GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim” - TƏFƏRRÜAT

“Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim” - TƏFƏRRÜAT

Tarix: 27-10-2023, 23:30 Bölmə :Cəmiyyət Baxış: 391


Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.

GUNDEMXEBER.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun cinayət işi üzrə şahidlər dindirilib.
Şahid Ceyhun Vəliyev Satınalmalar və Təchizat İdarəsində sürücü işləyib.
Məhkəməyə nəyə görə çağırıldığını unudan şahid tərəflərin suallarından sonra danışmağa başlayıb.
Şahid deyib ki, təqsirləndirilən şəxslə təmasda olmayıb, işi göndərilən hədiyyələri daşımaq olub: “Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Z.T. var. Bir neçə dəfə “Gəncə səbəti”ndə hədiyyə verib, onu idarəyə gətirmişəm. Bundan başqa, bayramlarda, ad günlərində hədiyyələr göndərilirdi, onları çatdırırdım. Amma səbətdə nə olduğunu bilmirəm”.
Şahidin hazırkı ifadəsi ilə istintaq dövründə dedikləri arasında ziddiyyət olub.

İttihamda yazılıb ki, Z.T. ilə Satınalmalar və Təchizat İdarəsi arsında 16 milyon 350 min manat müqavilə imzalanıb. Müqaviləyə əsasən, Z.T.-nin hesabına köçürülən həmin məbləğdən 400 min manat “otkat” kimi İdarəyə qaytarılıb. Şahid həmin vaxt deyib ki, bir neçə dəfə Z.T.-dən kiçik bağlamalar götürərək təqsirləndirilən şəxsə çatdırıb, amma bağlamada nə qədər pul olduğunu bilməyib.
Şahid əvvəlki ifadəsində dediklərini boynuna almayıb. İndiki ifadəsinin əsas götürülməsini istəyib. Təqsirləndirilən şəxs şahiddən səbəti təqdim etdiyi növbətçi otağının kimin qəbul otağının qarşısında olduğunu soruşub. Şahid bu sualdan yayınıb.
“Məlikməmməd Qurbanovun müavini olmuş, hazırda İdarə rəisi Elnur Kazımov o vaxt sizə göstərişlər veribmi?”, - deyə vəkil Ceyhun Məmmədov sual verib. Şahid belə bir hal olmadığını deyib.
Vəkil vəsatət qaldıraraq, şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyib. Məhkəmə vəsatətə istintaqın sonunda baxılacağını bildirib.
Məlikməmməd Qurbanovun sürücüsü işləmiş Zaman Əsədov da ifadəsində tapşırıqla müəyyən hədiyyə paketlərini ünvanlara çatdırdığını bildirib: “Polkovnik Qurbanov deyirdi filan yerdə hədiyyə var, onu götür gəl. Mən də həmin hədiyyələri gətirib ona verirdim. Məsələn, Z.T. balıq, mer-meyvə və. s göndərirdi”.
M.Qurbanov keçmiş sürücüsünün dediklərini qəbul etməyib: “Mən o qədər aşağı düşməmişdim ki, sürücüyə belə tapşırıqlar verim. Mən lazım olan adamlarla görüşə şəxsən gedirdim, öz işimi özüm görürdüm”.
İnformasiya texnologiyaları ilə məşğul olan şirkət əməkdaşı Ü.A. da şahid qismində ifadə verib. Ü.A.-nın təmsil etdiyi şirkət 8 ilə yaxındır Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik üçün İT avadanlıqlarının alınmasında şahid tərəf kimi iştirak edib. Şahid deyib ki, bütün işlər Məlikməmməd Qurbanovun müavini Elnur Kazımovla danışıq əsasında görülüb: “Elnur Kazımovla görüşürdük. Malların alınması ilə bağlı sorğu verirdi. Vəsait isə şirkətimizin bank hesabına köçürülürdü”.
Prokuror Ziya Mansurov şahiddən köçürülən pulların müəyyən hissəsinin geri qaytarılması barədə soruşub: “Təklif etdilər ki, alınan malların dəyərindən artıq pul köçürək, həmin pulu nağd şəkildə geri ödəyək. Biz də razılaşdıq, qiymətləri 4 faiz şişirtdik. Sonradan həmin pul “otkat” formasında geri qaytarıldı”.
M.Qurbanov deyib ki, şahidi 1 dəfə görüb, heç vaxt alqı-satqı işi ilə bağlı danışığı olmayıb: “Nəcməddin Sadıkovun göstərişi ilə qəbul etmişdim. Kiberhücumla bağlı məsələ idi. Ondan sonra ünsiyyətim olmayıb”.
Proses noyabrın 20-də davam etdiriləcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • Beytulla Hüseynovdan Əli Abbasovu hədəfə gətirən sensasion iddia: – “Hamı bilir ki…”

    Beytulla Hüseynovdan Əli Abbasovu hədəfə gətirən ...

    29-09-2016, 23:01

  • 
  • Leyla Şıxlinskaya klinikasının mənimsəmədə təqsirləndirilən əməkdaşlarının məhkəməsində şahidlər ifadə verib

    Leyla Şıxlinskaya klinikasının mənimsəmədə ...

    8-02-2018, 16:03

  • 
  • ​General oğlunun cinayət işi üzrə məhkəmə istintaqı tamamlandı

    ​General oğlunun cinayət işi üzrə məhkəmə ...

    14-09-2017, 15:12

  • 
  • “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”

    “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni ...

    21-01-2014, 16:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu