olublar. 

2004-cü il may ayının axırlarında bacıları Nərgiz ilə Günay (adlar şərtidir) ona deyiblər ki, həyətyanı sahədə dayısı oğlu Kənanla (ad şərtidir) digər bacısı Sevincin ( ad şərtidir) cinsi əlaqədə olmalarını görüblər. Anası dayısına bu haqda dedikdən sonra Astara RPŞ-yə məlumat verib. Bunu bilən dayısı oğlanları Rusiya Federasiyasına qaçıblar. Sonra Sevman hərbi xidmətə çağırılıb və xidmətdə olan zaman eşidib ki, bu işlə bağlı keçirilən məhkəmə prosesində bacısı Sevinc Sübhan, Şaiq və Şahinlə öz xoşu ilə əlaqədə olmasını etiraf edərək anasının üzünə durub və bu səbəbdən də iş bağlanıb. Sevinc Ramazanova təxminən 1 ay dayısının evində qalıb sonra isə onu oradan qovublar. 

Hərbi xidmətdən qayıdandan sonra ona bacısının əxlaqsız həyat tərzi sürməsi və hərdən gedib Bakıda Türkan qəsəbəsində digər bacısıgildə qalması məlum olub.

2006-cı il iyunun 12-də Sevman Pərvanəyə o biri bacısı Humaygilə getməsini tapşırıb və onun evində dostları ilə qonaqlıq edəcəklərini deyib. O, Pərvanəni yola salmaq üçün onunla birlikdə həyətdən çıxıb. Az keçmiş Sevincin hasardan aşaraq Pərvanənin həyətinə daxil olmasını görüb. Bacısını istifadə olunmayan ayaqyolunda tutub. Sevinc arxaya çevrilib qardaşını görən kimi, Sevman onu boğmağa başlayıb. Təxminən 1 dəqiqədən sonra sonuncu keçinib. 

Meyiti yerə uzadıb bayıra çıxan Ramazanov siqaret çəkib və bacısını harada basdıracağı haqda fikirləşib.  

Sevman Ramazanov ifadəsinin davamında bildirib ki, hasarın kənarında xəndək qazdıqdan sonra cəsədi ora qoyub və üstünü torpaqla doldurub. Ayaqyolunda olan bacısının bütün əşyalarını və paltarlarını isə yandırıb.

Səhərisi gün Sevman Ramazanov Astaraya qayıdıb. Təxminən 2 həftə sonra qohumu Zəfər və onun qardaşı Toğrulla yeyib-içərkən Sevinci öldürdüyünü onlara deyib. Sonra bir müddət gecələr pis yuxular gördüyündən meyiti çıxarıb yandırmağı qərara alıb. Bu məqsədlə də 2007-ci ilin avqust ayında Pərvanə Astaraya gələndə o, Bakıya yollanıb. Sevincin meyitini basdırdığı yerdən qazıb çıxarıb. Qalıqları un kisəsinə yığıb və səhər tezdən aparıb daş karxanasının yanında təkərin içində yandırıb.  

Bundan təxminən bir neçə ay sonra o, işləmək üçün Rusiyaya gedib və 2009-cu ilin may ayında Astaraya qayıdıb. Dayısı qızı Xəyalə (ad şərtidir) ilə nişanlanıb. Sevman hərdən Bakıya gəlib fəhləlik edərək pul qazanmaqla məşğul olub. Bakıda olan vaxt anası ona zəng edib nişanlısının xəstələndiyini deyib. Üç gündən sonra rayona qayıdan Sevmana məlum olub ki, anası Xəyaləni həkimə aparıb və müayinə zamanı sonuncunun hamilə olduğu məlum olub.

Sevman bildirib ki, nişanlısı ilə cinsi əlaqədə olmayıb. Nişanlısı ona atasından hamilə qaldığını və atasının 10 yaşından bəri mütəmadi olaraq onunla cinsi əlaqədə olduğunu deyib.

Nişanlısının bacısı Məhəbbət (ad şərtidir) atasının hərəkətləri barədə polis şöbəsinə şikayət edib. Araşdırma vaxtı bir neçə dəfə Sevmanı da şöbəyə dəvət ediblər. Lakin qızın onunla əlaqədə olmadığı üzə çıxdıqdan sonra Xəyalənin atası yəni dayısını axtarmağa başlayıblar.

Dayısı bir müddət məsuliyyətdən yayınsa da, polis əməkdaşları onu yaxalamağa müvəffəq olublar. 

Dekabrın axırlarında Sevmanı növbəti dəfə polis şöbəsinə çağıranda ondan bacısı Sevinc barədə soruşublar. Dayısı Faiq Sevincin onun tərəfindən öldürülməsini polis əməkdaşlarına dediyi üçün Ramazanov bacısını necə və hansı vəziyyətdə qətlə yetirdiyini etiraf edib. 

Məhkəmə prosesində təqsirləndirilən Sevman Ramazanov törətdiyi əməlindən peşman olduğunu bildirib.

Sonda məhkəmənin hökmü ilə o, CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qardaş bacısını dəsmalla boğaraq öldürdü - BAKIDA

    Qardaş bacısını dəsmalla boğaraq öldürdü - BAKIDA ...

    23-12-2014, 13:00

  • 
  • ​Bakıda DƏHŞƏTLİ CİNAYƏT: oğul atasını öldürdü, sonra meyitini yandırdı

    ​Bakıda DƏHŞƏTLİ CİNAYƏT: oğul atasını öldürdü, ...

    3-02-2018, 14:16

  • 
  • Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü

    Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü ...

    7-04-2016, 11:36

  • 
  • Bakıda qardaş qardaşı qətlə yetirdi

    Bakıda qardaş qardaşı qətlə yetirdi ...

    22-06-2020, 10:33

  • 
  • Bacısını boğdu

    Bacısını boğdu ...

    20-02-2015, 12:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu