"Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında maliyyə sanksiyaları və cərimələr üzrə mübahisə yaranıb.
Iş o yerə çatıb ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov məhkəməyə müraciət etməli olub. Ayrıca ASC-nin özü də "Azərsu” barəsində iddia qaldırıb.
Hər iki iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanin icraatındadır.
Məhkəmə çəkişməsinin təfərrüatları məlum olmasa da, ehtimal olunur ki, mübahisə su pulu ilə bağlıdır.
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 13 iyun 2008-ci ildə təsis edilib. ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?