“Şəhərin bütün küçələrini ilboyu sarı-mavi jiletli qadınlar süpürür. Nədən məhz qadınlar bu işlə məşğul olmalıdı. Utancverici bir mənzərədi”.
GUNDEMXEBER.AZ-ın Modern.az-a istinadən məlumatına görə, bunu tanınmış həkim, ictimai fəal Səxavət Əlisoy bildirib. “Əcnəbilər nə düşünür bir yana, milli mentalitet adlanan bir nəsnə də var axı. Hər rayonda 5-10 JEK (MİS) və hər JEK-də 10-15 qadının əlinə süpürgə verib şəhəri təmizlədirsiz”, - deyən S.Əlisoy Bakı şəhərinin rəhbərliyinə müraciət edib. “Gender məsələsi, qadına dövlət qayğısından müzakirə açılsa, yüzlərlə məmur mədhiyyə deyəcək. Heç olmasa bu işi kişi cinsindən olanlara gördürün. Deyəcəksiniz ki, Azərbaycan kişisinin əlinə süpürgə alması böyük bir qəbahətdi. O zaman küçələri təmizləmək üçün texnika alın Avropadan. Bü texnikanı almağa dövlət büdcəsində vəsait yoxdursa, bir mənbə nişan verim. Şəhərin hər bir rayonunda satılan torpağın sadəcə 100 sotunun, yaşayış evlərinin zirzəmilərinə, 1-ci mərtəbələrinə açılan qapıların bircə ay pulu icra başçılarının cibinə getməsə, 100 küçəsüpürən texnika almaq mümkündür”, - S.Əlisoy vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?